beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənəli xan Qaradaği - Jurnalist, Xəttat, Teatr xadimi

Jurnalist
Həsənəliağa Xan Qaradağski Sankt-Peterburq, Krım, və əlbəttə ki, Azərbaycan ziyalıları ilə həmişə əlaqə saxlamışdır. İsmayıl bəy Qasprinski, Ünsizadə qardaşları, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli ilə daim məktublaşmada idi.

Firidun bəy Köçərlinin Həsənəli ağaya yazdığı məktubların birində onun roman janrında əsər yaratması kimi təklifi var: "Xahişim var ki, öz dirilik və zindəganlığımıza dair roman kimi bir əhvalat tərtib və təsnif edin... əvvəlinci şəxs təzə və yeni yetişən cavanlardan birisinin əsvat və hüsn-əxlaqi və nəsif işləri təqrirə gətirilsin... bu barədə Siz də öz fikrinizi və təqdirinizi yazıb göndərəsiniz".

Həsənəliağa Xan Qaradağski mütəmadi olaraq dövrü mətbuatda çıxış edir, mövqeyini bildirirdi.

Xəttat
Həsənəliağa gözəl xəttat olub. Bir misal olaraq onu qeyd etmək olar ki, o, Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərini şikəstə-nəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərmişdir.

Teatr xadimi
Şuşada öz ilk kövrək addımlarını atan teatrın inkişafında Həsənəliağanın da özünəməxsus yeri var. O, səhnənin dekorasiyasından tutmuş aktyorların geyimi və oynamaq tərzinədək müdaxilələr edirdi. Hətta Həsənəliağanın özünün aktyorluq etməsi də olmuş bir faktdır. Teatrın uğuru naminə suflyorluq etməkdən belə çəkinməzdi.


Tarix: 09.02.2015 / 19:20 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Azərbaycan tarixçiləri