Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Adının etimologiyası

Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539 – cu ildə salındığını göstərmişlər.Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də erməni dilinə hərfi - qramatik tərcümədə "Naxidjevan" (erm. Նախիջևան) kimi səslənir və "dayanacaq" anlamını verir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.

Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.

C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.


Tarix: 08.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycan paytaxtları
loading...