beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqənin nikahda rolu

Mütəxəssislər belə hesab edirlər ki, insanın həyatı dörd sahədə keçir: peşə əməyi, istirahət və əyləncə, izdivac və ailə, intim və ya cinsi əlaqə həyatı. Yaşdan və bir sıra başqa şərtlərdən asılı, olaraq bu sahələr bir-birindən bir qədər fərqlənə bilərlər. Məsələn, gənc yaşlarında cinsi əlaqə sahəsinin nisbi çəkisi başqa sahələrə nisbətən 50 faiz və ya daha çox təşkil edirsə, yaşlılarda və qocalarda birinci yerə ikinci və üçüncü sahələr çıxa bilirlər.

İntim əlaqə insan həyatının bütün sahələrilə sıx əlaqədar olub, onun iş qabiliyyətinə, istirahət və əyləncələri təşkil etməsinə və ən vacib cəhətə ər-arvad münasibətlərinə, ailənin əxlaq iqliminə güclü təsir göstərir. Hazırda cinsi əlaqələrin nə məqsədlə edildiyini dəqiq, olaraq müəyyən etmək mümkündür: nəsil artırmaq və ya həzz almaq üçün. Hər halda qeyd etmək lazımdır ki, bir-birini sevən adamlar arasında intim əlaqə həddən artıq müsbət psixo-emosional vəziyyət yaradaraq orqanizmin həyati qüvvələrini stimullaşdırır və bununla da insan həyatı üçün xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı qeyd etməliyik ki, intim əlaqənin bəzi ailələrdə ər-arvad münasibətlərindəki rolu o qədər də böyük olmur. Belə ailələrdə bir ildə yalnız bir neçə cinsi əlaqə olmasına baxmayaraq ər-arvad arasında münasibət yaxşı olur və onlar özlərini bədbəxt hesab etmirlər. Yəqin ki, belə ailələrdə cinsi əlaqə komponenti başqa maraqlı məsələlərlə incəsənət, ədəbiyyat, musiqi, idman və s. ilə əvəz olunur.
Elə ailələr də var ki, orada həyatın seksual cəhətinə — cinsi əlaqəyə birinci yer verilir, daha doğrusu, ər-arvad münasibətlərinin möhkəmliyi adətən həmişə təhlükə qarşısında olur, belə ki, tərəflərdən birisində cinsi fəallıq, hətta müvəqqəti də olsa zəiflədikdə (qanunauyğun olan bu iş hamının başına gələ bilər) müqabil tərəf öz narazılığını bildirir və bu narazılıq çox vaxt özünü yalnız sözdə deyil, işdə də göstərir. Bu tipli ailələrdə kişi və qadın bir-birini adətən ər-arvad deyil, yalnız seks üzrə müqabil tərəflər hesab edirlər.
Göstərilən bu iki ailə tipinə adətən çox az rast gəlinir. Belə ailələr iki qütbü xatırladırlar ki, onların arasında da nikahda seksual fəallığa görə orta vəziyyətdə olan ailələr dururlar.

Ayrı-ayn şəxslərin çoxcəhətli aləminə bizim cəmiyyətin artan marağı süni zamanda onun həyatının seksual tərəfinə, xüsusilə onun nikahdakı roluna qarşı da maraq yaratmışdır. Aydın olmuşdur ki, elə bu məsələ haqqında biz çox az bilirik. Amma bu məlumat az da olsa mənəvi və fiziki əlaqələrin sıxlığının psixi və seksual komponentlərə təsirini aşkar etmək üçün kifayətdir. Artıq biz aydın başa düşürük ki, intim həyatdakı uğursuzluq özündən sonra yalnız dağılmış ailələr deyil, süni zamanda müxtəlif təsərrüfat problemləri (əmək qabiliyyətinin azalması, kobudluq, əsəbilik), məişət konfliktləri (savaş, xuliqanlıq, sərxoşluq və s.) əmələ gətirir.
Görəsən nə səbəbə görə bir-birini sevən ər-arvadda bəzən cinsi əlaqədən razı olmaq hissləri itir? Səbəb çoxdur. Bəzən nadir hallarda bu, ağır xəstəlik keçirmənin nəticəsində, əksər hallarda isə adi seksoloji savadsızlıq, nikahda cinsi əlaqəni düzgün təşkil edə bilməməyin nəticəsində olur. Çox vaxt söhbət heç də vacib olmayan o əzabdan gedir ki, onu çətin də olsa müalicə etmək mümkündür. Ailədə seksual konfliktlərin səbəblərini hələ uşaq yaşlarından başlanmalı olan cinsi tərbiyənin düzgün verilməməsindən irəli gələn seksoloji savadsızlıqda axtarmaq lazımdır.

Uzun müddət belə hesab edirdilər ki, insanlara sevgi sənətini, məharətini öyrətmək lazım deyil; ana təbiət özü də bir şəxsə nəsli davam etdirmək instinkti verməklə bu məsələni həll edib. Bu yanlış fikir birinci növbədə ailədəki cinsi əlaqə məsələsində passiv rol oynayan qadına aid idi. Bu fikir yəqin ki, feodalizm dövründə, bəlkə də daha əvvəl, qadının ailə qurmaq məsələsində heç bir hüququ olmadığı, ondan gələcək ərini sevib-sevmədiyi haqqında, ümumiyyətlə, heç soruşulmadığı dövrdə yaranmış ictimai münasibətlərin indiyə gəlib çatmış əks-sədasıdır. Bu əks sədaim bizim dövrümüzə gəlib çatması çox böyük bəladır.

Qadınların çoxu seksoloji məsələlərə aid düzgün tədbir almadıqlarından cinsi əlaqədə ərlərinin fəallığını kəskin şəkildə məhdudlaşdırır və onların cinsi əlaqənin müxtəlif şəkildə aparılması təkliflərinə razılaşmırlar. Onlar cinsi əlaqədə bədənin müxtəlif pozalarda olmasını, oxşamağın müxtəlif formalarını pozğunluq, əxlaqsızlıq hesab edirlər. Bəzən cinsi tərbiyənin düzgün verilməməsinin başqa formalarına da rast gəlmək mümkündür. Ərə getdikdən sonra gənc qadın oxuduğu kitabların, gördüyü filmlərin mənfi təsirinə qapılaraq belə hesab edir ki, artıq cinsi əlaqədə heç bir məhdudiyyət ola bilməz və olmamalıdır. O, abırsız sözlərlə intim münasibətin müxtəlif məsələlərini müzakirə etməklə ər-arvad münasibətlərində çox böyük rol oynayan həya pərdəsini yox edir.

Əlbəttə, bu məsələdə yalnız qadınlar günahkar deyildirlər. Kişilərin də seksual tərbiyəsində çox çatışmazlıqlar var. Lakin çox az kişilər bilirlər ki, qadınlar cinsi əlaqə məsələsində kişilərə nisbətən az tələbkardılar və çox vaxt bu əlaqələr öz istəklərilə deyil, yalnız kişini razı salmaq üçün onun təkidinə görə razılaşırlar. həftələr, aylar və bəzən illər boyu onlar bu əlaqənin psixo-fizioloji hissinə biganə qalır, demək olar ki, özlərini sevdikləri kişilərin arzusuna, hisslərinə qurban verir və bunun qarşısında onlardan təbii olaraq özlərinə qarşı heç olmazsa razılıq, diqqət və qayğı gözləyirlər.

Qadında cinsi əlaqəyə cazibənin, istəyin yaranmasının müxtəlif “texniki üsullardan” deyil, kişinin şəxsiyyətinə verilən qiymətdən asılı olduğunu da kişilər çox vaxt bilmirlər. Nikahda cinsi əlaqə yalnız o zaman nəşə əmələ gətirər ki, ər-arvadın hər ikisi müəyyən dərəcədə yaxınlıq arzusunda olsunlar. Yalnız o zaman-cinsi həyat birgə nəşə mənbəyi ola bilər. Belə olur ki, müəyyən bir vaxtda ər-arvaddan birinin intim əlaqə arzusu, istəyi olmur (xəstəlik, yorğunluq, yuxu və s), o birisində isə olur. Bu zaman müqabil tərəfə (arvada, ərə) qarşı mədəniyyətsizlik, kobudluq, eqoizm cinsi əlaqəyə (xüsusilə qadınlarda) uzunmüddətli ikrah hissi, soyuqluq əmələ gətirə bilər.
Çox vaxt, hətta bir-birini həqiqətən çox sevən ər-arvadlar da cinsi əlaqə məsələsində ümumi “Dil” tapa bilmirlər. Arvadın istək-arzularına kişinin diqqətsizliyi, arvadın öz arzu və istəklərini deməyə utanması nəticəsində də konfliktlər əmələ gəlir.

Hər bir şəxsin xarici görünüşü müxtəlif olduğu kimi, onun şəxsiyyəti də müxtəlifdir. Ona görə də konfliktlər çox, onları əmələ gətirən səbəblər də müxtəlifdir. Əkər normal insanların yalnız xörək duzuna qarşı hissiyyatları müxtəlifdirsə (bu göstəriciyə görə 100-ə qədər müxtəlif xüsusiyyətli insanlar vardır), xasiyyətdə, psixikada müxtəlifliklər haqqında danışmağa dəyərmi?
Nikahda düzgün həmahəng cinsi əlaqə münasibətinin təşkil edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına, əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə irsi olaraq qazanılmış yüksək qıcıqlanmanı azaldır və ailədə mənəvi atmosferi yaxşılaşdırır.

Ən intim münasibət haqqında yalnız cavanlara yox, bütün ər-arvadlara sevgi sənətini öyrətmək lazımdırmı sualına son illərəcən mənfi və yalnız birmənalı cavab alınırdı. Əgər ana təbiət hər şeyi özü ölçüb-biçibsə, əgər “sevgi sənəti” sözü bəzilərinin dilində əxlaqsızlıq epnonimi kimi səslənirsə, bu nəyə lazımdır? Bu zaman Pifaqorun yalnız qadınlara müraciətlə dediyi, amma eyni dərəcədə kişilərə də tətbiq oluna biləcək “Ağıllı qadın! Əkər ərinin öz azad vaxtlarını sənin yanında keçirməsini arzulayırsansa, çalış ki, o heç yerdə sənin yanındakı qədər xoş əhval, razılıq hissləri, incəlik, təvazökarlıq hissləri görməsin” məsləhətini unudurlar.

Maddi vəziyyət və məişət şəraitinin yaxşılaşması, o cümlədən ailələrin əksəriyyətində aynca yataq otağının olması, fiziki əməyin azalması, ömrün uzanması və hamiləliyin idarə olunması imkanları bizim dövrümüzdə sevgi sənətinə yiyələnmək problemini xüsusilə aktuallaşdırır.

Bu gün ailələrin əksəriyyəti intim əlaqəyə zövq almaq, nəşələnmək üçün əl atırlar, özü də istədikləri qədər tez-tez. Əhalinin, xüsusilə qadınların ümumi və seksual biliklərinin artmasının da müəyyən əhəmiyyəti var. Bu gün bir qanun kimi hər bir qadın bilir ki, cinsi əlaqə aktından nəşə və zövqü yalnız kişi deyil, qadın da almalıdır. Əks təqdirdə qadın öz narazılığını bildirir.

İctimai və ailə həyatında baş vermiş bütün bu yeniliklərin müsbət cəhətlərilə yanaşı neqativ nəticələri də olur. Müntəzəm və yüksək dərəcədə aparılan cinsi əlaqə onun həyata keçirilməsində yalnız fiziki imkanlara deyil, eyni zamanda intim əlaqənin estetik cəhətlərinə də xüsusi tələblər irəli sürür: cinsi

əlaqə yalnız kişidə deyil. tərəflərin hər ikisində bu əlaqədən razı qalmaq hissləri yaratmalıdır. Cinsi münasibətlərin ritmi bir-birinə yenidən qovuşmaq arzusunu kütləşdirməməli, tərəflər (xüsusilə ər) cinsi əlaqədən sonra bir-birilərinə qarşı diqqətli olmalı, tam sevgi və nıəhəbbət hissləri göstərməlidirlər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Cinsel Bilgiler