beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntim normalar

İNTİM NORMALAR “İntim norma” dedikde biz neyi nezerde tuturuq? Müxteser danışsaq, bu, qadınla kişi arasında, onların davranış ve hereketlerini müeyyen qaydalar esasında tenzimleyen cinsi münasibetlerdir. Bu terifi heqiqet kimi qebul edib tarixi keçmişe, elece de müasir xalqların gündelik heyat ve meişetine nezer salsaq, görerik ki, intim,yeni cinsi normalar xeyli serbest şerh ve tefsir edilen anlayışdır. Meselen xristian dinine tapan Avropa ölkelerinde resmi suretde yalnız bir qadınla, yeni nİkaha girdiyin şexsle, qeyri resmi suretde ise istenilen qadınla cinsi münasibetde olmaq olar; bu ölkelerde qanunileşdirilmiş mülki izdivacla yanaşı qanunileşdirilmiş fahişelik de mövcuddur. Müselman Ölkelerinde bir kişinin bir neçe qanuni arvadı (siyğeleri nezere almasaq, dörd arvadı) ola biler ve şeriete göre kişi her bir arvadına eyni derecede qayğı ve diqqet göstermeye borcludur. Qadınların “kişilerden xeyli az olduğu bezi Afrika tayfalarında ise bir qadın bir neçe eri olur. Qedim Misirde firon ailesinde qardaşla bacının nikahını sülale maraqlan teleb edirdi, halbuki bütün dövrlerde ve xalqlarda bu cür izdivac en dehşetli zina ve cinayet sayılıb. Vaxtı ile bır sıra xalqlarda (meselen, çinlilerde) ev sahibi qonaqperverlik ve hörmetin en yüksek tezahürü kimi gece öz arvadını qonağın tam seren-camına verirdi. Halbuki heç bir avropalının (biz hele islam xalqlarını demirik) ağlına da gelmez ki, bu cür “hörmet ve neciblik” nümayiş etdirsin, bele bir hadise baş verse de derhal cemiyyet terefinden lenetlenib damğalanar. Bir çox xalqlarda her bir qızın öz bekaretini qoruyub gelecek eri üçün saxlaması müqeddes qanundur ve bu qanunu pozan qızı böyük rüsvayçılıq ve hetta ölüm gözleyir. Halbuki bezi hallarda qız er evi üçün cehizi Öz bedenini satmaq saye-sinde elde edir ve bele “bacarıq” ve “zireklik” hamı, o cümleden gelecek er terefinden teqdir olunur; bezi tayfalarda ise ere geden qız zifaf gecesini bu “iş” üçün nezerde tutulmuş şexsle tayfa başçısı, yaxud kahinle keçirir ve yalnız Öz bekaretini itirdikden sonra er evine köçmek hüququnu qazanırdı. Ana qohumluğu xettine esaslanan (maderşahlıq) ibtidai-icma quruluşu dövründe uşağın hansı kişiden olunası heç kesi maraqlandırmırdı; şexsi mülkiyyetin meydana gölmesi ile her şey kökünden deyişdi nesil şeceresi daha ata qohumluğu xetti üzerinde qurulurdu ve hamını mehz atanın kim olması meselesi narahat etmeye başladı. Müasir dövrde de yer küresinde çoxsaylı nikah formaları mövcuddur. Bir sıra xalqlarda monoqam, ferdi nikah deyil, poliqam nigahın müxtelif formaları yayılmışdır: polinigiya bir kişinin iki ve daha çox qadınla izdivacı, poliandriya bir qadının iki ve daha çox kişi ile izdivacı ve nehayet qrup halıda nikah m-elan bir neçe adamın izdivacı. Meselen, murngin adh Avstraliya tayfasında her bir kişinin istenilen sayda arvadı ola biler. Hetta murngin qoca yaşında, kişilik gücünü itirdikden sonra da Özü üçün yeni ve genc arvadlar “elde etmeye” çalışır, bele ki, bu onun ictimai statusunu qaldırır. Polinigiya (çoxarvadlılıq) bütün dünyada yayıldığı halda, poliandriyaya (çoxerlilik) esasen Tibetde, Hindisanda yaşayan bezi tayfalarda, Sakit Okean xalqlarında rast gelmir. Meselen, iepça xalqında bele bir adet var: teserüfat işlerinİn öhdesinden gele bilmeyen kişi öz ailesine kiçik qardaşını devet edir ki, o, iş ve arvad baresinde ona “ortaqlıq” elesin. Özü de bu cür nikahdan doğulan uşaqlar böyük qardaşın övladları sayılır. Qrup halında nikahlara ise nadir hallarda tesadüf çdi-lir. Bunun klassik nümunesine yalnız Markiz adalarında rast gelmek olar. Orada aile esas erden yeni aile başçısından, onun arvadlarından ve bir, yaxud, bir neçe elave erden ibaretdir. İkinci er esas erin bir növ kömekçisi sayılır ve esas er bir yere getdikde aileni idare edir, “baş erin” icaze-si ile, o başqa yere getdikde ise onun icazesi olmadan da onun arvadlan ile yatıb-durur. Diger nisbeten aşağı “rütbeli” erler yaxınlıqda yaşayır ve teserrüfat işlerinde kömeklik gösterirler. Onlar da tesadüfen-tesadüfe arvadlardan istifade edirler ve esas er buna müsbet hal kimi baxır, bele ki, onun fikrince, seksual cehetden temin olunmuş kişi teserrüfat işlerinde daha yaxşı ve semereli işleye biler. Heyatda eyni cinsden olan şexslerin de birge nikahı mövcuddur. Hazırda dünyada eyni cinsden olanların mekanı birinci olaraq Danimarkada qanunileşdirilmişdir. Onun ardınca Norveçde ve İsveçde de bu cür nikaha icaze verilmişdir. Ne qeder acınacaqlı olsa da, normal insanlarda yalnız ikrah doğuran bu mesele bir sıra ölkelerde ciddi müzakire obyektine çevrilmişdir. Lakin biz istesek, istemesek de, bütün beşeriyyet seks baresinde öz sağlam düşüncesini itirmek heddindedir. Bunu, yer küresinde seksin “tenteneli ve qarşısı alınmaz yürüşü” adlandıranlar da var. Başqa bir misal. Dilçiler hesablamışlar ki, ingilis dilinde kişinin tenasül aletinin texminen 1.000, qadının uşaqlıq yolunun 1.200, cinsi aktın 800 adı ve sinonimi var! Fransız dilinde bu göstericiler müvafiq olaraq 600 ve 1. 500-dür. ” Ele tekce bu fakt müasir dünyada intim münasibetlerin ne qeder böyük rol oynadığını, heyatın en müxtelif ve derin qatlarına nüfuz etdiyini gösterir. Belelikle her bir dövr, her bir cemiyyet öz intim norma ve qanunlarım teyin ve tesdiq edir. Eger bu qayda ve qanunlar fitri teebilikden, sağlam düşünceden mehrumdursa ve insanın intim ehtiyaclarının ödenmesine imkan vermirse, o zaman şüurda çoxsaylı qadağalar qoymaqla, enerjinin tebii cereyanının qarşısına sedler çekmiş olur, bu da Öz növbesinde ruhi tebeddülatları özünemexsus günah hissini, narahatlıq, narazılıq meyusluq, heyatdan küskünlük ve sair hissleri doğurur ve son neticede hansısa xesteliyin yaranmasına sebeb olur. Qedim ve müdrik Şerqde cinsi münasibetlerin insan heyatında ne qeder mühüm rol oynadığını bütün inceliyi ile başa düşürdürler. Onların bu sahede yaratdıqları çoxsaylı telim ve telimatlar bu gün de öz aktuallığnı saxlayır. Bu telimlerin esasında hansısa sosial qadağa ve “sifarişler” deyil insanın özü dururdu. Buna göre biz kitabda yeri geldikde qedim Şerqin telimat ve tövsiyyelerinden de behrelenmeye çalışmışıq.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 696 Bölmə: Cinsel Bilgiler