beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevda Yəhyayeva

Yəhyayeva Sevda Eldar qızı — azərbaycanlı müğənni.

Həyatı

Sevda Yəhyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir. 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxışmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxıl olmuş və ilk müəlliməsi Azərbaycanın xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir. 2008-ci ildə müğənni karyerasının ilk "O zaman" adlı albomu işıq üzü görmüşdür. Bu illər ərzində müğənni albomunda yer alan "O zaman" və "Sənsiz" adlı mahnılarına klip çəkdirmişdir. 2010-cu il yanvarın 22-də Gənc Tamaşaçılar Teatrında xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı ilə birlikdə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertini vermişdir. Azərbaycanı ölkə hududlarından kənarda layiqincə təmsil edən müğənni Rusiya Federasiyasının Kislovodsk şəhərində keçirilən "XXI əsrin Kumiri" adlı festivalda Grand Pri-yə layiq görülmüşdür. 2011-ci ildə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertinin diski (CD/DVD) və ikinci "Dinlə" adlı albomu işıq üzü görmüşdür.


Tarix: 22.01.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 347 Bölmə: Bəstəkarlar Və Müğənnilər