beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seksual arzunu çətinləşdirən səbəblər

Qadınlarda “seksual arzunu” çətinləşdirən səbəblərdən biri və, demək olar ki, ən əsası cinsi əlaqədən sonra hamiləliyin baş verə biləcəyi qorxusudur. Gənc ər-arvad arzu olunmayan hamiləliyin qarşısını almaq məqsədilə ön çox yarımçıq cinsi əlaqə üsulundan istifadə edirlər. Bu isə cinsi əlaqə vaxtı kişidən diqqətli və olduqca ehtiyatlı olmağı tələb edir. Belə halda, əlbəttə, nə kişidə, nə də ki, xüsusilə qadında cinsi əlaqədən tam nəşə hissi yaranmır. Ehtiraslı qadında orqazmın baş verməməsi onda sinir sisteminin pozulmasına, bütün bədənində, xüsusilə cinsiyyət üzvlərində xoşagəlməz hisslərin əmələ gəlməsinə səbəb olur.

“Seksual arzunu” çətinləşdirən səbəblərdən biri də izdivacın ilk günləri müxtəlif səbəblərdən yaranan kiçik) mübahisələr, narazılıqlardır. Bu isə təbiidir. Axı tamamilə başqa-başqa xasiyyətli, özünün həyat tərzinə adət etmiş, müxtəlif dünyagörüşü olan iki gənc birdən-birə, çox qısa müddətdə özlərinin xasiyyətlərini, adətlərini unutmalı və müqabil tərəfə uyğunlaşmalıdırlar. Əlbəttə, müəyyən vaxtdan sonra xasiyyətlər uyğunlaşır, gənclər bir çox məsələlərdə bir-birinə güzəştə gedir və, beləliklə ailədə sülh, əmin-amanlıq bərpa olunur. hər halda gənclər yadda saxlamalıdırlar ki, “gündüzün dava-dalaşı ksçənin ehtiras alovunu söndürür”. Burada başqa xalq misallarım da xatırlamaq olar: “Ər-arvadın savaşı — yaz gününün yağışı”, “Ər-arvadın dalaşı yataqda qurtarır “. Onu da xüsusilə qeyd etmək lazımdır ki, gənc ər-arvad arasında baş verən kiçik narazılıqlara, incikliklərə tərəflərin valideynlərinin, qohumlarının müdaxiləsi tamamilə lüzumsuz, hətta zərərlidir.

Gənc kişilər (yaşlılar öz həyat təcrübələrindən bilirlər) həmişə yadda saxlamalıdırlar ki, qadınlar “qulaqlan ilə sevirlər”. Arvadınızı gündə min cinsi “mənim sevgilim”, “mənim əzizim” deyərək çağırsanız o, bundan hər dəfə xoşhal olacaq, sizə qarşı daha mehriban həqiqətən əziz və sevimli olmağa çalışacaqdır. Dilimiz isə gözəl, xoş sözlərlə o qədər zəngindir ki, təkrara yol vermədən, bütün günü yeni-yeni sözlərlə mehribançılıq göstərmək olar. Bu olduqca vacibdir!
hətta seksual pozuntuları olmayan qadınlarda da heç də hər

cinsi əlaqədə orqazm olmur. Bal ayında isə bu adla nadir hallarda baş verir. Bu zaman ər çalışmalıdır ki, gənc qadında da cinsi əlaqə mütləq orqazmla nəticələnsin. Bu çox vacibdir. Orqazmla nəticələnməyən cinsi əlaqədən heç bir xoş təəssürat, nəşə hissi alınmır. Elə buna görə də bal ayında, kişidə seksual istək maksimum dərəcədə olan dövrdə qadını hər cinsi orqazm vəziyyətinə çatdırmaq, ona qarşı diqqətli olmaq, nəşələndirmək vacibdir.

Bal ayında bəzi başqa çətinliklər də ola bilər. İzdivacın bu dövründə gənc ər-arvadın bütün vaxtlarını birlikdə keçirmək arzusuna baxmayaraq, ətrafla, dostlar, tanışlar, qohumlarla əlaqə kəsilmir. Belə görüşlər zamanı bəziləri etika qanununu gözləməyərək “intim məsələlərə” toxunur, “məsləhətlər” verirlər. Belələrinə sadəcə olaraq əhəmiyyət verməmək və intim məsələlər haqqında kənar şəxslərlə məsləhətləşməmək vacibdir. Çünki bu, ər-arvaddan birinin inciməsinə və ailədə narazılığın baş verməsinə səbəb ola bilər. Birinci nikah gecəsi kimi bal ayının da gələcək ailə həyatında, bu həyatın hansı istiqamətdə gedəcəyində böyük rolu var.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Cinsel Bilgiler