beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncədə Yeni Layihələr

Heydər Əliyev Mərkəzində tikinti işləri

Heydər Əliyevin adını daşıyan parkda da əsaslı tikinti-bərpa işləri aparılır. Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin inşasına başlanılmışdır. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 7500 kvadratmetrdən ibarət olacaqdır. Burada eni 20, uzunluğu 50 metr, girişdə hündürlüyü 43 metr olan «Zəfər tağı» da inşa ediləcəkdir. Mərkəzin birinci mərtəbəsində sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və kütləvi kitabxana, üçüncü mərtəbədə isə konfrans zalı, müşavirə otağı, həmçinin 400 yerlik iclas zalı da nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Mərkəzdə müxtəlif dekorativ və sosial tikililər inşa ediləcək. Parkın girəcəyindən Heydər Əliyev Mərkəzinə qədər olan ərazidə 32 ədəd xüsusi memarlıq üslubunda fəvvarə düzəldiləcəkdir. Eyni zamanda süni gölün yaradılacağı «Disneyland» əyləncə mərkəzlərinin, istirahət guşələrinin tikintisi də nəzərdə tutulmuşdur.Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur ki, bu da gələcəkdə binanın xarici və daxili görünüşünü daha da cəlbedici edəcəkdir. Hazırda mərkəzin girəcəyindən binaya qədər yol boyu fəvvarələr quraşdırılır. «Zəfər tağı»nın bünövrəsində tamamlama işləri görülür. Mərkəzin üçüncü mərtəbəsində işlər qurtardıqdan sonra binanın dam örtüyü vurulacaqdır. Pilləkənlər hazır olmaq üzrədir

Gəncədə böyük göl

Süni göl Heydər Əliyev Parkında mərkəzi küçənin cənub-qərbində, memoriala gedən yolda yerləşir və 30 hektar sahəni əhatə edir. Gölün mərkəzində qüllə tikiləcək. Bununla yanaşı, suyun içində fəvvarə və səhnə quraşdırılacaq.Burada orijinal illüminasiya yaradılacaq, atəşfəşanlıqlar təşkil olunacaq.


Gəncədə böyük Mədəniyyət Mərkəzi

Gəncə şəhərində tayı-bərabəri olmayan filarmoniya inşa olunur. Hazırda filarmoniyanın tikintisi sürətlə davam etdirilir. Yeni inşa olunan filarmoniya 3000 nəfər tamaşaçı tutumlu olacaq. Gəncə şəhərinin filarmoniyası yeddi mərtəbədən və 4 zaldan ibarət olacaq. Müasir və böyüklüyü ilə seçiləcək filarmoniyada ikimərtəbəli avtomobil dayanacağı, lüks lift nəzərdə tutulub. Bundan başqa binanın fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Gəncə Gənclər Mərkəzi

Gəncə şəhərində gənclərin inkişafına dəstək üçün Gənclər Mərkəzi inşa edilir. Mərkəzdə Gənclər üçün bütün sahələri əhatə edəcək xidmətlər olacaq. Layihə hazırda davam edir və tezliklə istifadəyə veriləcəyi nəzərdə tutulur.

Gəncə Avropa Gənclər Paytaxtı

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.


Tarix: 08.01.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Azərbaycan paytaxtları