beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elmira Rəhimova

Elmira Rəhimova (d. 13.8.1941 Bakı) – Azərbaycan Respublikasının Xalq artisti (2000).

Həyatı

Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Azərb. Dövlət Dillər İn-tunu (1970), Azərb. Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir.

1956-cı ildən Azərb. Dövlət Filarmoniyasının və Azərb. Teleradio Verilişləri Şirkətinin solistidir.

50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961).

Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərb. bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. 27 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülmüşdür. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.


Tarix: 21.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Bəstəkarlar Və Müğənnilər