beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Talış mətbəxti. Sulu ləvəngi.

Tərkibi:
Bir toyuq
300 qr. qoz ləpəsi
2 baş soğan
3 xörək qaşığı turşu
Duz, istiot.

Hazırlanması:
Əvvəlcə toyuq parçalanır. Sonra soğanı maşından çəkirik və ona duz istiot çəkilmiş qoz ləpəsi turşu vurub qatışdırırıq. Sulu ləvəngidə soğanı sıxmırlar. Sonra hazirladığımız ləvəngini qazana yığdığımız toyuqun üstünə töküb çox azda toyuqun üstünə çıxmayana kimi su və yağ töküb vam xodda pişiririk. Ləvənginin suyu azca qalanda yağa düşdükdə yeməyimiz hazırdı. Yeməyi süfrəyə plovla veririk. Əziz xanımlar bu sulu ləvəngi adətən qış aylarında çöl ördəyi ilə və ya çöl quşu ya da həyət ördəyindən hazırlanır. Mən toyuqla hazırlamışam güman edirəm ki, bəyənərsiz.


Tarix: 29.11.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Dünya mətbəxi