beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi və Qadın cinslərinin yaranması

İlk baxışda elə görünə bilər ki, alimlər insanda cinsiyyət fərqlərinin necə yarandığını artıq qəti təyin etmişlər. İstənilən insanın cinsi mayalanma zamanı müəyyən olunur və bu spermatozoidin hansı yumurta hüceyrəsini mayalandırmasından asılıdır. Artıq məlumdur ki, özlərində Y və ya X xromosomlarını daşıyan “kişi” və “qadın” spermatozoidləri mövcuddur. Qadınlarda bütün hüceyrələr iki X xromosomundan ibarətdir.



Buradan belə nəticə çıxır ki, yumurta hüceyrəsindən qız və ya oğlan yaranacağı onun X və ya Y – xromosomu tərəfindən mayalanmasından asılıdır.

Alimlərin müşahidəsinə görə bir insan öz başlanğıcını diametri 0,2 mm-ə bərabər olan yumurta hüceyrəsindən alır. Bu yumurta öz forma və fiziologiyasına görə orqanizmin heç bir hüceyrəsinə oxşamır.

Yumurta hüceyrəsi öz inkişaf prosesində bir sıra ardıcıl dəyişikliklərə məruz qalır ki, bunun sayəsində toxumalar və xüsusi funksiyalı orqanlar əmələ gəlir. Son nəticədə isə insan orqanizmi yaranır.
Lakin əsl həqiqətdə bu məsələ alimlərin izah etdiyi

kimi sadə və aydın deyildir. Alimlərin bu təliminə əsasən yumurta hüceyrəsinin mayalanması üçün bir spermatozoid kifayətdi və eyni zamanda belə məlum olur ki, əgər spermada müəyyən qatılıqda (özü də xeyli yüksək) spermatozoidlər yoxdursa, mayalanma baş tuta bilməz. Döl bağlamanın effektliyinə qadın orqanizminin hərarətinin əsaslı təsiri olur, əgər o, kifayət deyilsə, mayalanma da ola bilməz. Lakin ən böyük anlaşılmazlıq insan orqanizminin quruluşu ilə bağlıdır. Əslinə qalanda, dezoksiribonuklein turşusunun ikili spiralının (DNT) kəşfi də bu məsələyə tam aydmlıq gətirə bilməyib.

80-ci illərdə alimlər kəşf etdilər ki, DNT spirallarındakı genlər yalnız zülalların quruluşu haqqında informasiyanı daşıyır. Lakin, zülallar hələ orqanizm demək deyildir. Bunlar yalnız orqanizmin “tikildiyi” kərpiclərdir. Orqanizmi müəyyən şəkildə qurmaq üçün hansı kərpici hara qoy-maq lazım gəldiyini göstərən plan lazımdır. Başqa sözlərlə desək, orqanizmin məkan və zaman daxilində inkişaf proqramı olmalıdır. Bu cür “proqram” isə genlərdə yoxdur. Ən başlıcası isə bəlli oldu ki, genetik kodun özü DNT-nın uzunluğunun vur-tut bir faizini təşkil edir. Bəs onda qalan 99 faizin rolu nədən ibarətdir? Bu sualın cavabı 90-cı illərin əvvəllərində adi eksperiment sayəsində tapıldı. Qurbağa embrionu xüsusi metal futlyarda yerləşdirildi və onun inkişafı üçün hər cür şərait yaradıldı. Lakin metal qilaf bütün xarici şüalanmaları əks etdirdiyinə görə embrion lazım olduğu şəkildə inkişaf etmədi, qurbağaya oxşamayan bir eybəcərə çevrildi və tezliklə məhv oldu. Sonrakı tədqiqatlar göstərdi ki, DNT silsiləsinin 99 faizi özündə xüsusi elektromaqnit dalğalarını daşıyan xüsusi proqramı qəbul edir. Bu proqramın əsasında insan orqanizmi qurulur, yəni hər bir hüceyrəyə harada və necə. inkişaf etmək, orqanizmdə hansı funksiyaları daşımaq göstərişi verilir. İnkişaf proqramının mənbəyi Vakuum, Kosmik fəzadır. Alimlər müəyyən etmişlər ki, insanın qoloqrafik modeli fiziki cisinin (bədənin) yaranışından əvvəl əmələ gəlir. Xarici mühitdən daxil olan informasiya xromosomları məcbur edir ki, hər bir konkret insanın proqramının spesifik obrazını yarat-sın. İnsan embrionunun bölünən hüceyrələri yalnız qoloqrafik nüsxənin həcmini doldurur (tökmə qəlib maddə ilə doldurulduğu kimi).

Yuxarıda göstərilənlər qədim Tibetdə, “Mavi beril1″ adlı elmi əsərində tam dəqiqliyi ilə təsvir edilmişdir. Bu qədim tibb dərsliyində müalicə üsullarından savayı kişi və qadın cinslərinin necə əmələ gəlməsindən ətraflı danışılır.

Bədənin formalaşdırılması cinsi əlaqə prosesində ata spermasının, ana yumurta hüceyrəsinin və şüurun – gələcək insanın qoloqramını verən informasion-energetik özülün eyni bir vaxtda uşaqlığın daxilində qovuşması nəticəsində embrionun əmələ gəlməsi ilə başlanır.
“Fəzanın rezonans axmları” (yəni, karma2 ilə hərəkətə gətirilən şüur kişi orqazmı (nəfəsin artması) sayəsin”də onun bədəninə daxil olur və oradan qadın uşaqlığına düşür, yumurta hüceyrəsinin DNT spiralmı öz informasiyası ilə şüalandırır. Beləliklə, orqanizmin fərdi cizgiləri: toxumaların mövcud insana xas spesifikliyi, fizioloji proseslərin xüsusiyyətləri, fiziki cismin zahiri xüsusiyyətləri (boy, proporsiyalar) yaranmış olur.

Şüuru hərəkətə gətirən “Fəzanın rezonans axmları” (yəni, karma) şüuru onun öz informasion-energetik göstəricilərinə görə öz valideynlərinin normasına uyğun gəldiyi nöqtəyə yönəldir.

Embrionu canlandıran şüur (yəni, informasion-energetik mənbə) cinsi mənsubiyyətdən məhrumdur. O, embri onun qadın uşaqlığında inkişaf etməsi prosesində yaranır. Əgər “alın yazısı” səbəbindən (karmanın əvvəlcədən müəyyən etdiyi taleyə əsasən) oğlan doğulmalıdırsa, bu zaman şüur ataya ədavət və anaya məhəbbət duyaraq, özünü ata toxumu ilə eyniləşdirir və ata şuruna çevrilir. Əks halda şüur anaya ədavət və ataya məhəbbət duyaraq, ananın yumurta hüceyrəsi ilə özünü eyniləşdirir və ana şüruna çevrilir. Belə seçim nəticəsində şüur (informasion – energetik mənbə) özünü qadın, yaxud kişi tipi (cinsi) üzrə qurub yaradır.

Əgər seçim dəqiq aparılırsa, o zaman yüz faizli (xalis) kişi və ya qadın yaranır. Əgər gələcək insanın şüuru karma səbəbindən özünü bu və ya digər cinslə qeyri – dəqiq, yayğın şəkildə eyniləşdirirsə, yaxud hər iki valideynə eyni dərəcədə meyl göstərirsə, o zaman, cinsi fərqləri aydın seçilməyən insanlar (interseklər), yaxud hər iki cinsi əlamətə malik adamlar (qermafroditlər) dünyaya gəlir.

1 Beril – sanya çalan ve ya yaşıl rəngli şəffaf, qiymətli daş.
2 Karma (sanskrit dilində -”əməl” demekdir) – hind dini (induizm, buddizm, caynizm) və fəlsəfəsində əsas anlayışlardan biridir. Geniş mənada götürdükdə, yaşamaqda olan hər bir canlının yenidən dünyaya gəlişinin, təzə canda təcəssümünün xarakterini müəyyən edir. Dar mənada törədilən əməl və hərəkətlərin hazırkı və sonrakı mövcudluğun xarakterinə təsiri deməkdir. Bəzi hallarda, “tale”, “qismət”, “alın yazısı” mənasında da işlədilir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Cinsel Bilgiler