beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhur fransız yeməyi "Jülyen" resepti

Tərkibi:
500 qr. toyuq filesi
500 qr. göbələk(şampinyon)
2 ortaboy soğan
200 qr. holland pendiri
300 qr qaymaq və ya keyfiyyətli xama
2 xörək qaşığı un
Duz
İstiot
Bitki yağı

Hazırlanması:
Toyuq filesini suda bişirin.
Soğanı,göbələyi,bişmiş toyuq filesini xırda-xırda doğrayın.
Soğanı bitki yağında qovurun.
Sonra göbələyi əlavə edib,suyu çəkilənə kimi qovurun.
Doğranmış ,bişmiş toyuq filesini qatın,duzunu istiotunuəlavə edin,bir az da qovurub ocaqdan götürün.
Başqa tavada unu iyi çıxana kimi qovurun.
Qaymaq ,duz, istiot əlavə edin,bir-iki burum qaynadın.
Qovrulmuş toyuq,göbələk,soğanı qatıb,qarışdırın və ocaqdan götürün.
Bu kütləni xüsusi oda davamlı bir paylıq qablara yığın,üzərinə isə bolluca rəndələnmiş holland pendiri qoyun.
180 dərəcəli sobada üzəri qızılı rəng alana kimi bişirin.(təxminən 30 dəqiqə)
Siz "Jülyen"-i bir böyük qabda da hazırlaya bilərsiniz.
Bulkanın içini oyub,onun içinə də eyni qaydada yığıb ,üzərinə də holland pendiri qoyub,sobada üstü qızarana kimi bişirə bilərsiniz.hətta hər hansı bir tartaletkalarla da hazırlaya bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Dünya mətbəxi