beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİŞİ VE QADIN CİNSİYYET ORQANLARININ ANATOMİK ve

Aile heyatı, sevgi, cinsi elaqe haqqında düzgün anlayışın olması üçün cavanlara cinsiyyet orqanlarının anatomiyasını, onların bioloji-fizioloji xüsusiyyetlerini, funksional pozğunluqlarını ve bir sıra başqa meseleleri bilmek lazımdır. Cinsiyyet sisteminin mürekkeb quruluşu, elece de onların müxtelif fizioloji ve bioloji vezifeleri ümumi bir meqsede kişi cinsi hüceyresinin ve qadın yumurta hüceyresinin birleşmesine ve gelecekde mayalanmış yumurta hüceyreden yeni bir ferdi emele gelmesine xidmet edir. Kişi cinsiyyet orqanları bir cüt xayadan (yumurtalardan), xaya artımlarından, toxum keçeceyinden, toxum keçiren axarcıqlardan, prostat veziden ve cinsiyyet üzvünden ibaretdir. Xayalar deri ve ezeleden teşkil olunmuş kisecikde — xayalıqda yerleşir. Onlar qarın boşluğunda inkişaf edib” formalaşır ve heyatın ilk dövrlerinde qasıq deşiyinden keçerek deri-ezele kisesine — xayalığa enir. Müeyyen sebeblere göre xayalar ve ya onlardan biri qarın boşluğunda qalarsa tibbi müdaxileye (derman müalicesi ve ya cerrahi müdaxile) el atmaq lazımdır. Bele ki, bu hadise oğlanın ümumi inkişafına ve hetta gelecekde onun tam keyfiyyetli kişi ve ata olmasına xelel getire biler. Bundan elave, başqa yerde ilişib qalan xayalar sonralar hem de bedxasseli şişlere u çevrile bilerler. Valideynler vaxtaşırı oğlan uşaqlarında xayaların öz tebii yerlerine — xayalığa düşmesine nezaret etmelidirler. Uşağın anadan olmasının birinci ayından xayaların xayalığa enmediyi müşahide olunduqda mütleq hekime müraciet etmek lazımdır. Yaşlı, kişide xayaların hecmi 4×3 sm, çekisi 20-30 q, 8 yaşında oğlanlarda 0,8 q, 15 yaşında yeniyetmelerde 7-10q olur. Çoxsaylı arakesmelerle 200-300 xırda hisseciklere bölünen ve daxili çox nazik qıvrılmış toxum borucuqları dolu olan yumurtada cinsi yetişme dövründen demek olar ki, heyatın sonuna qeder kişi cinsi hüceyreleri — spermatozoidler hasil olunur. Spermatozoidin başı, boynu, gövdesi ve onun hereketini temin eden quyruğu olur. Xayanın daxilinde mürekkeb inkişaf dövrü keçirdikden sonra yetkin, hereketli ve aktiv spermatozoidler toxum kiseciyine toplanırlar. Bundan elave xayalarda çox mürekkeb bioloji aktiv kişi cinsi hormonları — androgenler hasil olunur (onlardan en esası testosterondur) - Xayalar iki funksiyalı hormonların ve spermatozoidlerin hasil olunmasının temin eden daxili ve xarici sekresiya vezileridir. Testosterona benzer kişi cinsiyyet hormonlarının müeyyen miqdarı böyreküstü vezilerde hasil olunur. Oğlanın kişiye çevrilmesinde kişi cinsiyyet hormonları mühüm rol oynayır. Bele ki, bütün ikincili cinsiyyet elametleri beden quruluşunda baş veren deyişiklikler, bedenin müxtelif sahelerinde tük örtüyünün, bığ ve saqqalın çıxması, ses tembrinde baş veren deyişme, spermanın hasil olunması, cinsiyyet orqanlarının böyümesi ve psixikanın xüsusiyyetleri hormonlarla idare olunurlar. Xaya artımı. Uzunluğu 5-8 sm, qalınlığı 1 sm olan xaya artımı arakesmelerle 12-13 hisseye bölünmüş ve xayalardan başlayan toxum çıxarıcı kanalların davamıdır, Xaya artımında spermatozoidlerin yetişmesinde böyük rol oynayan xüsusi madde hazırlanır. Bundan elave burada passiv, qeyri-normal spermatozoidleri eridib yox etmek üçün spermisfaqlar adlanan xüsusi hüceyreler de hasil olunur. Xaya artımından keçen kanalın uzunluğu 4,5 sm, xarici diametri 3 mm, daxili 1,5 lm-dır. O yuxan qalxaraq xayalıqdan çıxır, qasıq deşiyinden keçerek qarın boşluğuna daxil olur ve burada sidik kanalına açılır. Bu kanalcığın sidik kanalına açıldığı yerde bir cüt kiçik toxum kiseciyi yerleşmişdir. Bu kiseciklerde spermatozoidlerin heyat fealiyyetini aktivleşdiren madde hasil olunur. Prostat vezi sidik kisesinden sidik kanalı başlayan yerde yerleşir ve burada sidik kanalım ehatesidir. Bu vezi de kiçik hisselerden teşkil olunmuşdur. Prostat vezi spermatozoidlerin hereketini aktivleşdiren madde ifraz edir. Prostatın hasil etdiyi maddeler qana keçerek yumurtaların fealiyyetine tesir edir. Yaş artdıqca prostat vezinin aktivliyi azalır. Kişilerin ekseriyyetinde bu proses 46 yaşlarından başlayır. Daha sonralar (50-60 yaşlarında) bu proses keskinleşir, sekretor hüceyrelerin atrofiya olunması hesabına birleşdirici toxuma hüceyreleri artır ve bu sebebden prostat vezinin hecmi böyüyerek sidik kanalmı sıxmağa başlayır ve bu da sidik ifrazının çetinleşmesine ve hetta tamamile mümkün olmamasına sebeb olur, Prostat vezinin bele veziyyeti prostatın adenoması adlanır. Bundan elave, spirtli içkilerden, oturaq heyat terzinden, daim qıcıqlandırıcı (acı, turş ve s.) xöreklerin tesirinden, soyuqlamadan ve başqa zererli amillerin tesirinden prostatın xroniki iltihabı (prostatit), emele gele biler. Bunun esas sebebi ise çox vaxt infeksiya xarakterli olur. Bele ki, kariyes dişler badamcıqların xroniki iltihabı, soyuqlama ile elaqedar tekrar baş veren xestelikler prostatın iltihabına sebeb olur. Prostat vezinin funksiyası çoxcehetlidir. Bele ki, aktiv cinsi elaqe dövründe prostatın ifrazatı az miqdarda limfaya ve qana keçerek xayaları fealiyyetini artırır. Uzun müddet cinsi elaqe olmursa, prostatın ifrazatı qana çox miqdarda daxil olur ve xayaların fealiyyetini müeyyen qeder azaldır. Cinsi elaqe vaxtı xaya artımlarının ve toxum axacağının yığılması neticesinde toxum mayesi öz esas vezifesinden savayı, hemçinin toxum ötüren vezifesini yerine yetiren sidik axarına tökülür. Spermatozoidler ve cinsiyyet vezi ifrazatlarının qarışığından ibaret olan bu maye eyakulyat ve ya sperma adlanır. Toxum mayesinin cinsiyyet üzvünün sidik kanalı terefinden xarice atılması eyakulyasiya adlanır. Kişi cinsiyyet üzvü sidik kisesinden sidiyi xarice çıxarmaq ve spermanı qadının uşaqlıq yoluna daxil etmek vezifesini daşıyır ve xayalıqla birlikde kişinin xarici cinsiyyet orqanını teşkil edir. Kişi cinsiyyet orqanı üç mesameli cisimden teşkil olunmuşdur. Mesameli cismin boşluqları birden-bire yüksek tezyiqle qanla dolduqda cinsiyyet üzvü gerginleşerek ereksiya veziyyetine gelir. Süngervarı cisimlerden biri cinsiyyet üzvünün ucunu teşkil edir. Sidik kanalı bu süngervarı cismin içinden keçir. Kişi cinsiyyet orqanı xaricden deri ile örtülmüşdür. Derinin cinsiyyet orqanının başcığını örten hissesi orqana yapışmayıb ve normal veziyyetde qatlanaraq onun xarice çıxmasına imkan verir. Bezen derinin qurtaracağındakı hissesinin deliyi çox dar olduğu üçün orqanın bu hissesine düşen mikroorqanizmler iltihabı prosesin — fimozun emele gelmesine sebeb olurlar. Bu zaman derinin üç hissesini kesib deliyi genişlendirmek, sünnet etmek lazımdır. Fimoz xesteliyi uşağı kiçik yaşlarında sünnet eden xalqlarda olmur. Qadın cinsiyyet orqanları xarici ve daxili olmaqla ayırd edilir. Xarici cinsiyyet orqanlarına aiddir: qasıq, böyük ve kiçik cinsiyyet dodaqlan, uşaqlıq yolu dehlizi, qızlıq perdesi, bartolin vezileri, klitor, sidik kanalının xarici deliyi. Qasıq deri altına toplanmış piy tebeqesi hesabda bir qeder hündür olub qarının en aşağı hissesinde yerleşir (zöhre tepeciyi). Cinsi yetkinlik dövründe qasıqda tük örtüyü emele gelir. Böyük cinsiyyet dodaqları qasığın aşağı hissesinde yerleşen piy tebeqesile zengin, uzunsov deri qatından ibaretdir. Onlar qan ve limfa damarları ile zengindirler. Cinsi yetkinlik dövründe böyük dodaqlarda da tükler bitir. Böyük dodaqların arasında cinsiyyet yarığı yerleşir. Böyük dodaqların daxili sethinde cinsiyyet yarığını isladan mehteviyyatı bartolin vezileri ifraz edirler. Cinsiyyet yanğının yuxan hissesi kişi cinsiyyet üzvüne benzer, amma çox kiçik bir orqan — klitor yerleşir. Sakit veziyyetde o kiçik bir çıxıntı şeklinde olur. Cinsi oyanma vaxtı ise o, ereksiya veziyyetine çatır, hecmi böyüyür. Klitordan bir qeder aşağıda sidik kanalının xarici deliyi yerleşir. Kiçik cinsiyyet dodaqları klitorun aşağısından başlayan ilk ince deri qatından teşkil olunmuşdur. Külli miqdarda hessas sinir uclan ve qan damarları ile zengindir. Böyük ve kiçik dodaqlar uşaqlıq yolunda olan qızlıq (bekaret) perdesini örtürler. Bu nazik perde hessas sinir uclan ve qan damarlan ile zengindir. Qızlıq perdesi nazik ve ya qalın, bir ve ya bir neçe formalı (dairevi, ay şekilli, ulduzvarı, saçaqlı ve s.) delikleri ola biler. Qızlarda aybaşı zamanı uşaqlıqda baş veren qanaxma bu deliklerden xaric olunur. Adeten qızlıq perdesi birinci normal cinsi elaqe zamanı deşilir. Bu proses bir qeder ağrılı ve az miqdarda qanaxma ile müşayiet olunur. Perdenin dağılması travma, bacarıqsız yuyulma ve s. sebeblerden de ola biler. Çox qalın qızlıq perdesini cerrahiyye yolu ile kesmek lazım gelir. Qızlıq perdesinde nadir hallarda delik olmur ki, bele olduqda aybaşı qanın axması üçün cerrahi yol ile süni delik açmaq lazım gelir. Bezen qızlıq perdesindeki delik çox böyük olduğundan birinci cinsi elaqe zamanı perde dağılmır ve bu sebebden qanaxma da olmur. Bele hallarda tecrübesiz şexsler geline qarşı haqsız ittiham ireli sürür, gelinin ismetine, namusuna şübhe edilir ve nigah pozulur. Halbuki adi hekim yoxlaması ile qızlıq perdesinin veziyyetini yoxlayıb. heqiqeti aşkar etmek mümkündür. Qadının daxili cinsiyyet orqanlarına uşaqlıq, uşaqlıq yolu, uşaqlıq boruları ve yumurtalıqlar aiddir. Uşaqlıq yolu qızlıq perdesinden sonra başlayan boruşekilli. 8-9sm uzunluğu ve 2-3sm eninde ezeleden ibaretdir. Onun bir neçe vezifesi var: cinsi elaqede kişinin cinsiyyet orqanını ve spermanı qebul edir, uşaqlığın boynu ile doğuş zamanı dölün ve plasentanın keçmesi üçün doğuş yolunu teşkil edir, uşaqlığı xarici mühitin müxtelif tesirlerinden qoruyur. Doğuş yolunun daxili sethi ince. tez zedelenen ve müxtelif infeksiyalara yüksek derecede hessas selikli qişa ile örtülmüşdür. Uşaqlıq yolunun selikli qişasında hemişe süd turşusu bakteriyaları (Dederleyn çöpleri) olur. 00000000 Bu bakteriyaların fealiyyeti neticesinde uşaqlıq yolunun selikli qişasında emele gelen qlikogenden (heyvani nişasta) süd turşusu hasil olur. Uşaqlıq yolunda emele gelmiş turş mühit xarici mühitden keçen mikroorqanizmlere öldürücü tesir göstermekle qadının – daxili cinsiyyet orqanlarını bir çox infeksiyalardan qoruyur- Yumurtalıqların bezi funksiyaları pozulduqda selikli qişada qlikogenin miqdarı azaldığından uşaqlıq yolunun mühiti deyişerek mikrobların inkişafı üçün elverişli (qelevi) mühit yaranır ki, bunun da neticesinde uşaqlıq yoluna düşen müxtelif mikroblar artıb çoxalır ve oradan keçib uşaqlıqda, hetta uşaqlıq borularında ve qarın boşluğunda da müxtelif iltihablar emele getire bilirler. Uşaqlıq yolunun temizliyinin 4 derecesini ayırd edirler: 1) uşaqlıq yolunun selikli qişasında yalnız Dederleyn çöpleri, epitel hüceyreleri ve turş reaksiya olur; 2) uşaqlıq yolunda tek-tük leykositler” (ağ qan kürecikleri) ve ayn-ayn saprofit (xestelik töretmeyen) mikroorqanizmler, çox miqdarda Dederleyn çöpleri olur; 3) tek-tük Dederleyn çöpleri, çoxlu leykositler ve müeyyen qeder saprofit mikroblar olur, ifrazatın reaksiyası zeif qelevidir; 4) Dederleyn çöpleri olmur, leykositler ve patogen mikroblar çoxdur, reaksiyası qelevidir. 3 ve 4-cü derecenin göstericileri qadının cinsiyyet üzvlerinde xestelik ve iltihab proseri olmasını gösterir. Uşaqlıq yolunun normal veziyyetinde orada az miqdarda ağ rengde ifrazat görünür. Şexsi gigiyena qanunlarına riayet eden sağlam qadın-bu mehteviyyatın olmasını heç hiss etmir. Uşaqlıq yolunun xesteliyinde mehteviyyat ifrazatı artır, rengi sarıyaşıl, köpüklü ve üfunetli olur, narahatlıq, sancı, gicişme, deride qıcıq hissi emele getirir. Bele halda ginekoloqa müraciet etmek vacibdir. Bezen yeni doğulmuş qızlarda heyatın birinci iki. heftesinde sarımtıl-ağ rengli ifrazat olur. Bu qısa müddetde keçib gedir ve valideynleri narahat istemelidir. Amma her halda hekime müraciet etmek meslehetdir. Qızların 80—90 faizlide cinsi yetişme dövründe hemçinin mehteviyyat tekrar olunur. Bu normal hal olsa da, yene de cinsiyyet orqanların temizliyine xüsusi diqqet yetirmek ve mütexessis hekimin meslehetini almaq lazımdır. Uşaqlıq sidik kisesile düz bağırsağın arasında Yerleşmiş, içerisi boş ezelelerden teşkil olunmuş orqandır. hamilelikde onun daxilinde döl inkişaf edib böyüyür. Uşaqlığın boynu uşaqlıq yolunun yuxan hissesine açılır. Uşaqlığın geniş yuxan hissesi gövde, ensiz aşağı hissesi boyun adlanır. Uşaqlıq gövdesinin daxili yarıqşekilli boşluq olub aşağıya — boyun hissesine çatdıqda dar kanal şeklini alır. Bu kanal uşaqlıq yoluna açılır. Uşaqlığın yuxarı hissesine iki terefden Fallopi boruları birleşmişdir. Onun daxili boşluğu qan damarları ile zengin olan selikli qişa ile örtülüdür. Sağlam halda uşaqlığın daxilinde heç bir mikrob olmur. Yaşlı qadınlarda uşaqlığın adi uzunluğu 7-8sm, eni 4-bsl», qalınlığı 3sm, çekisi 50 qrama beraberdir. hamilelik zamanı uşaqlığın uzunluğu 24-25sm-e, çekisi 50q-a çatır. Uşaqlığa uşaqlığı (Fallopi boruları) açılır. Onların her birinin uzunluğu 10-12 sm, daxili boşluqlarının diametri bir neçe mm-e çatır. Borunun bir ucu uşaqlığa, ikinci qıfşekilli ucu ise serbest olaraq qarın boşluğuna açılir. Qıfın kenarları saçaq şekilli çıxıntılarla örtülüdür. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyre qarın boşluğuna düşür. Öz xüsusi formalı hereketile saçaqlar yumurta hüceyreni borunun ucundakı qıf hissesine ötürür, oradan yumurta uşaqlıq borusunun içerisine keçir, yumurtalıqdan çıxmış yumurta hüceyrenin mayalanmaq qabiliyyeti 12-48 saat müddetinde saxlanılır. Spermatozoidlerin mayalandırmaq qabiliyyetini saxlanma müddeti de teqriben ele bu qederdir. Bunları hesablayaraq qadınlar özlerini fizioloji üsulla hamilelikden qoruya bilerler. Mayalanma baş verdikde (yumurtahüceyre ile kişinin spermatozoidlerinin görüşüb birleşmesi) yumurtahüceyre: uşaqlıq borularının ezelelerinin yığılıb açılması hesabına uşaqlığın içerisine doğru hereket edir. Uşaqlığın daxilinde o, uşaqlıq divarına yapışır ve qısa müddetde çoxlu qan damarları ne müxtelif toxumalarla ehate olunur, yetkin dölün inkişafında olan bütün maddeler ananın qan dövranı vasitesile döle çatdırılır. Uşaqlıq borularının vezifesi bir de ona göre çox ehemiyyetlidir ki, yumurtahüceyre onun daxilinden keçen zaman burada mqflanmış yumurtahüceyrenin heyat fealiyyetini temin eden xüsusi madde hasil olunur. Eks teqdirde qidasızlıq neticesinde yumurtahüceyrenin telesy) olması hamileliyin baş vermemesine sebeb olardı. Boruların daxili quruluşunun funksiya pozğunluqları neticesinde mayalanmış yumurtahüceyre uşaqlığa çatmayaraq, borunun daxilinde inkişaf etmeye başladıqda qadının heyatı üçün tehlügeli olan uşaqlıqdankenar hamilelik meydana çıxır ki, bunu da yalnız cerrahi müdaxile ile aradan qaldırmaq mümkündür. Uşaqlıqdankenar hamileliyin sebebleri boruların anadangelme qeyri-normallığı, abort (hamileliyin süni pozulması), uşaqlığın ve boruların yoluxması ve s.-dir. Yumurtalıqlar uşaqlığın her iki terefinde, fallopi borularının qıfı altında yerleşmiş cinsiyyet vezileridir. Yumurtalıqlar da xaya artımı kimi iki reproduktiv (burada qadın cinsi hüceyresi yumurtahüceyre inkişaf edir) ve endokrin — qadın cinsi hormonları hasil olunur) vezife yerine yetirirler. Formalarına göre gavalıya benzeyen yumurtalıqların uzunluğu 2,5-4sm, eni l,5-2sm, qalınlığı lsm, çekisi 6-8 q-dır. Doğulan zaman qızın yumurtahüceyre rüşeymi olur. heyat boyu onların çoxusu inkişafdan qalır. Qadının heyatında 30-35 il davam eden uşaqdoğma dövründe her ay yumurtalıqda (növbe ile sağ ve sol yumurtalıqlarda) mayalanmağa qadir yumurtahüceyre inkişaf ederek qovuq (foilikul) şeklinde » yumurtalığın sethine çıxır. Bu follikulun axırıncı inkişaf dövründe içerisinde yüksek tezyiq ve xüsusi terkibli maye olan qovuq (Qraaf qovuğu) partlayır ve yumurtahüceyre uşaqlıq borusunun qıfı qarşısında qarın boşluğuna atılır. Partlamış follikul yerinde müveqqeti daxili sekresiya vezi — “sarı çisim” emele gelir. Bu vezi uşaqlığın selikli qişasında mayalanmış yumurtahüceyrenin yerleşib inkişaf etmesi üçün kestoken (hamile olmaq) hormonları hasil edir. Onlardan biri progesterondur. Kestogenler hamilelik ve onunla elaqedar bütün meseleleri (yumurtahüceyrenin uşaqlığın selikli qişasmda yerleşib inkişaf etmesi, hamileliyin normal gedişi, süd vezilerinin uşağı qidalandırmasına hazırlıq işi ve s.) idare edir. hamilelik davam etdikde sarı çisim 16 hefte müddetinde inkişafını davam etdirir ve sonra inkişafdan qalır. Eker hamilelik (mayalanma) baş vermirse 10-14 günden sonra onun yerinde ağ çisim emele gelir ve sonra o sovurulub yox olur. Prokesterondan elave yumurtalıqlar qadın cinsiyyet hormonları, estrogenler ve az miqdarda kişi cinsiyyet hormonları — androgenler hasil edirler. Estroksp I androken hormonlarının eyni vaxtda birge tesiri neticesinde qızlarda derialtı piy toxumasının orqanizmin müeyyen sahelerinde toplanması, qoltuqda ve qasıq nahiyesinde tük örtüyünün bitmesi. çanağın formasının deyişmesi ve s. baş verir. Estrokenler ve prokesteron hemçinin maddeler mübadilesine ve heraretin orqanizmde idare olunmasına müeyyen derecede tesir edir. Yumurtalığın hormonları hipofiz (kelle boşluğunda yerleşen” endokrin vezi) ve hipotalamus (baş beyinde eyni vaxtda endokrin vezi ve sinir sistemi vezifesini yerine yetiren hisse) hormonları ile birlikde menstrual dövrde yumurtalıqlarda baş veren dövri deyişkenlikleri idare edirler. Aybaşı dövrü. hamile olmayan sağlam qadın üçün cinsiyyet yolundan 50-200 ml miqdarında qısamüddetli (3-5 gün) qanaxma normal hal hesab olunur. Menstruasiya müddetinde xaric olunan ifrazatın 50-100 ml qan, qalan hissesi ise cinsiyyet vezilerinin ifrazatı ve uşaqlığın daxilinden qopub ayrılmasa selikli qişa elementleridir. Aybaşı qanı adeten laxtalanmır. Bunun sebebi uşaqlığın selikli qişasının ifraz etdiyi xüsusi fermentlerin qanın laxtalanmasının qarşısını almasıdır. Lakin bezen aybaşı vaxtı qanın laxtalar şeklinde gelmesi uşaqlıq qanaxmasını gösteren elametdir ve bele halda mütleq ginekoloqa müraciet etmek lazımdır. Birinci aybaşı (menarxe) müasir qızların ekseriyyetinde 12-13 yaşından başlayır. Aybaşının daha erken (8 yaş ve daha tez) başlanması vaxtından evvel cinsi yetişmenin ve yumurtalığın hormonalaktiv şişinin inkişafmı gösterir. Aybaşının 15 yaşından ve daha gec başlanması ise cinsiyyet sisteminin inkişaf etmediyini (infantilizm) güman etmeye esas verir. Normal aybaşı ritmi birinci aybaşıdan keçen 6 ay müddetinde, bezen de bir az gec qerarlaşır. Bu dövrde aybaşının müntezem şekilde olmaması xüsusi narahatlığa sebeb olmamalıdır, amma bezi hallarda bu veziyyet cinsiyyet orqanlarının kifayet derecede inkişaf etmemesinin de göstericisi ola biler. Buna göre valideynler, elece de qızın özü bu meseleye xüsusi diqqet yetirmeli ve vaxtaşırı mütexessis-kinekoloqla meslehetleşmelidir. Birinci aybaşının menarxenin başlayacağı haqqında qızın evvelceden melumatı olmalıdır ki, o bunun üçün hem menevi ve hem de fıziki cehetden hazır olsun. Axı birinci aybaşı ile qızın uşaq doğma dövrü başlayır, o, ana ola biler. Bu dövrden o, öz exlaqı üçün aile, mekteb kollsktivi, ictimaiyyet qarşısında cavabdehlik daşıyır. Belelikle, birinci aybaşı qızın heyatında mühüm bioloji ve eyni zamanda sosial bir hadisedir. Cinsiyyet orqanından qanlı ifrazatın görünmesini bu meseleye hazır olmayan qızlar çox zaman xestelikle elaqelendirirler. Onlar bu haqda valideynlerine demeye utanır, hetta bezen facieli netice ile qurtaran özünü müallceye el atırlar. 11-12 yaşlı qızı aybaşının başlanmasına edeb ve ehtiyatla hazırlamaq lazımdır. Qarşıda duran meselenin helli üçün tecrübel- analar, terbiyeçiler, müellimler ehtiyatla ve yüksek derecede edeble aparılan söhbetlerle aybaşıdan evvel baş veren veziyyetler “sebebsiz” yorğunluq, zeiflik, heyecan ve ya eksine, ruh düşgünlüyü, baş ağrıları, baş gicellenmesi, qarının aşağı hissesinde ağrılar olduqda özüne daha diqqetli olmağı qıza tövsiye etmelidirler. Dokıyısı ile verilen bele melumatlar qız uşağını onun heyatında birinci cinsi baş verecek bu vacib fizioloji akta müeyyen derecede hazır olmağa şerait yaradar. Aybaşının başlanması qız uşağının ne fiziki ve ne de sosial yetişkenliyi ile uyğunlaşmır. Onıın bir qadın kimi yetkinliyi yalnız hamile olmaq qabiliyyetile deyil, eyni zamanda öz orqanizmine zerer vermeden uşağı yetirib doğmaq, saxlamaq, yedizdirmek ve terbiye etmek imkanlarına malik olduqda baş verir. Yalnız 18 yasından sonra qızların orqanizmi bele inkişaf seviyyesine çatır. Menstruasiyanın bezen daha gec başlanması, eger bunun üçün xüsusi sebebler yoxdursa, normadan kenar hesab olunmaya biler. Bezi gecikmeler ailenin xüsusiyyetile (menarxenin qızın anasında da gecikmesi), qızın beden quruluşu ile (aybaşı kök qızlarda tez, arıqlarda ise nisbeten gec başlayır) elaqedar olur. Aybaşının tez ve ya gec başlanması idman meşğelerinin intensivliyi ile de elaqedar ola biler. Bele ki, idman meşğelelerinin hedden. artıq fiziki yükü aybaşının başlanmasını yubadır, üzgüçülük ise eksine süretlendirir. Valideynler, müellimler, meşqçiler bilmelidirler ki, menarxeni» ister tez ve isterse de gec başlanması, nonnaya düşme müddetinin uzanması (6-8 ay ve daha çox), menstnıal dövrün tereddüdü (2-3 gün ve daha çox), qanaxmanın miqdarının artması (200 ml ve daha cox) yumurtalıqların işinde müxtelif pozğunluqlar olduğunu xeber verir. Bele hallar baş verdikde onların neticelerinin qarşısını almaq üçün qız hekime müraciet etmelidir. Her bir yaşlı qadın özünde menarxenin ne vaxt olduğunu, aybaşının ne vaxt qaydaya düşdüyünü, onun daimi tipini, nece keçdiyini, menarxeden evvel ve sonra özünü nece hiss etdiyini ve bununla elaqedar olan başqa meseleleri yadında saxlamalıdır. Qadınların ekseriyyetinde normal aybaşı dövrü 28 gün, bezen ise 21-35 gün olur. Lakin her bir qadının özüne mexsus ferdi aybaşı dövrü olduğu üçün bunu nezere alaraq o, arzu olunmayan hamileliyin qarşısını almaqdan ötrü özüne cinsi elaqe teqvimi düzelde biler. Yadda saxlamaq lazımdır ki, cinsi elaqelerin başlanğıcı ve onun intensivliyi ile elaqedar (doğuşdan, abortdan sonra, seyahet ve köç zamanı, iqlimin ve emek xüsusiyyetinin deyişmesi, eseb sarsıntıları ve s.) aybaşının davamiyyetinin müddeti (2-3 gün ve daha çox) deyişe biler. Normal aybaşı, adeten, her hansı bir xüsusi ağrı hissi ile müşayiet olunmasa da bezi qızlarda ve qadınlarda aybaşıdan bir neçe gün (1-2 hefte) evvel veziyyet pisleşir, baş ağrıları, başgicellenmesi, ürekbulanması, qusma, ürek döyünmesi ve ürekde ağrılar, tengnefeslik, titretme, etraflarda ağrılar. qaşınma, ödem, esebilik, aqressivlik, şıltaqlıqlar, sebebsiz sevinc hissleri, qanıqaralıq, ağlağanlıq, tenhalıq arzusu, her şeyden şübhelenmek, sayıqlama, erine qarşı qısqanclıq|. sağalmamaq qorxusu, yuxusuzluq, yaddaşın ve diqqetin zeiflemesi müşahide olunur, bezen xasiyyetinde baş veren deyişkenlikle elaqedar ailede, iş yerinde müxtelif toqquşmalar baş verir. Bele hal aybaşı ile elaqedar sindrom adlanır ki, bu haqda da neinki tekce ginekoloqun, hetta nevropatoloqun. psixiatrın ve endokrinoloqun nezareti ve kömeyi lazımdır. Bele qadının özü de öz xasiyyetine tenqidi yanaşmalı, hereketlerini ve emellerini edeb ve medeniyyet çerçivesinde saxlamağa çalışmalıdır. Bu cür sindromu olan, ondan ezab çeken qadına qarşı aile üzvlerinin merhemetli, diqqetli olmağı lazımdır. Eri terefinden mehribanlıq ve diqqet xüsusile vacibdir. Aybaşı dövrü menarxeden başlayaraq 45-50 yaşa qeder davam edir. Qadının bütün uşaqdoğma müddetinde aybaşı dövrünün müeyyen fazalarındakı xüsusiyyet mcnstrual funksiya adlanır. Menstrual funksiyanın idare olunması sinir ve hormonal mexanizmlerin (baş beyinin qabığı, esasen hipotalamusda ve hipofızde yerleşen qabıqaltı sinir merkezleri) ve cinsiyyet üzvlerinin (yumurtalıq, uşaqlıq yolu, uşaqlıq, uşaqlıq boruları) birge fealiyyeti ile heyata keçirilir. Aybaşı dövrünün gedişinde qeyri-adilik fizioloji şekilde qızlarda cinsi yetişkenliye qeder, qadınlarda hamilelik zamanı. uşaq emizdirdikde, klimaksdan sonra amenoreya (aybaşının olmaması) kimi özünü göstere biler. Patoloji amenoreya birincili ve ikincili ola biler. Birincili amenoreya 15-16 yaşında ve daha böyük qızlarda aybaşının olmamasıdır. Bu, aybaşı dövrünün en, ağır pozğunluqlarından biri ve çox ciddi meseledir. İkincili amenoreya başlanmasından sonra 6 ay ve bezen daha uzun müddetde onun olmamasıdır. Bunun, emele gelmesi üçün sebebler çoxdur: ümumi ve cinsi infantilizm, uşaqlıqda verem, tonzillit, müxtelif infeksiyalar ve s. xesteliklerin keçirilmesi, halsızlıq, stressler, daxili sekresiya vezilerinin fealiyyetindeki genetik qüsurlar ve s. Bütün hallarda tecili ve yüksek ixtisaslı hekim kömeyi lazımdır. Qadınlarda yaş artdıqca aybaşı funksiyası azalmağa başlayır ve klimaksın başlanması ile (45-50 yaşlarında) tamamile kesilir. Bu fizioloji hal teşvişe sebeb olmamalıdır ve yalnız orqanizmde bununla elaqedar müxtelif pozğunluqlar (sinir, ürek, qan damar, endokrin ve s.) emele geldikde mütexessis hekime müraciet etmek lazımdır. hazırda çetin keçirilen klimaksın gedişini yüngülleşdiren üsullar mövcuddur. Qadın cinsiyyet orqanlarının gigiyenası. Qadın cinsiyyet orqanlarının xesteliklerinin qarşısının alınması onun doğulduğu günden başlanmalıdır. Bu, cinsiyyet orqanlarının, düz bağırsaq çıxacağının ve aralığın yuyulub temizlenmesinden ibaretdir. Qız uşağının gigiyenasının esas qaydalarını bilmek vacibdir. Yuyunmağa başlamazdan evvel eller sabunla temiz yuyulmalıdır. Sonra ilıq su, hemişe yalnız bu meqsed üçün işledilen kiçik leyen, temiz, pambıq ve ya tenzif parçası hazırlamaq lazımdır. Qız leyene çömelib dayanmalı, ana ve ya terbiyeçi onun arxasında bir elinde su qabı, o biri elinde sabun sürtülmüş pambıq (tenzif) qasıq nahiyesinden başlayaraq xarici cinsiyyet dodaqlarını ehtiyatla yumalıdır. Sonra yuyulmuş sahe (cinsiyyet orqanları, aralıq, budların daxili sethi) bu meqsed üçün ayrılmış yumşaq desmal ile qurulanmalıdır. Hekimin teyinatı olmadan qız uşağını müxtelif dermanlar, ot demlemeleri ve s. ile yumaq qeti qadağandır. Seher ve axşam yatmazdan evvel yuyunmaq vacibdir. Uşaqlar bu tedbiri sevir ve tezlikle dişleri, el-üzü yumaq kimi ona da adet edirler. Bütün bunları 7-8 yaşında qız uşağı anasının, nenesinin. böyük bacısının nezareti altında, daha sonralar ise müsteqil olaraq özü de ede biler. Eyni vaxtda hemin temizleme işi anus nahiyesinde de (cinsiyyet orqanlarına toxunmadan) aparılır. Gösterilen yerlerde temizlenme işi her gün aparılmalıdır. Her cinsi ayaqyolundan istifade olunduqdan sonra xarici cinsiyyet orqanların yuyub kiçik tenzif ve ya kağız desmallarla qurutmaq lazımdır. Bu meqsed üçün qezet ve tesadüfi kağızlardan istifade olunmamalıdır. Oğlanlar ve kişiler de anus nahiyesini yumağa ve xüsusi desmallarla qurulamağa adet etmelidirler. Aybaşı fazasının gigiyenası. Cinsiyyet orqanlarının gigiyenası bu fazada da aybaşıarası müddetde olduğu kimidir, amma ona riayet olunmasına telebkarlıq bu zaman daha yüksekdir. Mesele burasındadır ki, aybaşı zamanı orqanizminin müqavimeti hetta en “zerersiz” amillere qarşı bele azalır. Bu veziyyet cinsiyyet orqanları arasında özünü xüsusile büruze verir. Meselen, soyuq suda çimmek, rütubet yerde dincelmek, güneş şüalarının uzunmüddetli tesiri, turist gezintileri zamanı çox celd hereketli oyunlar ve idman meşğeleleri, uzun müddet velosiped sürmek, acı-turş xörekler yemek yumurtalıqların, uşaqlığın ve onun boruların iltihabına ve elece de uşaqlıqdan güclü qanaxmalara sebeb ola biler. Bununla yanaşı, aybaşı zamanı ifrata vararaq yorğan-döşekde hereketsiz qalmaq da yaramaz. Bu zaman qadının fiziki qüvvesinin bir qeder azalmasını nezere almaq, sadece olaraq adi, normal heyat terzini davam etdirmek, yalnız isti geyinib, xüsusile ayaqları, bel nahiyesini, qarının aşağı hissesini soyuqdan qorumaq, fiziki işi bir qeder yüngülleşdirmek lazımdır. Aybaşı vaxtı tenzif ve pambıqdan hazırlanan altlıqdan ve ya fabrikde bu meqsedle hazırlanmış standart altlıqdan istifade etmek, altlığı vaxtaşırı, qan hopduqca deyişmek lazımdır. Bu dövrde günde 3-4 cinsi sabun ve qaynadılmış ilıq su ile xarici cinsiyyet orqanlarını yumaq vacibdir. Selikli qişada qıcıqlanma olduqda yuyunmaq üçün çobanyastığı (çay) demlemelerinden, duşdan istifade etmek meslehetdir. Hamama getmek, vannada çimmek olmaz. Alt paltarlarını her gün, islandıqda ise günde bir neçe cinsi deyişdirmek lazımdır. Aybaşı vaxtı cinsiyyet orqanlarını imale balonu ile yumaq meslehet görülmür, çünki bu zaman tesadüfi infeksiyalar uşaqlığın açıq veziyyetde olan boynundan daxile keçerek çox ciddi, ağır xestelikler emele getire biler. Hemçinin bu zaman cinsi elaqe de qeti suretde qadağandır. Bu hem qanaxmanın artmasına ve hem de uşaqlığa infeksiyanın keçmesine sebeb ola biler.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3955 Bölmə: Cinsel Bilgiler