beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazaka Tarixi

Qazaka şəhəri Atropatena dövlətinin paytaxtı olmuşdur. Şəhərin dəqiq salınma vaxtı bilinməsə də, hələ Midiya dövründən ərazidə yaşayışın olması bilinir. Strabonun göstərdiyinə görə Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka düzənlik ərazidə yerləşirdi. İ.Purdavudun yazdığına görə Atropatenanın iki paytaxtı olmuşdur. Onlardan biri Qazaka, digəri isə Ərdəbildir. (Plini isə İ.Purdavudun bu fikrinin əksinə olaraq Atropatenanın ikinci paytaxtının Vera şəhəri olduğunu göstərir.) Müəllifə görə Ərdəbil parflarda asılılıq dövründə də Atropatenanın mərkəzi idi. İran arxeoloqu Ə.Sərəfraz isə Təxti Süleyman abidələrinə əsaslanaraq Qazakanın bir şəhər kimi hələ parfların hakimiyyətindən əvvəl mövcud olduğunu deyir.

Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. Strabonun göstərdiyinə görə Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka düzənlik ərazidə yerləşirdi. Plini Midiya şəhərləri haqqında məlumat verərkən Fisqanzakın adını çəkir.

İstər Atropatenanın müstəqilliyi, istərsə də asılı olduğu dövrdə Qazaka Orta və Yaxın Şərqdə iqtisadi – siyasi nöqteyi – nəzərdən qabaqcıl şəhərlərdən biri idi. Ticarət yollarının bu şəhərdən keçməsi və hökmdarlar məxsus olan Azərgüşnasp məbədinin burada yerləşməsi, habelə əlverişli təbii – coğrafi şəraiti tarixən onun iqtisadi – siyasi cəhətdən inkişafına səbəb olmuşdur. Şəhər haqqında daha geniş məlumatlar ərəblərin Azərbaycanı işğal etməsindən sonrakı dövrə aid mənbələrdə saxlanmışdır.

Məsudinin yazdığına görə, ərəblər qışı İraqda, yayı isə Azərbaycanda – Əl-Şizdə keçirirmişlər. İstər Atropatenanın müstəqilliyi, istərsə də asılı olduğu dövrdə Qazaka Orta və Yaxın Şərqdə iqtisadi – siyasi nöqteyi – nəzərdən qabaqcıl şəhərlərdən biri idi. Ticarət yollarının bu şəhərdən keçməsi və nüfuzlu Azərgüşnasp məbədinin burada yerləşməsi, habelə, əlverişli təbii – coğrafi şəraiti tarixən onun iqtisadi – siyasi cəhətdən inkişafına səbəb olmuşdur. Aparılan tədqiqatlar göstərmişdir ki, Qazaka şəhəri Güney Azərbaycanın Əfşar mahalının Qərbində və Təkabın Şimal – Şərqində müasir Təxti Süleymanın yerləşdiyi ərazidə olmuşdur. Təxti Süleyman Şimal – Qərbdən Marağa, Cənub – Şərqdən Zəncan və Qərbdən Sənəndəc və Biçar şəhərləri ilə həmsərhəddir. Bu ərazinin rütubətli iqlimi və Təxti Süleymanda yerləşən gölün suyunda müxtəlif mineral maddələrin mövcud olması tarixən burada yaşayış məntəqəsinin salınmasına şərait yaratmışdır. Həmin ərazinin Qərbində olan keçilməz dağ silsiləsinin də öz növbəsində yaşayış məntəqəsinin təhlükədən qorunmasında böyük rolu olmuşdur.

İbn Xordadbeh Gəncək şəhərini Azərbaycanın görkəmli şəhərlərindən biri hesab edərək onu Sasani şahı Xosrov Pərvizin, Urmiyanı isə Zərdüştün şəhəri adlandırır. İbn Fəqih isə, məşhur Azərgüşnasp məbədinin burada olmasından bəhs edir. Bu fikri Məsudi də təsdiqləyir. Ümumiyyətlə Gəncək şəhərinin ictimai – siyasi əhəmiyyətindən bəhs edən bir sıra ərəb tarixçiləri və coğrafiyaşünaslarının əsərlərində Sasani şahlarnın tacqoyma mərasimi ilə əlaqədar olaraq paytaxt Mədaindən bura piyada gələrək atəşgahı ziyarət etmə faktına rast gəlinir. Yaqut Həməviyə görə bu şəhər müasir Marağa ilə Zəncan arasında yerləşməklə bərabər Zur və Dinavər şəhərlərinin yaxınlığında olmuşdur. Şəhər haqqında Məsudi yazır: :"Gözəl və heyrətləndirici binaların qalıqlarında çöx müxtəlif nəqqaşlıq nümunələri gözə çarpır. Bu nümunələrdə göyün, ulduzların, qitələrin, dənizlərin, abad yerlərin, bitki və heyvanat aləminin şəkilləri aydın görünməkdədir."

Firdovsiyə görə, Xosrov Pərviz Bəhram Çubinlə apardığı müharibədə Qazakadakı Azərgüşnasp məbədinə gəlib orada oda sitayiş etmişdir. Ümumiyyətlə Sasani şahları çətinliyə düşərkən həmin atəşgaha gələrək müqəddəs oda yalvarmaqla ondan köməklik diləyirmişlər. Belə ki, V Bəhram (420-432) Orta Asiyada – ağ hunların hökmdarı ilə vuruşmazdan əvvəl buraya gəlib müqəddəs oda sitayiş etmiş və qələbə arzulamışdır. Müharibədə qalib gəldikdə V Bəhram əsir düşmüş xaqanı arvadı ilə birlikdə, onun mirvari ilə bəzədilmiş qılıncını, tacını, qiymətli daş – qaşlarını məbədə göndərmişdir.

Təbərinin yazdığına görə Gəncək şəhərində qiymətli və nadir əşyaların toplanması ilə əlaqədar olaraq ona bu ad ("gənc" sözü fars dilində xəzinə deməkdir) verilmişdir.

X əsrin səyyahı Məsər ibn Möhləhil cəvahirat və qiymətli metallar əldə etmək üçün Şizə gəlmişdi. Məsərə görə dağda salınmış bu şəhər Zur və Dinavər şəhərlərinə yaxın olmuş və Marağa ilə Zəncan arasında yerləşmişdir. O yazır: "Şəhər divarlarını dərin bir göl əhatə etmişdir."

Qazaka Bizans imperatoru İraklinin soyğunçu yürüşünə kimi (623-624) öz əzəməti ilə Şərqin ən məşhur şəhərlərindən biri olmuşdur. İraklinin şəhəri talayıb, sərvətlərini qarət etmsindən sonra şəhər tədricən süqut etmişdir.

V.V.Bartolda görə "Atropatena hökmdarlarının paytaxtı olan Qazaka erməni dilli mənbələrdə Qandzak, Kəndzak, fars dilli mənbələrdə Gəncə, ərəb dilli mənbələrdə isə Cənzək və Şiz adlanmaqla dövrünün ən mühüm dini mərkəzlərindən biri olmuşdur."


Tarix: 08.01.2015 / 16:41 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Azərbaycan paytaxtları