Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aygün Bayramova

Həyatı

Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu korifey sənətkarımız Ş.Ələkbərovanın sinfi üzrə bitirmişdir.

1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa etmişdir.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.

Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)


Tarix: 21.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...