Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfşar tayfası

Əfşarlar - ən mühüm türk-tatar tayfası, həm ölçüsünə həm də silahlı qüvvələrdə iştirakına görə. Əfşarlar İranın bütün qərb hissəsində yayılmışlar, yayılmalarının şərq sərhədi kimi Rəşt- Kirmanşah xəttidir. Onlar ən böyük hissəsi iki yerdə qruplaşır: Urmiya gölünün Şərq tərəfində Azərbaycanda və Həmədanla Kermanşah arasında, İraqla Lurestan sərhədində(Əsədabad rayonunda) və Kəngavərdə. Bu tayfanın sayı barədə dəqiq məlumat yoxdur. Əldə olan məlumatlara görə əfşarları bütün İranda 40 min ailə və yaxud 200 min hər iki cinsdən olaraq hesablamaq olar. Əfşarlar arasında sünnülər də var, ama əsasən onlar şiə təriqətinə mənsubdurlar. Əfşarlar və onlara qohum müqəddəmlər və başqa oturaq və yarıoturaq tayfalar Azərbaycanın qərb hissəsində yerləşərək, dövri qədimdən indiki vaxta qədər İran-Türkiyə sərhədinin hər iki tərəfinə köç edən vəhşi və əhliləşdirilməyən kürdlərlə amansız mübarizə aparmışlar. Şiələrlə sünnülər arasında olan nifrətlə qızışdırılan və hər iki qonşu hakimiyətin zəifliyi ilə qidalanan, bu əsrlik mübarizə bəzən əsl müharibə xarakteri alırdı –böyük kütlələrlə müdaxilələr, şəhərlərin uzun zamanlı mühasirələri və sairə. Öz qüvvələrinə güvənməli olan əfşarlar və onların qohumları, təbii ki, daima hazır vəziyətdə olmalı idilər, və həlledici məqamda az qala bütün elliklə silaha sarılıb, uğura güvənərək öz rəqibləri ilə, öz köçəri əcdadları təkin, haq-hesab çəkməyə gedirdilər. Son zamanlar diyarda nisbətən sakitlikdir: belə ki əksər kürd tayfaları oturaqlaşıb, bəziləri isə, məsələn, Zırza tayfası Uşnu dairəsində hətta əfşarlardan təhkimli vəziyətə düşüblər, buna baxmayaraq əhalinin əmin-amanlığı tam təmin olunmayıb. Şeyx Ubeydullahın 1880 ildə dağıdıcı hucumu və şəkək tayfasının 1881 ildə üsyanı buna sübutdur. Bu üsyanlardan Urmu gölü ətrafında yaşayan əfşar, müqəddəmlər və başqa oturaq türklər çox ziyan çəkmişlər. Hadisələrin belə gedişatı, əlbəttə, əhalinin əmin-amanlığına pis təsir etmişdir. Ama o biri tərəfdən, bu əfşarlarda və başqa türk-tatar tayfalarında, Turan düzündən köç etmiş əcdadlarının döyüşkənliyini qorumuşdur. Əfşarlar İran ordusunun ən yaxşı piyada qoşunu hesab olunur. Onların atlı milisi(yığması) qarapapağların və mühacirlərin atlı milisindən bir az zəifdir. Onlar 7 batalyondan çox piyada və topçu(4000 adam) və atl milis verirlər ki, bu da 10 ailəyə bir nəfər deməkdir. 7 batalyondan çox ona görə deyirik ki, ehtimal ki , onlar qarışıq olaraq başqa oturaq tayfalarla birgə təşkil olunmuş hərbi hissələrlə də təmsil olunurlar. İstənilən halda əfşarlar 10000 qədər əskər verə bilərlər ki, bunlardan işin yaxşı təşkil olunması şərti ilə çox yaxşı qoşun təşkil etmək olar. 2. Əfşarlara qohum Müqəddəmlər Mərqab dairəsində və Miandoab düşündə Azərbaycanda yaşayırlar. Miandobda yaşayanlar əsasən maldardırlar və yarıköçəri həyat tərzi sürürlər; Marağa müqəddəmləri yetərli qədər oturaqdır. Əfşarlarla dostluq və mehribançılıqda yaşayaraq, onlarlar bilikdə kürdlərə qarşı fəal mübarizədə iştirak edirlər. Müqəddəmlərin hamısı şiədir. Ritter və Blamberqə görə onların sayı 5000 ailə, yaxud hər iki cinsdən olaraq 25000 nəfərdirlər. Müqəddəm adını yalnız bir topçu batalyon və atlı milisin bir hissəsi daşıyır. Marağa dairəsi 4 batalyon və, 2400 adam çıxarır. Aydındır ki, bunları sayca o qədər də çox olmayan ancaq müqəddəmlər təşkil etmir. Bu tayfa bir piyada (800 nəfər) və bir topçu(250 nəfər) batalyondan çox adam verə bilməz.


Tarix: 21.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Azərbaycanlı sülalələr
loading...