beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə arxitekturası

Bakıdan Gəncəyə aparan yol Azərbaycanın ən gözəl mənzərəli yollarından biridir. Bu ərazi Kəpəz dağı və onun ətrafındakı yeddi göl, xüsusiylə də Göy-gölün orda mövcudluğuna görə məşhurdur. Bu ərazi kanoya , üzgüçülük, gəzinti , səyahətlər, ailə pikniklərinin keçirilməsi üçün ideal bir yerdir.

Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir – bir sözlə ölkənin ədəbiyyat mərkəzidir. Bu gün burda yerləşən Həsən Əliyev adına Universitet, Elmlər Akademiyası, Tibbi Məktəb və Gəncə Dövlət Universiteti (keçmiş Pedaqoji İnstitut) mövcudluğu sxolostik ən ənənin hələ də davam etdiyinin bariz nümunəsidir. Dörd dövlət və iki özəl ali təhsil müəssisəsi tərkibində 24,000 tələbə ilə şəhərdə fəaliyyət göstərir.

Çoxlu sayda küçə və yollarl, gözəl tərtib olunmuş parklar Gəncə şəhərini ölkənin bir çox şəhərlərindən daha cazibədar və gözəl edir. Gəncə şəhərinin arxitekturasında ciddi mənada Alman arxitekturasının izləri görünür. ( Sovet İttifaqının parçalanmasından sonra ermənistanla müharibə təhlükəsi, dövlətin tərk edilməsində məhdudiyyətin olmaması və ana yurdun çağırışı burdakı Almanların 1990 cı illərin əvvələrində buranı tərk etmələriylə nəticələndi.)

Geniş bir əsas meydan, Sovet arxitekturasından miras qalan (bəziləri gözəl vəziyyətdə qalıb), möhtəşəm sutunlarla bəzədilmiş böyük bələdiyyə binasına bənzəyir. Leninin heykəli əsas meydandan götürülməsinə baxmayaraq şəhər hələ də öz görünüşüylə əvvəlki dövrləri xatırladır. Xətai küçəsinin yanında əsas meydandan cənubda, parkda yerləşən 17 ci əsrə aid iki uzun minarəli və günbəzi dekorativ bəzədilmiş Şah Abbas vəya Cümə məscidini qeyd etməmək mümkün deyil. Qırmızı-kərpicli bina alim, arxitektor Şeyx Bagauddin tərəfindən tərtib edilib və gözəl şəbəkəylə bəzədilib. Burda həmçinin digər balaca məscidlər vardır.

İkimərtəbəli təvazökar karvansaraya biz Gəncə Mehmanxanasının yaxınlığında rast gələ bilərik. Onların yanında isə Nizamiyə həsr olunmuş daha bir rəngarəng, mozaik bir abidə ucalır.

Digər bir nişanə isə qısa ömürlü "Azərbaycan Demokratik Respublikasının" ilk parlamenti, əslində isə bu bələdiyyə binası olub, hal hazırda kənd təsərrüfatı məktəbi kimi istifadə olunur. Parlamentin yanında geniş və gözəl şəhər parkı, 16 əsrin qalıqları olan qala divarları yerləşir.

Şah Abbas məscidinin yaxınlığında yerləşən hamamlar valeh edici rəng çalarlarına və diqqəti cəlbedici günbəzə malik olmasına baxmayaraq o qədər də qədimi deyil. Hamamların arxasında XIX əsrə aid Cavad xanın sərdabəsi və Gəncə küçəsini keçsəniz özünüzü Gəncə kinoteatrının qarşısında görəcəksiniz. Əgər bir neçə küçə şərqə doğru irəliləsəniz müasir hamamlara rast gələ bilərsiniz.

Xristianların (ermənilər, ruslar, almanlar) çoxunun buranı tərk ertdiyini nəzərə alarsaq şəhərdə yalnız bir neçə kilsə ziyarət edilməkdədir. Bunlar- şəhərin cənubunda yerləşən dağılmış Erməni kilsəsi, Aleksandr Nevski kilsəsi (indiki kukla teatrı) və universitetin yanında yerləşən 19 cu əsrə aid ortodoks kilsəsi. Dövlət Dram Teatrı Abbaszadə küçəsində, Dövlət Filarmoniyası isə Atayev küçəsində yerləşir.

Bu yerin qəribə tikililərindən isə iki mərtəbəli təxminən 50,000 şüşə butulka ilə bəzədilmiş butulka evi nümunə göstərmək olar (Hüseynli və qaria küçələrinin kəsişməsində). Dekorasiyalar tərkibində İkinci dünya müharibəsində vəfat etmiş ailə üzvlərindən birinin portreti təsvir edilib. Butulka evdən şimala doğru isə Mir Bağır Ağanın məzarı yerləşir.

Əgər sizin vaxtınız varsa onda tarix muzeyini (Atatürk prospekti, bələdiyyə binasının yanında) və ya Akademiya muzeyini (köhnə parlament ilə üzbəüz), hər ikisi 20ci əsrin yeni varlı malikanələr. Alış veriş etmək üçün isə Nizami küçəsində yerləşən mərkəzi univermağa gedə bilərsiniz.

Yeni tikilən arxitektura nümunələrinə isə təzə tikilmiş yerli bankları misal göstərmək olar. Burdakı stadion Gəncənin Kəpəz futbol komandasının ev meydançasıdır. Avropa futbol yarışlarında müstəqil Azərbaycanın ilk qolu Kəpəz komandasının oyunçusu Y.Süleymanov tərəfindən atılmışdı.

Şəhərdən kənarda, mərkəzdən 6 km şərqdə Bakı küçəsinin yaxınlığında (yarım işlək vəziyyətdə olan aliminum zavodundan sonra) siz köhnə Gəncənin dağıntılarına rast gələ bilərsiniz. Bu dağıntıların yalnız az bir hissəsi qalmış və bu ərazidə Tank birliklərinin yerləşdirilməsi səbəbiylə onların görülməsi çətinləşmişdir. Lakin yaxınlıqdakı Nizami məqbərəsini görməyə dəyər. Bu sənət əsəri 1991 ci ildə inşa edilmiş və 1940 cı illərin axırlarına aid bənzəri sütun abidəni əvəz edir.

Məqbərə zərif mərmərlə örtülü strukturaya sahib olub, 20 m hündürlüyündədir. Məqbərənin arxasında isə Nizaminin kitablarından səhnə mənzərələrinin təsvir edildiyi dəmirdən yonulmuş nümunələrlə dolu açıq sahə vardır.

Gəncədən 15 km şimal-şərqdə, Aznixi kəndindən sonra siz İmanzadəyə rast gələcəksiniz. Bu gözəl kərpicdən tikili göy qümbəzli bina, 8 ci əsrə aid İmam Bağır ibn İbrahim məqbərəsinin qurulduğu qəbirstanlıqla əhatə olunub. İçərisində siz qara pərdələrlə örtülü məzarla qarşılaşacaqsınız. Binanın həqiqi tikilmə tarixi məlum deyil, amma mövcud dizayn 19 cu əsrdə aparılan bərpa işlərindən qalma bir yadigardır.

Şəhərdə yemək yeyə biləcəniyiz bir cüt gözəl restoran, bir neçə çeşid yer mövcuddur. Elmlər Akademiyasından şimalda Univermaq, əgər istəsəniz şəhərin şimal şərq sektorunda böyük bazar yerləşir.


Tarix: 08.01.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 164 Bölmə: Azərbaycan paytaxtları