beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayan Babakişiyeva

Ayan Babakişiyeva — Azərbaycan müğənnisi.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 İstinadlar
5 Xarici keçidlər
6 Kliplər


Həyatı

Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olmuşdur.

Uşaq yaşlarından fortepianoda ifa etməyi bacardığından, fortepiano üzrə orta musiqi təhsili almaq üçün musiqi məktəbinə daxil olmuşdur. Gəncədə M.Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirmişdir. Hələ məktəbdə oxuduğu vaxtlarda həm orta məktəbin xorunun, həm də musiqi məktəbindəki uşaq xorunun solisti olmuşdur. Məktəblərarası musiqi yarışmalarında iştirak etmişdir.

Yaradıcılığı

Professional səhnəyə Elçin İmanovun Sənin xatirinə mahnısı ilə gəlmişdir. V&V company-nin dəstəyi və Aqil M. Quliyevin rejissorluğu ilə mahnıya klip çəkilmiş və rotasiyaya buraxılmışdır. Daha sonralar Ədalət Şükürov ilə dueti, Maşın şou-dakı layiqli iştirakı tamaşaçıların diqqətini çəkmişdir.

2008-ci ildə fm radiolarda səslənməyə başlayan "Yağış" mahnısı həftələrlə Ayanı yerli fm radioların hitparadlarında zirvədə saxlamışdır. Ayan ilk albomu olan "Yağış"ı 2008-ci ilin noyabrın 6-da dinləyicilərinə təqdim etmişdir. Bu gördüyü işlərin nəticəsi olaraq 2009-cu ildə Bakı Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən "İlin ən məhsuldar müğənnisi" mükafatını almışdır. Həmin ilin may ayında "Yağış" mahnısına Pünhan Həsənlinin rejissorluğu ilə qrafika ilə hazırlanmış klip çəkilmişdir.

Həmin klip yerli və xarici telekanallarda yayımlanmışdır. 2009-cu ilin sonunda Ayana fərqli bir proyekt təqdim olunur. Musiqisi Kamala məxsus Nigaranam mahnısı Dmitriy Raxanayev tərəfindən Dağ yəhudilərinin dilinə tərcümə olunur. Beləliklə Ayan Dağ yəhudilərinin etnik musiqisini professional şəkildə təqdim edən ilk müğənniyə çevrilir.

Daha sonralar repertuarına Faiq Sücəddinov, Xumar Qədimova, Aygün Bəylərin bəstələdiyi mahnıları daxil edir. Ayan 2-ci albomuna 5 - azərbaycan, rus, türk, cühud və ivrit dillərində mahnılar daxil edir. Elə bu səbəbdən də alboma "İnternational" adını verir. Ayanın gələcək proyektlərinindən elə onun rəsmi saytından xəbərdar ola bilərsiniz.

Filmoqrafiya
Tanrıverdinin nağılı (film, 2008)


Tarix: 21.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Bəstəkarlar Və Müğənnilər