beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaqulağı döyüşü

21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi.

1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Muradın yanına göndəri, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini Murada təklif edirdi. Muradın cavabı mənfi oldu.[1][2] Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük qoşun topladı.[3]

I Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə dəf edərək, onu mərkəzə doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy qacar ona hücum etdi. İslamış bəy ələ keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi. Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə məhv edildi. Gözəl Əhməd Bayandur (Eybə Sultanın qardaşı), həmçinin də İslamış bəy və başqaları əsir düşdülər,qətlə yetirildilər. Muradın özü qaça bildi.


Tarix: 21.01.2015 / 14:26 Müəllif: Feriska Baxılıb: 141 Bölmə: Azərbaycanlı sülalələr