beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öpüşmək

Mehribançılığın, əzizləməyin ən geniş yayılmış və geniş tətbiq olunanı öpüşməkdir.

Onun texnikası (ağızdan öpüşün 20, bədənin müxtəlif yerlərindən isə 5 növü var) və davamiyyətindən asılı olaraq, onlar erotik xüsusiyyətli vəcdə, həvəsə gətirmək təsiri göstərirlər. Bəzi hallarda belə erotik xüsusiyyətli öpüşdən yaranan qıçıq hətta cinsi əlaqə olmadan orqazmın baş verməsinə səbəb olur, öpüş nəinki xoşa gəlir, o, həm də xeyirlidir.

Öpüşmək kişilərdə cinsiyyət funksiyasının zəifləməsinin qarşısını alır. Ən başlıca məsələ öpüşmək texnikasında, tərəflərin bu işdəki təcrübəsində deyil, öpmək və onun müqabilində öpülməkdədir. Bir qayda olaraq öpüşmələr mehribançılığın başqa formaları ilə (qucaqlaşmaq, tumarlamaq və s.) müşayiət olunur və əgər bunlar cinsi əlaqə ilə nəticələnirsə ümumiləşdirilmiş şəkildə prelyudiya (başlanğıc) adlandırılır.

Əlbəttə, bədənin bütün hissələrini tumarlamaq, əzizləmək olar, amma qadında cinsi əlaqəyə həvəs oyadan zonaları bilmək xüsusilə lazımdır.

Ümumiyyətlə, belə hesab etmək olar ki, bütün dəri səthi (onu kişi əlləri tumarlayırsa) erogen zonadır, lakin ən hissiyyatlı nahiyələr göz qapaqlan, dodaqlar, qulaq sırğalığı, döşlər, döş kilələri, kürəyin ortası, budların yuxarı xarici səthidir.

Qadınların əksəriyyətində isə cinsi əlaqədə orqazm əmələ gətirmək üçün ən erogen nahiyələr budun iç səthi, xarici cinsiyyət üzvləri və ilk növbədə kontordur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Cinsel Bilgiler