beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşad İlyasov

Müğənni. Aparıcı. Filmlərdə mahnı ifa edən.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Rəşad İlyasov 1974-cü ildә Noyabrın 1-də Bakı şәhәrindә ziyalı ailәsindә anadan olub. 1981-ci ildәn 20 nömrәli orta mәktәbdә tәhsil almağa başlayıb. Valideyinlәri musiqiçi olmasa da (atası Ilyasov Mirzә Rüstәm oğlu - mühәndis olub, anası Eyvazova Zәrifә Alxas qızıAzәrbaycan Dövlәt Teleradio şirkәtindә jurnalist kimi çalışıb), Rәşadda hәlә uşaqlıqdan musiqiyә böyük hәvәs olub. Belә bir hәvәsin әsas sәbәblәrindәn biri dә Rәşadın gözünü açandan daima etrafında sәnәtçilәri görmәsi olub. Onun xalası - Şәfiqә Eyvazova Azәrbaycan Respublikasının Xalq artisti, kaman ustası, dayısı Yasәf Eyvazov isә ud ifaçısıdır. Belә gözәl sәnәtçilәrlә tәmasda olmaq әlbәtti ki, öz izini buraxmaya blmәzdi. Vә Rәşad orta mәktәbdә oxumaqla bәrabәr 16 nömrәli musiqi mәktәbinin fortepiano sinfindә tәhsil almağa başlayır. Lakin 1990-ci ildәn gәnc musiqiçi yeni seçim edir: o, kanon alәtindә ifa etmәyә başlayır. Bu istedadlı ifaçıya artıq Azәrbaycanın tanınmış ifaçıları әmәkdaşlıq etmәk tәklif edirlәr. Artıq 90-cı illәrdәn Rәşad Zeynәb Xanlarova, Nisә Qasımova kimi sәnәtçilәrlәçalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur. 1994-cü ildә "Çardaş" әsәrini (Monti) kanonda ifa edib buna klip dә çәkdirir.Daima yenilik etmәyi xoşlayan Rәşad artıq solist kimi çalışmağa başlayır. Vә 1997-ci ildә"Bakı-Raks" Birgә Müәssisәsi ilә"Anaram sәni" albomunu hazırlayıb әrsiyә çıxarır. Bu albomda o, nostalji mahnıları ifa edir. Әlibәy Hüseynzadә adına Azәrbaycan Dövlәt incәsәnәt vә Mәdәniyyәt Universitetinin rejissorluq fakultәsini bitirәn musiqiçi Dövlәt Teleradio Verilişlәri şirkәtindә rejissyor kimi dә fәaliyyәt göstәrir. 2001-ci ildә Rәşad ailә hәyatı qurmuşdur.

Filmoqrafiya
Səhər (veriliş, 1995)
Kişiləri qoruyun (film, 2006)


Tarix: 22.01.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Bəstəkarlar Və Müğənnilər