beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı Məşhur adamları

Fələki Şirvani – şair , münəccim (1108, Şamaxı – 1146, Şamaxı)
Xaqani Şirvani – Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir (1126, Şamaxı – 1199, Təbriz)
İmadəddin Nəsimi – Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri (1369, Şamaxı – 1417 Hələb, (Suriya)
Qasım bəy Hacıbababəyov – memar (1812, Şamaxı – 1874, Bakı)
Zeynalabdin Şirvani – məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair (1780, Şamaxı – 1838, Ciddə)
Seyid Əzim Şirvani – maarifçi – şair (10 iyul 1835, Şamaxı – 1888)
Mirzə Ələkbər Sabir – satirik – şair , (30 may 1862, Şamaxı – 1911, Şamaxı)
Məhəmməd Hadi – Azərbaycan romantizminin görkəmli simalarından biri , şair (1879, Şamaxı – 1920, Gəncə)
Zivər bəy Əhmədbəyov – memar (1873, Şamaxı – 1925, Bakı)
Aslan Xəlilov - tarixçi,"Геноцид против мусульманского населения Закавказья в исторических источниках" kitabının müəllifi, MTRŞ-nin üzvü
Abbas Səhhət – şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi (1874, Şamaxı – 1918, Gəncə)
Abbas Mirzə Şərifzadə – aktyor, rejissor, bədii rəhbər, montaj edən (12 dekabr 1893, Şamaxı-16 noyabr 1938, Bakı)
Ağasadıq Gəraybəyli – aktyor (15 mart 1897, Şamaxı – 1988, Bakı)
Alim Qasımov – xanəndə, mugam ifacısı (1957, Şamaxı)
Mələkxanım Əyyubova – xanəndə, mugam ifacısı (1962, Şamaxı)


Tarix: 08.01.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan paytaxtları