beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız Uşaqlarının Cinsi Tərbiyəsi

Kiçik Və Böyük Qız Uşaqlarının Cinsi Tərbiyəsi
Müxtəlif yaşlı qız uşaqlarının cinsi tərbiyəsi, əsasən, bir məqsəd — ailə həyatı üçün yararlı qadın yetişdirmək məqsədini güdür. Bu o deməkdir ki, qız özünü qadın cinsinin nümayəndəsi kimi dərk etməli, gigiyena qaydalarmı mənimsəməli, eləcə də uşaqlıq, yeniyetmə, gənclik dövründə və böyüdükdə müqabil cinsin nümayəndələrilə özünün neçə münasibətdə olacağını bilməlidir. Qadın həmişə ailə ocağının birliyini saxlayan, ümumiyyətlə, ailəni özündə cəmləşdirən xoşbəxtlik mücəssəmssidir. Hətta əgər hər hansı bir bədbəxt hadisə (ölüm, xəstəlik, boşanma «və s.) nəticəsində o evdə qadın yoxdursa da, ailənin əsasını qoyan yenə də qadındır. Təbiidir ki, belə yüksək vəzifə qadından çox böyük məsuliyyət tələb edir. Bu hisslər lap uşaq yaşlarından ailənin təməlini qoyacaq qıza aşılanmalıdır.

Mütəxəssislər müəyyən etmişlər ki, qol əzələlərinin gücü ,12 yaşma qədər oğlan və qızlarda eynidir, hətta bəzən qızlarda daha çoxdur. Amma həmişə döyülənlər də qızlardır. Nə üçün? Birincisi ona görə ki, qızlar zorakılığa müqavimət göstərməyə psixoloji cəhətdən hazır deyildirlər. Ata (hətta ana da) həmişə oğluna deyir: “Sən kişisən və gücə güclə cavab verməyi bacarmalısan…” Bəs qızlara nə deyirlər? “Müəlliməyə de ki, həsən səni incidir”. Görünür ki, böyüklərin belə məsləhətləri düzgün və həyatidir.

Yuxarıda qeyd etdiyimiz kimi, qızlarda bəzənib-düzənmək, bəzək şeylərindən istifadə etmək arzusu özünü çox tez büruzə verir. Qız uşağının kiçik yaşlarından bəzənməsi, anasının müxtəlif paltarlarını öz üzərində yoxlaması, bəzən xəlvəti kosmetika vasitələrinə də əl atması onda tədricən qadınlara xas olan zövqün yaranması ilə əlaqədardır. Kiçik qızların geyimlər, kosmetika ilə ilk şıltaqlıqları əvvəlcə böyük yaşlılara xoş gəlir, onları əyləndirir. Amma onlar buna çox yol verməməlidirlər. Kiçik yaşlarından başlayaraq modalı pal-paltarlara adət etmiş uşaqlar, xüsusilə qızlar, böyüdükdə adi, normal geyimləri bəyənmir və həmişə diqqəti cəlb edən paltarlar geyməyə çalışırlar. Bu isə zövqsüzlük, modabazlıq və ailədə narazılıqların baş verməsinə səbəb olur. Biz son vaxtlar böyüklər arasında da özünü göstərən zövqsüzlük və bunun nəticəsində həddən ziyadə bəzənməklə özlərini tovuz quşuna bənzədən qadınlar çox görürük. İnamla demək olar ki, bu kiçik yaşlarında düzgün aşılanmayan və ya tamamilə aparılmayan cinsi tərbiyənin (bəlkə də cinsi tərbiyəsizliyin) nəticəsidir. Qızların müxtəlif yaşlarında cinsi tərbiyəni getdikcə dərinləşdirməli, onlara öz mənliklərini, qızlıq namusunu, qürurunu qorumaq, utancaqlıq hisslərini aşılamaq lazımdır. Bütün bunlar çox mürəkkəb anlayışlardır və, əfsuslar olsun ki, bu göstərilən keyfiyyətlər üçün Necə bir ölçü vahidi yoxdur. Bəzən öz mənliyini həddən ziyadə yüksək tutan qız özü haqqında çox yüksək fikirdə olan, hamıya yuxarıdan baxan sqoistə çevrilir. Qızlıq namusu və utancaqlıq tərbiyəsi anlayışı daha mürəkkəb və çətindir. Bu tərbiyə az olanda və ya heç olmayanda qız üçün müqəddəs heç bir şey olmur, çox olanda isə gələcək ailədə müxtəlif konfliktlər üçün zəmin yaranır.

Cinsi tərbiyənin tam keyfiyyətli və maksimum xeyirli olması üçün valideynlər və ilk növbədə ana qızının orqanizmində cinsi yetişmə dövrlərini düzgün təsəvvür etməlidir. Respublikamızda bu dövr 8—9 yaşlarından başlayaraq təqribən 13— 14 yaşlarında qurtarar. Bu cinsi yetişmə hər biri 3—4 il davam: edən iki dövrə bölünür:

birinci — prepubertat (seksual dövrə qədər) və ikinci pubertat (seksual dövr) Pirişşdövr ikincili cinsi əlamətlərin və aybaşının başlanmaSı ilə, ikinci dövr aybaşının qaydaya düşməsi, və çanaq sümüyünün inkişafının başa çatması ilə xarakterizə olunur. Qızların əksəriyyətində çanaq sümüklərinin aktiv inkişafı və budların formalaşması 9—10 yaşlarında, döş kilələrinin, döş vəzilərinin böyüməsi, qasıqda tüklərin çıxması 10—11 yaşında, daxili və xarici cinsiyyət üzvlərinin dəyişməsi
11 —12 yaşında, döş kilələrində piqmentin əmələ gəlməsi və deş vəzilərinin böyüməsinin davam etməsi 12—13 yaşlarında olduqda ikincili cinsi əlamətlərin meydana çıxması orta hesabla normal inkişaf kimi qəbul oluna bilər.

Qızların təqribən 2,5 faizində cinsi yetişmə vaxtın-dan əvvəl, yəni ikincili cinsi əlamətlər 8 yaşından, aybaşı 9 yaşından tez başlanır. Cinsi yetişmənin yubanmasına bir qədər çox, 4—7 faiz təsadüf olunur. Bu zaman 14—15 yaşlarında ikincili cinsi əlamətlər, 16 yaşında isə aybaşı- olmur. Bu qeyri-normal vəziyyət hər iki halda — cinsi yetişmənin vaxtından əvvəl baş verməsi və ya gecikməsi — valideynləri narahat etməli onlar mütəxəssislərə —endokrinoloqa və ginekoloqa müraciət etməlidirlər.

Cinsi yetişmənin ikinci dövrdə bir çox qızların üzündə səpkilər əmələ gəlir, dəri və saçlar yağlı olur, tərləmə artır. Bunlar cinsiyyət hormonlarını hazırlayan daxili sekresiya | vəzilərinin fəaliyyətinin aktivləşməsinin, daha doğrusu, cinsi hormonların orqanizmdə çoxalma-sının başlanğıcı ilə əlaqədardır. Bu vəziyyət bədənin normal fiziologiyası ilə əlaqədar olub heç bir müalicə tələb etmədən keçib getsə də qızların xoşuna gəlmir və buna görə ana qızına məsələni aydınlaşdırmaqla yanaşı, lazımi gigiyena qaydalarına riayət etməyi də öyrətməlidir. Oğlanlar kimi qızlar da (nisbətən daha az hallarda) masturbasiya ilə məşğul olurlar. Bu, faciə deyil. Amma uşaq yaşlarından başlayaraq bu adətə alışmağın qarşısını almaq lazımdır. Birinci növbədə bağırsaq qurdları ilə, xüsusilə tükbaş qurdlarla mübarizə etmək məqsədilə gündüz və gecə uşaqların əllərini yataqda yorğandan bayırda saxlamalı, onların oyaq vəziyyətdə yataqda uzanıb qalmasına yol verməməli. Aralıq nahiyəsini (anus və xarici cinsiyyət üzvü arasındakı sahə) həmişə təmiz saxlamağı (ifrazatlardan sonra yuyunmaq), əmək və idmanla məşğul olmağı analar qızlarına hələ kiçik yaşlarından elə öyrətməlidirlər ki, bunlar adət şəklinə keçsin.
Aybaşı haqqında qızlara ətraflı məlumat, şübhəsiz ki. 8-9 yaşlarından verilməlidir. Çox təəccüblüdür ki, qız uşaqların əksəriyyəti üçün bu normal fizioloji hal birinci cinsi tamamilə gözlənilməz olur və onları qorxudur. Bunun günahkarı isə vaxtında qızlarını bu məsələ ilə tanış etməyən analardır. Aybaşının tamamilə normal fizioloji hal olmasına və bütün qızlarda gec-tez başlanmasına baxmayaraq, bu, bəzən orqanizm üçün ciddi imtahana çevrilir. Ona görə bu dövrdə, bəzi hallarda qızları fiziki güc tələb edən işlərdən, hətta fiziki məşğələlərdən, yarışlardan və s. azad etmək lazımdır. Aybaşı vaxtı açıq su hövzələrində çimmək, isti vannalar qəbul etmək olmaz. İmkan daxilində hər gün duş altında yuyunmaq və gigiyena məqsədi güdən yuyunmalardan istifadə etmək məsləhətdir.

Öz xarici görünüşünə maraq qızlarda oğlanlara nisbətən təqribən iki cinsi artıq olur. Qadınların əksəriyyətində bədən quruluşuna tələbat eyni olduğundan (qədd-qamətli, incəbelli və s.) qızlar süni yollarla (az yemək, pəhriz saxlamaq, bəzi qidalardan imtina etmək və s.) bədən quruluşunu dəyişdirmək arzusuna düşürlər, bu da orqanizmin inkişafı üçün gənc yaşlarında çox vacib olan bəzi yad maddələrinin lazımi miqdarda çatışmamasına, sağlamlığın pozulmasına və orqanizmin inkişafının düzgün getməməsinə səbəb olur. Gözəl qaməti isə bədənin inkişafına, sağlamlığına heç bir zərər vermədən fiziki məşğələlərlə, idmanla da qazanmaq olar.

Keçid yaşlarında qızların cinsi tərbiyəsi yalnız aybaşı, dəridə səpkilər, sızanaqlar, qidalanmaq və s. haqqında məlumat verməklə məhdudlaşmamalıdır. Ardımı I dövri aybaşıların başlanması orqanizmdə baş verən dəyişkənliyi və psixo-fizioloji vəziyyətin dəyişməsini göstərir, bununla əlaqədar bu yaşdan başlayaraq qız uşağına cinsi həyat haqqında ilk məlumatlan vermək lazımdır. Əsla yubadılmalı olmayan belə söhbətə ana əsaslı surətdə hazırlaşmalıdır. Ana qız ilə həmin məsələ ətrafındakı söhbətində izahatın formasını, işlədəcəyi terminləri, hətta səsinin tonunu və üzünün ifadəsini də əvvəlcədən fikirləşib hazırlamalıdır. Söhbəti elə aparmaq lazımdır ki, qız bu məsələlərin ailəsi, valideynləri və, nəhayət, özü üçün, öz gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu dərk etsin.

Qızların cinsi tərbiyəsində əsas iki səhvə yol verilir. Bəzi analar cinsi həyat məsələsinə tamamilə fikir vermir, başqaları isə ona həddən artıq fikir və yer verməklə yanaşı onu yalnız mənfi cəhətdən işıqlandırırlar.

Valideynin bu məsələ haqqında tamamilə danılmamağı qızı problemlə özbaşına tanış olmaqdan xilas etmir. Lakin onun bu məlumatları kimdən və nə şəkildə olmasının çox böyük əhəmiyyəti var. Əgər o, məlumatları müəllimdən, tibb işçilərindən, qız yoldaşlarının analarından, xüsusi ədəbiyyatdan alırsa bu çox yaxşıdır, əgər təsadüfi tanışlardan alırsa bu çox pis nəticələrə gətirib çıxara bilər. Müxtəlif mənbələrdən qarışıq məlumatlar alan qızlarda bu məsələni kimin düz dediyini yoxlamaq arzusu yaranır.

Qızlarda cinsi yetişmə öz yaşıdları olan oğlanlara nisbətən tez başlandığından, onlarda özlərindən yaşca böyük gənclərə misal etmək xüsusiyyəti olur. Bu isə çox vaxt xoşa gəlməyən ağır nəticələrin baş verməsinə (siqaret çəkmək, spirtli içkilər içmək, narkotik maddələr və, nəhayət, təsadüfi cinsi əlaqələr) səbəb olur.


Nikotin, narkotik maddələr, alkoqol xüsusilə inkişaf mərhələsində olan orqanizmə məhvedici təsir göstərir. Bu təsirin qızların orqanizmi üçün xüsusilə ağır nəticəsi olur. Axı onlar gələcək analardırlar. Bu haqda qızlara kiçik yaşlarından demək, onları bu zərərli məşğələlərə adət etməkdən yayındırmaq vacibdir.

Qızların “cinsi tərbiyə” anlayışına sidik-cinsiyyət üzvlərinin yoluxucu və soyuqlama nəticəsində baş verən, xəstəliklərinin profilaktikasını da əlavə etmək lazımdır. Əfsuslar olsun ki, qadınlarda xəstələnmək imkanları həddən artıq çoxdur (cinsiyyət üzvlərinin təmiz saxlanmaması, kiçik çanaq orqanlarının soyuğun təsirindən iltihablaşması və s.) və bunlar profilaktikanın əhəmiyyətini daha da artırır.

Cinsi tərbiyənin çox vacib məsələlərindən biri müqabil cinsin nümayəndələri ilə münasibətlər haqqında müəyyən bir qanunun qəbul olunmasıdır. Oğlanlarla, yeniyetmələrlə, gənclərlə və yaşlı kişilərlə münasibət fərdi olmasa da, lakin, ümumiyyətlə, özünü aparmaq, əxlaq cəhətincə münasibət hamısına süni və səciyyəvi olmalıdır. Kişi cinsinə mənsub olan bütün şəxslərlə münasibətində qız özünün müstəsna vəziyyətini həmişə yadda saxlamalıdır. Başqa sözlə desək, o həmişə zərif, gözəl, təvazökar, mədəni, namus və əxlaq məsələlərində prinsipial və ciddi olmalıdır. Bu sifətlər isə “zəif cins” adlandırılan qadını ən güclü kişilərdən də güclü edən və onları özlərinə tabe edən qüvvədir. Ona mənlik, şəxsi heysiyyət, məğrurluq hissləri aşılamaq, adi ehtirasın cismani yaxınlığın aldadıcı olduğunu və çox böyük bədbəxtliklərə səbəb ola biləcəyini izah etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, yeniyetmə və gənclik dövründə bu yaşın fantaziyası ilə uydurulub yaradılan “sevgi” çox vaxt xoşbəxtlik, şadlıq, sevinc əvəzinə bədbəxtlik, dərd və kədər gətirir, ömür boyu əzab-əziyyət verən peşmançılığa səbəb ‘ olur. Bu deyilənlər uydurma deyil, faktlarla əsaslanmışdır: orta məktəb şagirdlərindən (17 yaşa qədər) hamiləliyin süni surətdə pozulması üçün müraciət edənlərin 97 faizində sevgililər arasında bütün əlaqələr qoyulmuşdur. Özü də hamısı kişilər tərəfindən.

Cinsi tərbiyənin əsas vəzifələrindən biri qızlıq ismətinin tərbiyəsidir. Özü də bu tərbiyənin simvolu yalnız qızlıq pərdəsinin nikaha qədər saxlanılması deyil, fikirlərin, münasibətlərin, görüşlərin əxlaq çərçivəsində aparılmasındadır. Qız öz hərəkətlərində, davranışında çox ehtiyatlı olmalı, özünü elə aparmalıdır ki, nə dostda, nə tanışda, xüsusilə təsadüfi tanışda bu qızla intim əlaqənin mümkün ola biləcəyinə heç bir ümid yeri qalmasın. Çox vaxt qızın özünü düzgün aparmaması saysız-hesabsız bədbəxtliklərə (zorlanma, zöhrəvi xəstəliklər, psixi travmalar, hamiləlik və s.) səbəb olur.

Nikahda və o cümlədən cinsi əlaqə dövründə özünü aparmaq, idarə edə bilmək qaydalarını öyrənmək qızların cinsi tərbiyə proqramında mühüm yer tutur. Əlbəttə, burada münasibətlərin və birinci nikah gecəsi özünü aparmaq qaydalarının bütün cəhətlərini deyil, yalnız bütün hallarda özünü düzgün aparmaq, idarə etmək tərbiyəsi haqqında qeydlər edilir.

Sevdiyi şəxslə evlənmək və ya intim yaxınlıq etmək istəyən qızın və ya qadının münasibətləri təbii olmalıdır. O özünü nə süni surətdə qızışdırmalı, nə də hisslərini zorla boğub saxlamalıdır. Bu ona görə vacibdir ki, yalan gec-tez açılır və yalançıya qarşı inam həmişəlik itir.

Aydındır ki, qızları təmizliyə, səliqəyə, səhər idmanına, saçlarına xidmətə və s. öyrətmək süni dərəcədə cinsi tərbiyəyə aiddir və ailədə düzgün münasibətlərin, eləcə də cinsi əlaqədə uyğunluğun yaranmasında müəyyən rol oynayır.

Gələcək qadının formalaşmasında müxtəlif yaşlarda qızların paltarının da müəyyən rolu var. Ailədə paltar, ayaqqabı alınması tez-tez baş verən hadisə olmadığından müəyyən baha qiymətli, uzun müddət istifadə olunmalı geyim əşyası (palto, kostyum, uzunboğaz çəkmə və s.) almaq nəzərdə tutulubsa, bu, ailədə əvvəlcədən müzakirə olunur. Yeniyetmələr, xüsusilə 11—12 yaşlı qızlar alınacaq şeylər haqqındakı ailə müzakirəsində aktiv iştirak etməli, valideynlər isə onların fikir və təkliflərinə ciddi münasibət göstərməlidirlər. Geyim məsələsində müəyyən çərçivədən çıxmamaq şərtilə, yeniyetmələrin, gənclərin, xüsusilə qızların arzu və istəklərilə müəyyən dərəcədə hesablaşmaq lazımdır. Əlbəttə, bu vaxt ailənin maddi imkanı, arzu olunan geyimə gigiyena tələbləri (paltarın soyuqdan, istidən qoruma imkanları, dərini sürtməsi və s), etik, estetik cəhəti (həddən artıq gödək, dar, yaxanın çox açıq olması və s.) nəzərə alınmalıdır.” Qalan məsələlər yeniyetmə və gənclərin özləri tərəfindən həll oluna bilər. Onlarla mübahisə etmək, onları inandıraıaq, üçün səy göstərmək olar, amma pul xərcləmək ixtiyarı yaşlılarda olsa da, yeniyetmələrin istək və arzularını kobud şəkildə rədd etmək düzgün deyildir. Əks təqdirdə uşaqlarda uzun müddət davam edən əsəbilik, kefsizlik əmələ gəlir ki, bu da məktəb məşğələlərinə, hətta sağlamlığa da mənfi təsir götərir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 544 Bölmə: Cinsel Bilgiler