beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan qalası

İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان‎, Ghaleh-ye Iravân) - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.

Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb.

Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir.


Tarix: 13.01.2015 / 13:16 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan xanlıqları