beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikahda uyğunluq haqqında

Möhkəm, sağlam ailənin qurulması və ər-arvad arasında uyğun münasibətlərin formalaşması,mükəmməlləşməsi onların xasiyyətvəhisslərinin cilalanması ilə əlaqədardır. Bu proses hər gün, hər saat, istirahət günsüz və məzuniyyətsiz olaraq davam edir, özü də ilk növbədə ər-arvaddan öz üzərilərində diqqətlə, ağır əmək tələb edən incəliklə işləmələrini tələb edir.
Bu, çətin amma nəcibləşdir. Ailənin qurulmasına sərf olunan əmək yüz qat əvəzlə nikahda uyğunluq, uşaqların xoşbəxtliyi, mənəvi sakitliklə isinən qocalıq dövrü ilə qaytarılır. Xoşbəxt və hərcəhətli ailə qurmaq hamıya müyəssər olmur. Yalnız özünü sevən, qeyri qanuni, yalançı, şıltaq, tənbəl şəxslər heç bir vaxt bu işin öhdəsindən gələ bilmirlər. Amma xoşbəxtlikdən belələri o qədər də çox deyil. Belə ailə qurmağı ürəkdən istəyənlər lakin bunu necə etməyi bacarmayanlar daha çoxdur.

Cəmiyyət, ictimaiyyət üçün ailə münasibətlərinin çox böyük əhəmiyyəti var. Qeyd etmək lazımdır ki, gənc ailələrdə və elənə də çoxdan qurulmuş ailələrdə çox vaxt ailədaxili münasibətlər lazımi dərəcədə möhkəm və davamlı olmur. Son illərdə ailənin dağılmasının, boşanmaların nisbətən azalmasına baxmayaraq yenə də ildə bir milyona yaxın boşanma Hadisəsi qeydə alınır.

Boşanmaların böyük bir hissəsi (müxtəlif müəlliflərin məlumatlarına görə üçdə bir hissədən yarısına qədəri) seksual uyğunsuzluq, ər-arvadın (ilk növbədə qadının) izdivacda cinsi əlaqədə təmin olunmadıqlarından, onun qaydaya salınmaması səbəbindən baş verir. Belə vəziyyət isə ailə həyatının bu cəhətini lazımi qədər təşkil edə bilməməkdən, cinsi tərbiyənin gənclərə vaxtında və düzgün çatdırılmamasından irəli gəlir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Cinsel Bilgiler