beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bülent Ərsoy

Bülent Ərsoy (türk. Bülent Ersoy) — Məşhur türk sənətçisi, transseksual.

Ərkoç oldu Ərsoy

Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı.

1982-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Nəticədə Bülent Ersoy uzun müddət səhnədən uzaqlaşdırıldı[


Tarix: 21.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Bəstəkarlar Və Müğənnilər