beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələkli limonad

Tərkibi:

6 ədəd limon
500 qr. çiyələk
1 su stəkanı su
½ su stəkanı şəkər
600 ml. təbii mədən sodası
2 yemək qaşığı şəkər
6-7 budaq təzə nanə
buz
su

Hazırlanması:
1 su s. suyu və ½ su s.şəkəri qaynadın. Şərbət halına gəldiyində ocaqdan kənara çəkin, soyudun.
Çiyələkləri və şərbəti qarışdırıcının köməyi ilə püre halına gətirin.
Limonları rəndələyin və qabıqlarını 2 yemək qaşığı şəkərlə ovun.
Limonların sularını sıxıb çiyələk püresinə əlavə edin.
Limon qabıqlarındanda istifadə edə bilərsiniz.
Üstünə təbii mədən sodası, buz və nanə əlavə edib xidmət edə bilərsiniz.


Tarix: 29.11.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Dünya mətbəxi