beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paratagenlər

Paratagenlər - Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri.

İranşünaslar bu tayfanın İranmənşəli olduğunu yazırlar. Herodotun Paratagen kimi yazdığı etnonim Bortoğandır. Qədim türk dillərində boro – boz, toğan (tuğan) isə tərlan quşunun adıdır. Görünür, bortoğan bu tayfanın onqonu olmuşdur. Er. əv. 674-cü ilə aid asur mənbəində Midiyada Partakanu adlı ölkənin adı çəkilir. Güman ki, bu toponim Portoqan tayfasının adını əks etdirir. X əsr müəllifi Konstantin Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər içərisində Borotolmaq adlı tayfanın adını çəkir. Başqırdlarda Boronayman adlı tayfa məlumdur. XIII əsrdə monqollarda Bor-tokan və Aktokan tayfaları vardı. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoğan adlanırdı. Mənbələrdə monqolların Xartaqan (Kara-Toqan) tayfasının adı çəkilir. Bütün bunlar parataken etnoniminin borotoqan etnonimindən təhrif olunduğunu göstərir.


Tarix: 16.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎