beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi ve qadın cinsiyyet orqanlarının quruluşunun

Kişinin ve qadının heyatı bir neçe dövre bölünür: ana betninde inkişaf; uşaqlıq dövrü (doğulandan cinsi yetişme dövrüne qeder); cinsi yetişkenlik keçid dövrü. Ana betninde inkişaf dövründe qızların ve oğlanların xarici ve daxili cinsiyyet sistemi yaranır ve inkişaf edir. Uşaqlıq dövrü. Doğulduğunun ilk günleri qız uşaqlarında cinsi kriz— uşaqlıq yolundan qanlı ifrazat, döş vezilerin deyişkenlik müşahide oluna biler. Sonralar bu hal keçib gedir ve cinsiyyet sisteminde nisbi sabitlik yaranır. Daxili ve xarici cinsiyyet orqanları tedricen inkişaf edir. Oğlan uşaqlan doğulduqda, adeten, onların xayaların boşluğundan xayalığa enmiş veziyyetde olur. Bezen bu proses bir qeder yubanır, xayaların ikisi de ve ya onlardan biri qarın boşluğunda qalır. Bele veziyyet müşahide edildikde mütleq hekime müraciet etmek lazımdır. 6-7 yaşlarında oğlan uşaqlarının xayalarında prepu ertat böyüme müşahide olunur. Bu dövr 9-10 yaşlarına qeder davam edir. Cinsi yetişme dövrü. Qız uşaqlarında bu 9-10 yaşından 15-16 yaşlarına qeder olur. Bu dövrde cinsiyyet sistemi orqanlarının süretli inkişafı baş verir. Uşaqlığın gövdesi böyüyerek boyun hissesini ötüb keçir, cinsiyyetin ikincili elametleri inkişaf edir. Beden qadın Üçün xarakter şekle düşür (çanağın nisbeten genişlenmesi, piy qatının budlardd, yançaqlarda qadın tipine mexsus şekilde toplanması, qoltuq ve qasıq nahiyesinin tüklenmesi, sesin deyişmesi, döşlerin formalaşması, cinsiyyet orqanlarının yetişmesi ve ovulyasiya (mayalanmaq qabiliyyeti olan yumurta hüceyrenin yumurtalıqdan ayrılması) başlayır. Qızlarda 12-13 yaşlarında bir qayda olaraq müntezem aybaşı başlayır. Cinsi yetişkenlik dövründe heyat terzinin düzgün qurulmaması inkişafda olan uşaq orqanizmine çox böyük menfi tesir gösterir. Ona göre da bu dövrde müxtelif meslelelerin (mekteb, musiqi, idman ve s), yuxunun, istirahetin, qidalanmanın yaşa uyğun rejimle teşkil olunması vacibdir. Qız uşağında döşlerin bezen çox kiçik, bezen çox böyük olması valideynlerin narahatlığına sebeb olur. Bilmek lazımdır ki, döşlerin böyük ve ya kiçik olması toxumaların quruluşundan asılıdır. Oğlanlarda cinsi inkişaf dövrü bir qeder gec — 10-11 yaşlarından başlayır. Bu inkişaf xayaların ve xarici cinsiyyet orqanlarının böyümesi ile müşayiet olunur. Sonrakı 3-4 il müddetinde xayaların inkişafı ile onların hasil etdikleri testosteron homronunun miqdarı da artır. Bununla elaqedar ikincili cinsi elametler — qasıq nahiyesinde, qoltuqda tük örtüyü inkişaf edir. Teqriben ele bu vaxtlar üst dodaqda zeif tükler (bığ) bitir. Çene ve döş nahiyesinde ise tükler bir qeder gec, 15-16 yaşlarından sonra inkişaf edir. Bu zaman beden qurulusunda kişiye xas olan cehetler özünü gösterir. Kişi tipli ezeleler formalaşır, sesin tembri deyişir. Eger qızlarda cinsi yetişkenlik birinci aybaşının menarxenin baş vemesile müeyyen olunursa, oğlanlarda bu veziyyet birinci pollyusiya ile (spermatozoidlerin yeniyetmenin özünden asılı olmadan ifrazı) aydınlaşır. Pollyusiya çox vaxt gece, yuxulu veziyyetde baş verir. O bezen erotik yuxugörmelerle elaqedar olur. İlk pollyusiyalar adeten 15 yasından başlayır ve ayda 1-3 cinsi, bezen daha çox olur. Bu tamamile normal prosesdir ve valideynleri qorxutmamalıdır. Qızları birinci aybaşıya hazırlaşdırdıqları kimi, ata-ana elece de oğlan uşağlarını onlarda baş verecek bu hal ile tanış etmelidirler. Bu zaman oğlan uşağını başa salınaq lazımdır ki, bu veziyyetle elaqedar o, artıq öz hereketleri, davranışı ile cemiyyet qarşısında böyük cavabdehlik daşıyır. Cinsi yetişkenlik dövründe mürekkeb prosesler yalnız cinsiyyet orqanlarında deyil, bütün orqanizmde gedir. Onun sinir sisteminde, şüurunda böyük deyişiklikler baş verir. Bu dövr cinsi yetişkenlik ve bununla elaqedar cinsi elaqe ve nesil artımı fealiyyetinin başlanğıcıdır. Cinsi yetişkenlik dövrü xarici ve daxili cinsiyyet orqanlarının yetişkenliyi ve ikincilı cinsiyyet elametlerinin meydana çıxması ile xarakterize olunur. Qadınlarda cinsle elaqedar dövr müntezem şekilde ve davamlı olur. Qadının heyatında bu dövr uzunmüddetlidir ve 18-den 45 yaşa qeder davam edir. Bu dövrün birinci yarısı qadını; seksual ve uşaq doğma aktivliyinin en çiçeklenen çağıdır. Ele buna göre genc er-arvad özlerinin uşaq töretme problemlerini aile heyatının birinci 10 ilinde hell etmeye çalışmalıdırlar. Elbette, daha gec dövrlerde de uşağın doğulmasından imtina etmek lazım deyil, bunun üçün birinci 10 il daha meqsede uyğun hesab olunur. Kişilerde cinsiyyet yetişkenliyi qadınlara nisbeten daha uzun müddetlidir, çünki onlarda sperma hasil olunması. demek olar ki, heyatın sonuna qeder davam edir. Lakin çox qoca yaşlarında, elbette, cinsi elaqenin normal ve keyfiyyetli şekilde mümkün olmayacağı aydındır. Keçid dövrü. Bu dövrde (46-50 yaşda) qadınlarda aybaşı ya qeyri-müntezem olur ve ya tamamile kesilir. Bu zaman uşaq doğma qabiliyyeti de azalır ve bir qeder sonra tamamile dayanır. Orqanizmde baş veren hormonal ve sinir sistemi pozğunluqları ile elaqedar olaraq qadın bu dövrde (klimaks) özünü pis hiss edir, hekim kömeyine müraciet etmek lazım gelir. Müeyyen müddetden sonra bu veziyyet keçib gedir. Bezi qadınlarda klimakedan sonrakı dövrde cinsi elaqeye heves (libido), herislik daha da artır. Lakin bu uzun müddet davam etmeyerek tedricen zeifleyir. Bu cür veziyyet eyni ile kişilerde (40-50 yaşlarında kişilerle de kişi klimaksı) baş verir. Qocalma dövrü. Qadınlarda bu dövr aybaşının tam aparması ile başlayır. Yumurtalıqların ve daxili orqanlarının geriye inkişafı (involyusiya) baş verir. Xaricden de qocalmanın bütün elametleri aydın görünür. Kişilerde qocalma elametleri başlasa da sperma hasil olunması davam edir. Cinsi elaqe qabiliyyetinin itirilmesini bu dövrün başlanğıcı hesab etmek olar. Lakın onu da qeyd etmek lazımdır ki. bezen bu qabiliyyet daha genc yaşlarında, alkoholizm, narkomaniya, müxtelif xesteliklerin neticesinde de itirile biler. Kişi ve qadının cinsi elaqe fealiyyetinde müxtelif sebeblerden — sağlamlıq veziyyetinden, hadalanmanın xüsusiyyetinden, sosial-meişet şeraitinden, iqlimden ve s. asılı olaraq qeyri-normallıqlar ola biler.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2738 Bölmə: Cinsel Bilgiler