beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıTəbriz Tarixi

Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsi ndə, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə.722-705) məxsus kitabədə onun e.ə. 716-ci il də Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: “Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi... Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ Ardı »

Azərbaycan paytaxtlarıQazaka Tədqiqi

Qazaka şəhərinin qədim və erkən orta əsrlər tarixi haqqında İran tarixçilərindən H. Pirniya, Ə. Kəsrəvi, M. Cavan, C. Fəqih, arxeoloq Ə. Sərəfraz, ədəbiyyatşünaslardan İ. Purdavud, M .Müin, S.Nəfisi və başqaları öz əsərlərində məlumat vermiş, lakin bu şəhərin tarixi, memarlıq quruluşu və Azərbaycan, eləcə də Şərq tarixində oynadığı böyük rolu heç biri ətraflı tədqiq etməmişdir.[8] Azərbaycan alimlərindən Abdulla Fazili, məhdud imkanlarına baxmayaraq, şəhərin tarixi haqqında müəyyən tədqiqat işləri aparmış, mənbələrdə bu şəhər haqqında verilən məlumatları araşdırmışdır.[8] Digər bir Azərbaycan alimi Cəfər Qiyasi isə şəhərin memarlıq quruluşu, şəhər qalasının strukturu, eləcə də şəhərin mühüm abidələrindən olan Azərgüşnasp məbədinin memarlıq xüsusiyyətlərini tədqiq etmişdir.

Şiz qalası Ardı »

Azərbaycan paytaxtlarıQəbələ ümumi

Qəbələ — Azərbaycanda şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir.

Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Ardı »

Azərbaycan paytaxtlarıYelizavetpol

Yelizavetpol (rus. Елизаветполь) — Yelizavetpol quberniyasın paytaxtı. Yelizavetpol Gəncənin 1804-1918-ci illərdəki adı

Rus işğalından sonra Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetta Alekseyevnanın şərəfinə) adlandırıldı. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Yeni dövr

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.

1828 – ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı. Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.

1841 – ci ildə Naxçıvan qəza mərkəzinə Ardı »

Azərbaycan paytaxtlarıƏrdəbil Tarixi

Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

Şəhər tarixi yaxşı tədqiq edilməmiş, şəhər ərazisində və ətrafında arxeoloji qazıntı Ardı »

Azərbaycan paytaxtlarıGəncə Mədəniyyəti

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 Ardı »

Azərbaycan paytaxtlarıBakı Dəmir yolu nəqliyyatı

Hazırda Bakı dəmir yolu vağzalından Moskvaya, Kiyevə, Tiflisə, Sankt-Peterburqa, Xarkova, Tümenə, Rostov-na-Donuya, Ağstafaya, Balakənə, Horadizə, Gəncəyə, Astaraya qatarlar gedir.[36]. Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldıqdan sonra Qarsa və İstanbula marşrutların açılışı gözlənilir. Ardı »

Azərbaycan paytaxtlarıQəbələ Abidələri

Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında "Ay işığı" istirahət zonası, Nohur gölünün sahilində "Sahil" istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir. Ardı »

Azərbaycan paytaxtlarıBakı Təhsil mərkəzləri

Bakı Azərbaycanın ən vacib təhsil mərkəzlərindən biridir. Burada çoxlu təhsil obyektləri yerləşib.

ADA Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Teatr Universiteti
Azərbaycan Turizm İnstitutu
Bakı Musiqi Akademiyası
Bakı Dövlət Universiteti
Bakı Slavyan Universiteti
Bakı Asiya Universiteti
Bakı Avrasiya Universiteti
Bakı Biznes Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Bakı Qızlar Universiteti
Qərb Universiteti
Milli Aviasiya Akademiyası
Azərbaycan Universiteti
Odlar Yurdu Universiteti
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Xəzər Universiteti
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı zəlzələləri

1191-ci il zəlzələsi elə güclü idi ki, Şirvanın paytaxtı Bakıya köçürüldü.
1667-ci il zəlzələsi zamanı 80 000 adamın həlak oldugu və şəhərin üçdən birinin dağılması ilə ən pis zəlzələ kimi yadda qalmışdır.
1856–cı il zəlzələsi böyük dağıntı və tələfat törədib
2 dekabr, 1859-cu il zəlzələsi zamanı quberniya mərkəzi Bakıya köçürüldü.
1861–cı il zəlzələsi böyük dağıntı və tələfat törədib
1872-ci il zəlzələsi böyük dağıntı və tələfat törədib
1902-ci il zəlzələsi zamanı X əsrdə inşa edilmiş Cümə məscidi də zədələnmişdi. Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvan Tanınmış şəxsləri

Həsən Abdullayev - Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Zaxariy Əylisli (Aqulisli) - XVII əsr erməni tarixçisi.
Əmiraslan Əliyev - Azərbaycanın Milli Qəhrəmanı.
Heydər Əliyev - Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.
Əcəmi Naxçıvani - XIII əsr Azərbaycan memarı.
Hinduşah Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Məhəmməd Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Əhməd Naxçıvani - Orta əsrlər Azərbaycan memarı.
Nəcməddin Naxçıvani - XIII əsr Azərbaycan filosofu.
Nemətullah Naxçıvani - XVI əsr Ardı »

Azərbaycan paytaxtlarıAzərbaycan Demokratik Firqəsi (ADF)

1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Mürtəce qüvvələrin hücumlarının qarşısını almaq məqsədilə 1945-ci ilin sentya¬brında Azərbaycanın tanınmış demokratlarından bir qrupu, başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsini (ADF) yaratdılar. Partiyanın elan olunan bəyanatında demokratik İranın tərkibində Azərbaycana inzibati-təsərrüfat və mədəni muxtariyyət verilməsi irəli sürülürdü. 1945-ci il oktyabrın 2-4-də ADF-nin keçirilən qurultayında siyasi mübarizənin dinc yolla davam etdirilməsinə qərar verildi. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq Konqresi çağrıldı. O, özünü Müəssislər Məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılması və Milli hökumətin yaradılması tələbini irəli sürdü. Müəssislər Məclisinin qərarında deyilirdi ki, Milli Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Nəqliyyatı

Beynəlxalq nəqliyyat
Təbriz Sento yolu, İran dəmir yolu və Təbrizin beynəlxalq aeroport (hava limanı) vasitəsilə dünyanın ayrı-ayrı ölkələri ilə əlaqəsi var.

Şəhər içi
Təbrizin ümumi taksi və avtobus şəbəkəsi var. Bir neçə xüsusi quruplar da vardır ki taksi xidməti göstərirlər.

Metro şəbəkəsi(Şəhərə aid olan yeraltı qatar şəbəkəsi )
Hal-hazırda Təbrizin təkmilləşdirilmiş qatar şəbəkəsi yoxdur, ancaq dövlət tikintisini davam etdirir. Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı Məşhur adamları

Fələki Şirvani – şair , münəccim (1108, Şamaxı – 1146, Şamaxı)
Xaqani Şirvani – Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir (1126, Şamaxı – 1199, Təbriz)
İmadəddin Nəsimi – Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri (1369, Şamaxı – 1417 Hələb, (Suriya)
Qasım bəy Hacıbababəyov – memar (1812, Şamaxı – 1874, Bakı)
Zeynalabdin Şirvani – məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair (1780, Şamaxı – 1838, Ciddə)
Seyid Əzim Şirvani – maarifçi – şair (10 iyul 1835, Şamaxı – 1888)
Mirzə Ələkbər Sabir – satirik – şair , (30 may 1862, Şamaxı – 1911, Şamaxı)
Məhəmməd Hadi – Azərbaycan romantizminin görkəmli simalarından biri , Ardı »

Azərbaycan paytaxtlarıŞamaxı Milli tərkibi

Venesiyalı diplomat İosafat Barbaroya görə Şamaxının 1476-cı ildəki əhalisinin əsasını ermənilər təşkil edirdi.[44][45] 1562-ci ildə Şamaxıya səyahət edən ingilis səyyah Antoni Cenkinson Şamaxının dənizdən 7 günlük dəvə yolu ilə aralı olduğunu və əhalisinin çoxunu ermənilər təşkil etdiyini bildirir. Ardı »

Azərbaycan paytaxtlarıBakı Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Suraxanı,Əmircanvə s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.bu da tərcümədə küləklər şəhrəri anlamına gəlir.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər Ardı »

Azərbaycan paytaxtlarıGəncə Təhsili

Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllimi (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş mühazirəçidir.) olan dörd dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Yuxarıda qeyd edilənlərdən ilk öncə ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan [[Azərbaycan Dövlət Aqrar Universiteti]nı (ADAU) qeyd etmək olar. Akademiya 45 şöbə, 8 fakültə və 24 müxtəlif ixtisas üzrə fəaliyyət göstərir. ADAU şəhərlərdə və ümumiyyətlə ölkə daxilindəki fəaliyyət göstərən digər ali məktəblər üçün yararlı kadrlar hazırlamış və hal hazırda da hazırlamaqda davam edir. Ardı »