beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İy duymanın Rolu

Erotik ətirlər, ədviyə qoxusu, gözəl iyli şamlar seksual oyanmanı gücləndirir. Özü də iy bilmə qabiliyyəti kişilərdə daha çox inkişaf etmişdir. Buna görə qadın ətirləri ilk növbədə kişilərin iy duyma qabiliyyətinə, məhz onları cəzb etməyi hesablanıb.

Məlum həqiqətdir ki, hər bir insanın öz fərdi qoxusu var. Alimlərin fikrincə, hər bir insanın qoxusu sintetik və təbii iylərin qatışığından ibarətdir və onun genlərindən, dərisinin növündən, saçlarının rəngindən, habelə temperament və diyetadan asılıdır. İnsan qoxularını qohum qruplara ayırmaq olar. Seksual tərəf-müqabilin seçimində qrup fərqləri əsaslı rol oynayır. Spesifik qoxunu konkret genlər silsiləsi yaradır.

Bern universitetinin müəllimi, zooloq Dekind xüsusi eksperiment sayəsində müəyyən etmişdir ki, qadınlar onların genlər silsiləsindən fərqli genlərə malik kişilərə daha çox meyl edirlər. Bu eksperimentlərin birində qadınlar və 44 kişi iştirak etmişdir. Kişilərin hərəsinə bir cüt təmiz futbol maykası verilmiş və onlara iki gecə bu maykada yatmaq tapşırılmışdır. İki gündən sonra maykaları çeşidləyərək deşikləri olan karton qutulara yığmış və qadınlara bunları iyləməyi təklif etmişlər. Eksperimentin nəticəsində məlum olmuşdur ki, qadınlar maksimum dərəcədə onların öz iyinə oxşamayan iyləri sevirlər.

Adətən hesab edilir ki, insanın iyi-onun tərinin iyidir. Lakin bu belə deyil, çünki tərin özünün heç bir iyi yoxdur. İnsan hətta 2-3 həftə çimməsə də, ondan gələn iyi tər iyi deyil, onun bədənində parazitlik edən mikro orqanizmiərin iyi olacaq. İnsanın həqiqi iyini qoltuq altında, məməciklərin altında, başda, anus nahiyyəsində və qasıqda yerləşən tər vəziləri ifraz edir. Qadınlar aybaşı olduğu zaman və onların seksual oyanma məqamlarında bu tər güclənir və kişiləri özünə cəzb edir.

Beləliklə, iy duyma bizim seksual həyatımızda əhəmiyyətli rol oynayır. İylərin qeyri-iradi tənzimlənməsi mexanizmi fəaliyyət göstərir. Lakin heç də hamı bunu eyni dərəcədə qavramır, hər şey insanın iybilmə qabiliyyətindən asılıdır.

İnsanın seksual iyləri qavradığı orqan “vomer” adlanır. O, burnu ayıran daxili arakəsmədə, onun ucuna yaxın yerləşir. İki kiçik “cibcikdən” ibarət olan vomerin öz vəziləri, sinirləri və beyində öz mərkəzi var.

Vomerin insanların seksual davranışında nə qədər böyük rol oynadığını bundan bilmək olar ki, burun arakəsməsi ilə əlaqədar plastik cərrahiyyə əməliyyatlarından sonra bəzi kişilərdə potensiya itir.

Bu orqan hamıda eyni dərəcədə inkişaf etmədiyinə görə, insanların seksuallıq dərəcəsi də müxtəlifdir, axı iy bizi iradəmizdən asılı olmayaraq idarə edə bilir. Cinsi stimulyator qismində ən çox buxur (ətirli qatran) yarayır. O, yanarkən, ondan öz strukturuna görə cinsi hormonlara oxşayan bir sıra iyli maddələr ayrılır. Bu cür kimyəvi analogiya iybilmə yaddaşının izlərini yenidən hasil etməyə və deməli potensiyanı artırmağa kömək edə bilərdi. Təsadüfi deyil ki, ən yaxşı fransız ətirlərinin tərkibində məməli heyvanların cinsiyyət vəzilərinin ekstratı, habelə cinsi fəaliyyəti artıran maddələr olur.

Şərq xalqları əsrlər boyu tonusu qaldırmaq üçün müxtəlif növ ətir və iylərdən istifadə etmişlər. Qədim kahinlər özlərinin icad etdikləri “sevgi ətirlərinin” hazırlanma reseptlərini həmişə mühüm sirr kimi gizli saxlamışlar.

Bu cür reseptlərdən biri ilə sizi də tanış etmək istəyirik.

Çiməcəyiniz suya hərəsindən iki efir damlası zirə, rozmarin, razyana, jasmin və nərgizgülü əlavə edin. Əgər bunlardan hansısa olmasa, əldə olanlarla kifayətlənə bilərsiz. Bu cür 4-5 vannadan sonra sizin seksual şövq və gücünüz xeyli artmış olur.

Hazırda insanın öz cinsi potensialını və seksuallığını öz sidiyinin (urinanın) köməyilə stimullaşdırmaq kimi çox güclü üsul mövcuddur. Bu üsul müəllif tərəfindən yoqların urinanın istifadəsi üzrə məxfi təlimat əsasında yenidən bərpa edilib.

Bizə artıq məlumdur ki, steroid hormonlar insan orqanizminə seksual xarakterli təsir göstərir. Hər gün bu hormonlar insan orqanizmindən urina, yəni sidiklə bir yerdə ifraz edilir. Bundan əlavə, urinanın tərkibində bizim varlığımızın məğzini təşkil edən incə enerjilər var. Orqanizmdən urina ilə birgə çıxan bu enerji həmişəlik itirilir. Əgər biz öz sidiyimizi yığsaq və vam odun üzərində ¼ hissəsi qalana qədər qaynatsaq, o zaman biz insan orqanizminin əsasını təşkil edən güclü enerjilər və maddələrdən, o cümlədən steroid hormonlardan ibarət olan qeyri-adi iksir almış olarıq.

Bu urinanın iyi buxuru (ladan) xatırladır, lakin ondan daha incə və xoşdur. Maye hazır olduqdan sonra onu bədəninizə sürtün. Dərinizə hopmağına imkanı verin və sonra duşun altından yüngülcə yaxalanın (sabunsuz). Bunun nəticəsində siz nəinki özünəməxsus xoş bir rahiyyə saçacaq, həm də bədəninizə güclü enerji dolacaq, cinsi gücünüz, seks qabiliyyətiniz birə-on qat artacaq. Bunlar söz gəlişi gözəl sözlər deyil, təcrübədə dəfələrlə sınaqdan çıxmış gerçəklikdir.

Siz müalicəyə başlarkən, ilk çağlarda vam odda buğda “bişirilən” urina kəskin iy verə bilər. Bu onu göstərir ki, sizin gündəlik qidanızın əsasmı çox ziyanlı azotlu məhsullar təşkil edir; üfunət saçan da elə bunlardı. Belə halda siz qidanızın yönünü dəyişməlisiz: daha çox bitki məhsulları və arpa çörəyi yeməyə, ağıllı şəkildə pehriz saxlamağa, inək yağı və şəkərin əvəzinə çiy meyvələrə və meyvə şirələrinə güc verməyə çalışın. O vaxt siz urinanı bədəninizə sürtərkən, orqanizmdə çürüyən pasaların (şlakların) üfunətini deyil, öz bədəninizin həqiqi və xoş ətrini hiss edəcəksiniz.

Öz bədəninin saf ətri ilə (süni ətirlərlə yox) Öz sevgilisinə xoş duyğular bəxş etmək istəyənlər ot dəmləməsi qatılmış vanna qəbul etməlidirlər.

Nanə, aptek çobanyastığı, dərman mərcanotu, şam ağacı iynələri və ağcaqayının quru yarpaqlarının hərəsindən 1 xörək qaşığı götürün, üstünə qaynar su əlavə edin, vam odda beş-altı dəqiqə qaynadın və kip örtülü qapaq altında 1-2 saat dəmdə saxlayın. Bu ot qatışığına isti su əlavə edin və vanna qəbul eləyin.

Ot vannaları qədər bədənə xoş rahiyyə bəxş edən ikinci bir üsul tapa bilməzsiniz. Qışda vanna qəbul etmək üçün əvvəlcədən gicitkən, kalendula, cökə çiçəyi, evkalipt yarpağı ehtiyatı tədarük edin. Ot vannası nəinki bədənə xoş rahiyyə verir, həm də orqanizmi sağlamlaşdırır.

Qadınlar isə çalışmalıdırlar ki, nəfəsləri ətir qoxusun. Bunun üçün belə bır qatışıqdan istifadə etmək olar: 1 çay qaşığı nanəyə 5-6 xörək qaşığı qaynar su əlavə edin. 10-15 dəqiqə dəmdə saxlayın, sonra ona 1 xörək qaşığı bal qatın. Bu cövhəri həm daxilə qəbul etmək, həm də dodaqlara sürtmək olar.

Qadınlar görüş günü ətir və odekolondan istifadə etməsə yaxşıdır. Qoy sevgilisi onun saçlarının, bədəninin əsl iyini, təbii ətrini duysun. Bunun üçün daha bir ot qatışığından istifadə etmək olar. Dərinin təmiz, sağlam iyi olsun deyə görüş ərəfəsində bir gün çiy qida yeyin. Təxminən 1 kiloqram çiy tərəvəzi, göyərtini, dərman otları kökünü təmizləyin, xırdalayın, üzərinə bitki yağı əlavə edin, üç yerə bölün və gün ərzində: səhər saat 12-də və naharda yeyin.

Axşama yaxın sizin orqanizminiz təmizlənəcək, dərinizdən və saçlarınızdan çöl otlarının ətri gələcək, yüngülvari aclıq isə sizin seksual iştahanızı yalnız artıracaq.

İylərin seksuallığa təsiri barədə çoxsaylı maraqlı faktlar mövcuddur. Məsələn, hazırda Afrikada yaşayan tayfaların birində arvadı yalnız iy duyğusu əsasında seçirlər, yəni bir-birlərinin iyini bəyənənlər ailə həyatı qururlar. Deyilənə görə bu tayfada boşanma hallarına rast gəlinmir.

Artıq qeyd etdiyimiz kimi insanların çoxu bədənin təbii iyini bəyənirlər. Məsələn Napoleon dünyanın ən gözəl ətirləri ilə müqayisədə bədənin qoxusuna üstünlük verirdi, bu iy onu həm də vəcdə gətirirdi. Növbəti hərbi yürüşdən qayıdarkən, irəlicədən arvadı Jozefinanı xəbərdar edirdi:

“Gəlirəm, daha çimmə”.

Bəzi adamları ən müxtəlif iylər seksual vəcdə gətirə bilər. Məsələn, Kanadada gənc bir qadın yanıq rezin iyindən cuşa gəlirdi. Bunun üçün o, maşını saatda 100 km sürətlə sürür və masturbasiya ilə məşğul olurdu.

Bəzi adamlarda iybilmə o qədər güclüdür ki, bu hətta xəstəlik (hiperosmiya) sayılır. Belə ki, bir kişinin bunun üzündən problemləri yaranırdı. Sarı saçlı qadınlar onun ağlını başından alırdı, onun dediyinə görə bu qadınlardan körpə qoxusu gəlirdi. Bu kişinin sarı saçlı məşuqəsi vardı və yataqda onların alarında heç bir problemi yox idi. Lakin di gəl ki, öz qara saçlı arvadı ilə heç nə alınmırdı. Arvadı yalnız sarısaçlı qadınların iyini verən ətirlərdən istifadə etməyə başladıqdan sonra hər şey qaydasına düşdü.

Sevgi görüşü ərəfəsində siz belə bir üsuldan istifadə edə bilərsiz: qoltuğunuz altınä qabığı soyulmuş alma qoyun. Alma nəinki təri öz canına hopdurur, həm də bədəninizin feromonlarmı, yəni sizin tərəf-müqabilinizi vəcdə gətirən iy molekullarını gücləndirir.

Oxucu qadınlardan birinin qoxu ilə bağiı maraqlı, eyni zamanda sadə tövsiyyəsi:

“Öz təcrübəmdən bilirəm ki, giləmeyvə iyi kişiləri ən çox vəcdə gətirən qoxulardandır. Şəxsən mən duş qəbul etdikdən sonra hansısa giləmeyvəniy məsələn çiyələyi təkcə üzümə deyil, bütün bədənimə sürtür və 5 dəqiqədən sonra soyuq su ilə yuyuram. Belə vaxtlarda özümü dəniz köpüyündən indicə doğulmuş Venera kimi hiss edirəm, dərim zərifvə məxmər olur, Bu ətir ərimə qıcıqlandıncı təsir göstərir, onıın şövqünü artırır. Bu mənada kişilər bizdən qat-qat həssasdırlar.”

Adi tər, çirk iyi nəinki onların potensiyasına mənfi təsir göstərir, bu həm də onları qadından çiyrəndirə bilər. Hər cəhətdən normal kişi öz arvadı ilə cinsi əlaqədən qaçanda, yaxud öz kişilik vəzifəsini candərdi yerinə yetirəndə mən bunun günahını heç də onda deyil, onun qadınında görürəm”.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Cinsel Bilgiler