Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçəçi oğlu Məhəmməd

Keçəçi oğlu Məhəmməd (18.07.1864-20.11.1940) – Qarabağ xanəndəsi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Mənbə
4 Xarici Keçidlər
5 Həmçinin bax


Həyatı

Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) 1864 cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirmiş, Azərbaycan muğamının şöhrətini hər yana yaymışdır.

Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapozonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. Oxuduğu “Zəminxarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı.

Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını original bir şəkildə , özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınmışdır. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanmışdır. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə bigə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Onun qastrol səfərləri də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr etmişdir. 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirmişdir.

Yaradıcılığı

Xanəndəlik sənətinə Şuşada Xarrat Qulunun və Məşədi İsinin məktəbində yiyələnmişdir. "Bayatıqacar" muğamını orijinal tərzdə və xüsusi ustalıqla ifa etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava) və "Ekstrafon" (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.


Tarix: 21.01.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...