Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə İqtisadiyyatı

Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq, xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Gəncə zadəganları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi. Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", "Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", "P. və E. Əmirxanov Qardaşları", "E.Franke və İ.Polonski", "Aşxatank" və birləşmiş səhmdar şirkət olan "Cənub toxucuları" kimi ticarət cəmiyyətləri tərəfindən özəlləşdirilməyə başlanmışdı. Meyvə şirəsi hazırlayan fabrik inkişaf edir, meyvə istehsal sənayesi Gəncədə mühüm rol oynamışdı. 1906-cı ildə "Səməni şəkərinin istehsalı və emalı ilə məşğul olan Qafqaz cəmiyyəti" birləşmiş səhmdar cəmiyyətinin sahib olduğu fabrik əsas müəssisələrdən birinə çevrildi. Cəmiyyət İngilis və Amerikan kapitalının əsasında quruldu. Təmizlənmiş pambıq istehsalının inkişafı birbaşa olaraq əyalətdəki pambıq sənayesinin illik artımına səbəb oldu. 1900-cu ildə 2 pambıq təmizləmə zavodu burda fəaliyyət göstərirdi. Hər zavodda 20 işçi işləyirdi. 1911-ci ildə əyalətdə 24 mövcud pambıq təmizləyən zavoddan 5-i Gəncədə yerləşirdi. Bu zavodlardan hər birində illik ortalama olaraq 100 pud təmizlənmiş pambıq istehsal edilirdi. Geniş pambıq təmizləmə zavodlarında istehsal edilən yüz minlərlə pud təmizlənmiş pambıq Moskva, Lodz və digər şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Xlopok", "Kevorkov Qardaşları", "Rəfiyev Qardaşları" və komersiya-istehsalat cəmiyyəti olan "Arzumanov və Co" ticari şirkətlərinə məxsus idi. Ticari şirkətlərin qurucuları əsasən Gəncə vətəndaşları idi. 1919-cu ildə təmizlənmiş pambığın istehsalı ilə məşğul olan digər birləşmiş səhmdar cəmiyyət olan "Yelizavetpol kənd təsərrüfatı və istehsal ticarəti" yaradıldı. İnqilabdan əvvəl Gəncədə keçən əsrin 50-ci illərində qurulmuş tütün fabriki fəaliyyət göstərirdi. Kərpic zavodları da istehsalatda əhəmiyyətli yerlərdən birini tuturdu. İstehsal yalnız yerli əhalinin tələblərini deyil, həmçinin əyalətin rayon və kəndlərinin tələbatını ödəyirdi. 1883-cü ildə şəhərin iqtisadiyyatının inkişafına səbəb olan Bakı–Tiflis dəmiryolu fəaliyyətə başladı. Bu dəmiryolu vasitəsilə bütün Qafqaz ölkələrinə yerli kənd təsərrüfatı və istehsal məhsullarının göndərilməsi mümkün oldu. Bütün bunlarla yanaşı Gəncə şəhərinin Bakı, Şuşa, Tiflis və İrəvan şəhərləri ilə əlaqələri dəmiryolu vasitəsilə daha da sıxlaşdı. İstehsal məhsulları vaqon və çənlərdə bu xətt vasitəsilə yuxarıda qeyd etdiyimiz şəhərlərə göndərilirdi. Kapitalizmin inkişafının nəticəsi olaraq şəhərdə geniş miqyasda Bank-kredit sistemi yarandı. 1896-cı ildə Azov-Don ticarət bankının filialı, 1905-ci ildə ilk və 1907-ci ildə ikinci qarışıq ticarət-kredit cəmiyyətləri, 1912-ci ildə Tiflis ticarət bankının şöbəsi, 1913-cü ildə Volqodonsk ticarət bankı agentliyi və uzun sürən danışıqlardan sonra 1916-cı ildə Yelizavetpol Dövlət Bankı açıldı. Gəncədə tərkibində müxtəlif növ dəzgahların mövcud olduğu toxuculuq kombinatı tikildi. Kombinatda 83 min oxlu (milli) 20480 toxucu dəzgahı yerləşdirildi. Gəncədəki elektrik problemi şəhərdən 50 km aralıda yerləşən Mingəçevir su elektrik anbarının tikilməsiylə öz həllini tapdı. 1954-cü ildə isə Gəncədə yüksək cərəyanlı yarımstansiyanın tikintisi başlandı. 1950-ci illərdə ağır sənaye inkişafı sahəsində aparılan nəzərə çarpan işlər aparılırdı. Bu dövrdə yüksək potensiala malik Alüminium zavodu (Transqafqaz məkanında ən böyük) inşa edildi. Gəncədə həmçinin ərzaq istehsal sənayesi də inkişaf etmişdi. Bu illərdə Gəncədə ət istehsalı zavodu, şərab zavodu, süd məmulatları fabriki, çörəkçi və şirniyyat fabriki və digər müəssisələr fəaliyyət göstərməyə başladı. 1970 ci illərdə xalça-paltar fabrikinin ikinci bölməsi istifadəyə verildi. Bu gün Gəncə inkişaf etmiş ağır sənayesi, yüngül sənaye və ərzaq sənayesinə görə Bakı və Sumgayıtdan sonra ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Gəncədəki 22 istehsal müəssisəsində 400 müxtəlif adda məhsul və istehlakçı malları istehsal edilir. Yenidən qurma və keçən müharibə dövründə Gəncə mühüm dəyişikliklərə məruz qalmışdır. Gəncədə yeni binaların, dövlət binalarının tikilməsi nəticəsində şəhər küçə və meydanları ilə çox gözəl və cazibədar bir hala gəlmişdir. Sovet hakimiyyətinin ilk dövrlərində su təchizatı məsələsi aktuallıq qazandı. Şəhərin təşəbbüsü ilə su hövzələri quraşdırıldı. Yeni su borularının quraşdırılmasından öncə köhnə borular və hövzələr təmir edildi. 1936-cı ildə tikilən su kəməri şəhər əhlinin su ehtiyacını ödədi. 1939-1940-cı illərdə Gəncədə yeni su kəmərlərinin tikintisi başladı və İkinci dünya müharibəsindən sonra ağır keçən bir neçə ilə tamamlandı. Şəhərin ərazisinin genişlənməsi əhalinin artmasına bu da öz növbəsində müvafiq olaraq əhalinin içməli suya olan tələbatını artırdı. Ağsu-Gəncə su kəmərinin tikilməsi 1957-ci ildə tamamlandı. Su kəmərinin uzunluğu 28 km idi. 1950 ci illərdə isə bu uzunluq 122 km-ə və əsas su kəmərindən ayrılan əlavə kəmərlərin uzunluğu isə 400 km-ə çatdı. İndi tam əminliklə su ehtiyacının aradan qaldırıldığını demək olar.

Yaxınlıqda yerləşən mədənlərdən əldə edilən filiz minerallrı mis və alüminium istehsal edən Gəncə metallurgiya sənayesini təmin edir. Burda həmçinin qab-qacaq, ipək və ayaqqabı sənayeləri də mövcuddur. Digər sənayelər isə Gəncəni əhatə edən fermalarda ərzaq, üzüm və pambıq istehsal edir. Gəncədə kənd təsərrüfatı məktəbiylə yanaşı bu məktəbə kənd təsərrüfatı üzrə ayrılmış təcrübü sahə və pambıq tədqiqatları ilə məşğul olan İnstitut fəaliyyət göstərir. Xüsusi diqqəti isə keçmiş Aliminium zavodu indiki "Glinozem" sənaye assosiasiyasına ayırmaq lazımdır. Bu sənaye nəhəngi 1976 cı ildə quraşdırılmış, 1986 cı ildə isə boksitlərin istehsalı sahəsində aparılan işlər və çatdırma xidmətləri, 450 min ton aliminum oksidlərinin hazırlanması üçün nəzərdə tutulmuş 300 min ton boksitin və 150 min ton alunitin dəyişdirilməsi sayəsində genişləndirilmişdir. İkinci dərəcəli məhsulların istehsalı üçün müəyyən edilmiş məhsulların istehsalının nəticəsi olaraq 390 min ton sulfat turşusu və 103 min ton kalium sulfadı misal göstərmək olar. Müxtəlif dövrlərdə müəssisədə 2000-3000 insan arası fəaliyyət göstərib. Göstərilən zaman müddətində mal göndərən və istehlakçı ilə olan münasibətlər pozulmuş və zavod tələbatın az olması səbəbiylə ümumi potensialının yalnız 5-10 of %-ni istehsal edərək, yaranan situasiyadan çıxış yollarını axtarır və gələcək inkişaf üçün lazımı addımları atmağa çalışır. Diqqəti cəılb edən bir digər amil isə müəssisənin idarələrinin təmiri nəzərdə tutulub ki, bu da öz növbəsində zavodun sahib olduğu müştəri və investorların qarşısına sınıq- salxaq, çirkli otaqlarda deyil əksinə atalar sözlərində qeyd olunduğu kimi adamı geyiminə görə qarşılayarlar təbirinə uyğun olaraq təmir olunmuş rahat otaqlarda qarşılanmasıdır. 2012-ci ilin yanvar ayında Gəncədə alüminium istehsal edən zavod açılıb. Yeni açılan “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilmişdir. Müəssisənin 2013-cü ilə kimi daha da böyüdülərək istehsalının genişləndirilməsi və daha 300 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Bundan başqa poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilmiş, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan “DET AL” inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilmişdir. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni “DRI” zavodunun tikintisinə başlanacaqdır. 2013-cü ildə yeni pelet zavodunun tikintisi başa çatdırılacaq, “DRI” zavodunun tikintisi davam etdiriləcəkdir. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaqdır. 2014-cü ildə yeni “DRI” zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcəkdir. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaqdır. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaqdır. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3.800 nəfərə çatdırılacaqdır[3].

Gəncə şəhəri ölkənin əksər şərq-qərb istiqamətlərində avtomobil və dəmir yolları ilə təmin edilib (hər ikisi Gürcüstana gedir). Siz Bakıdan Gəncəyə gedən avtobusa minə bilər və yaxud şəhərin təmin edildiyi hava limanından da istifadə edə bilərsiniz (hava limanının kodu: KVD – tel. 60263 / faks 61305). Burda İmair və Turan hava yollarına ( ünvan –Artatur prospekti 254 tel 66000), aid bəzi beynəlxalq uçuş reysləri fəaliyyət göstərir. Bu reyslər həmçinin Naxçıvan və Bakıya (AZAL hava yolları) da uçuş reyslərini reallaşdırırlar. Gəncəni İran və Türkiyə dövlətləri ilə birləşdirən avtobuslar xidmət göstərir. Dəmir yolunun mərkəzdən 5 km aralı olmasıyla yanaşı burda Bakıdan gəlmə qatarlar fəaliyyət göstərir.


Əgər burda qalmaq üçün mənzilə ehtiyacınız olsa siz Nizami heykəlinin yaxınlığında yerləşən Kəpəz mehmanxanasından vəya daha da mərkəzdə Elmlər Akademiyasının yanında yerləşən Gəncə mehmanxanasının xidmətlərindən istifadə edə bilərsiniz.

Bilindiyi kimi banklar iqtisadiyyata birbaşa təsir göstərir, lakin iqtisadiyyatın əsasını istehsalat təşkil edir. Sovet ittifaqının tərkib hissələrinə ayrılmasının nəticəsi olaraq şəhərin müxtəlif həcmli bazar və xammal iqtisadiyyatı əsasında qurulmuş sənaye müəssisələrinin əksəriyyəti həm bazar həm dəki xammal bazasını itirdi. Bunun məntiqi nəticəsi olaraq aliminium, farfor, şirniyyat malları, alət hazırlama, konservləşdirmə, mebel, dəmir-beton zavodu, qeyri metal istehsal edən zavod, "Billur" zavodu, pivə zavodu, xalça və toxuculuq kombinatı və şəhərin digər müəssisələri öz istehsallarını dayandırdılar. Bu isə ölkədə işsizlərin sayının artmasına və bunun məntiqi nəticəsi olaraq şəhər əhalisinin yaşam səviyyəsinin kəskin düşüşlə nəticələnməsinə gətirib çıxartdı. Bir çoxları şəhəri tərk edərək ölkənin paytaxtı olan Bakı şəhərində vəya qonşu ölkələrdə məskunlaşaraq, iş axtarışlarına başladılar.

Sovet ittifaqının parçalanmasından sonra anarxiya dolu bir period, məhkəmələrin mövcudiyyət göstərə bilməməsi, baş almış qanunsuzluq daha çox şəhər əhalisinin qabiliyyətli, bacarıqlı təbəqəsinin burdan mühacirət etməsiylə (onlardan bir qismi hətta hər hansı digər dövlətdə onların imkan və bacarıqlarını qiymətləndirə biləcək ölkənin vətəndaşı olmağa tələsirdilər) nəticələndi. Lakin biz ümid edirik ki, Gəncəlilər öz doğma məskənlərinə üz çevirməyəcək, maddi və mənəvi olaraq şəhərə qayıdaraq bizneslə məşğul olacaq, iş yerləri açacaq və bununla da doğma şəhərin yenidən dirçəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

"Həyat ikitəkərli bir arabaya bənzəyir, biriləri yuxarı qalxarkən digərləri aşağıya doğru yuvarlanır". Zaratuştranın sözlərinin təsdiqi olaraq Gəncə keçirdiyi kataklizmlərdən sonra yenicə rahat nəfəs almağa başladıqdan sonra ta qədim əsrlərdən etibarən başladığı inkişaf yolunu davam etdirir. Kiçik çörəkxanalar, şirniyyat mağazaları açılır, gözəl yerlərdə ticari dükanlar açılır, yanacaq doldurma məntəqələrinin, kiçik müəssisələrin,dükan və mehmanxanaların özəlləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir.

Buna ən açıq bir nümunə olaraq isə açıq tipli "Metal-plastik" birləşmiş səhmdar cəmiyyətinin (bizim düşüncəmizə görə marketing, istehsalın və idarəetmənin təşkili sahələrində bir model(şablon) olan) özəl sektorunun inkişafını qeyd etmək olar. Yeni nəsil menecerləri tərəfindən idarə olunan bu müəssisə 75 adda müxtəlif məhsul- təhsil üçün lazımi avadanlıqdan tutmuş (stol, lövhə və s.) ofis mebeli, uniforma, istehlakçı malları 40mm-120 mm lik mıxlar, akumulyatorlar( 60,100, 180 amper), plastik məmulatlara (ağırlığı 1 qr -5kq-a qədər) kimi istehsal edir. Tarazlaşdırılmış qiymət siyasətinə və qüdrətli marketingə əsaslanan istehsal heç vaxt anbarlarda yığılıb qalmır. Soldaki şəkildə müəssisəyə aid rəngarəng və informasiya dolu bukletin yalnız kiçik bir hissəsi təsvir edilib.

"Billur" zavodu sahəsi 1 hektardan çox istehsal ərazisi, 100 işçi və Sovet dövrlərindən etibarən əsasən electronika üzrə ixtisaslaşmış, bununla da kalkulyator, electronik oyunlar və hərbi məhsulların icarəyə verilməsi mümkün olmuşdur. Bu gün dünya tanınmış televizor markaları ilə eyni səviyyədə rəqabət apara biləcək "Merkuri" televizorlarının istehsalı ilə məşğul olur və illik olaraq 900 milyon manatlıq telvizor istehsal edir.

Tərkibində 700-dən çox şəhər əhalisinin işlədiyi alət hazırlama zavodu şəhərin qabaqcıl müəssisələrindən biri olub, qaz və su vergilərinin toplanılması hesabına illik olaraq 4 milyard manat əldə edir ki öz sırasında bu məbləğə Bakıda ciddi ehtiyac var. Bu ixrac üçün nəzərdə tutulmuş məhsullar heç də keyfiyyət cəhətdən digər qərbi şirkətlərin məhsullarından fərqlənmir, yeganə fərq isə bu məhsullara təyin olunmuş qiymətlərin digər şirkətlərin qiymətlərindən daha aşağı olmasıdır.

Birbaşa investisiyaya misal olaraq şəhərin ərazisində tikilmiş türk iş adamına aid zavodu qeyd etmək məqsədəuyğun olardı. Bu zavod "Fatoğlu" şirkətinə aid olub 1999-cu ildən ettibarən işə başlamış və bunun məntiqi nəticəsi olaraq şəhər sakinləri işlə təmin olunmuşdular.

Bura şəhərin biznes sahəsində – kafelərin, dükanların, şirniyyat dükanlarının açılması üçün gələn xarici şirkətlər və özəl şəxslərdən fərqli olaraq bu zavod daha çox iş görərək yüksək dünya standartlarına cavab verən, müasir nəhəng zavodu tikmişdir. Bu zavod işə başladıqdan sonra isə bu zamana qədər idxalçılar tərəfindən un qiymətlərinə nəzarət edilməsinin sayı yerli bazarda kəskin surətdə azaldı.

Açıq tipli birləşmiş səhmdar şirkəti olan "Gancə-mebel" 1998 ci ilin yayında Azərbaycanda özəlləşmənin ilk mərhələsinin həyata keçirildiyi bir dövrdə yaradıldı. Açıq tipli birləşmiş səhmdar şirkətə aid səhmlərin 72 %-i özəl şəxslərə, yerdə qalan 28 %-i isə dövlətə aiddir. Müəssisənin yerləşdiyi sahə şəhərin mərkəzində yerləşərək 4.5 hektardan artıq ərazini əhatə edir. Şirkətin mülkiyyəti elektrik yarımstansiya, dəmiryolu xətti, qaynarxana, şəhər və bəzi rayon mərkəzlərindəki dükanlar, mal anbarları, restoranlar, kirayəlik idarələr(ofislər) və nəhayət yeni ticarət mərkəzindən (tikinti işləri davam edir) ibarətdir. Yeri qəlmişkən müəssisə müxtəlif növ qiymətli ağac növlərindən mebel,qapı və pəncərə hazırlayır. İki il boyunca sənaye dükanlarını bərpa edərək açıq tipli birləşmiş səhmdar şirkəti indi özünə əməkdaş və satış üçün bazar axtarışındadır.

Qida istehsalı sənayesi sahəsində ət istehsalı zavodu və süd fabriki kimi nəhəng "Ət-süd" birləşmiş müəssisəsi, "Şirniyyat malları" birləşmiş müəssisəsi, "Gəncə Şərab-1 " və "Gəncə Şərab-1 " birləşmiş müəssisəsələri keçmiş Sovet hökuməti dövründə yaradılmış və hal hazırda cəmi potensialının 5-10 %-ini istehsal etməklə fəaliyyət göstərir.– Azərbaycan-Alman birləşmiş müəssisəsi olan "Korund" şirkəti 5 növdə üzüm-"Nazlı", "Naz-naz", "Mədrəsəli", "Sarı ", "Qaragilə" yetişdirir. İllik olaraq 100 min dekalitr istehsal edir.

Keçmiş Sovet İttifaqına aid yüksək ixracatlı qida istehsalı sənayesi zaman ötdükcə kiçilərək bazardakı ani dəyişiklərə yerindəcə müdaxilə edərək reaksiya verə bilən kiçik tipli mobil müəssisələrlə əvəz olundu. Kiçik çörəkçiləri, şirniyyat mini-dükanları və sərin içki təklif edən dükanları, mini-fermaları və bu sahədə ixtisaslaşmış şirkətləri belə müəssisələrə aid etmək olar.

Xüsusiylə banka hazırlama üzrə ixtisaslaşmış "RDR" şirkətini qeyd etmək yaxşı olardı. Bu şirkət Azərbaycanın dağlarından yığılmış meyvələrdən hazırlanmış ekoloji cəhətədən təmiz məhsullar istehsal edir. Qoz mürəbbəsi, qızılgül ləçəkləri, şaftalı, əncir, qeysi, əncir mürəbbəsi, zoğal kampotu-bütün bunlar şirkətin istehsal siyahısına daxildir. Bu müəssisə 2000 ci ilin May ayından etibarən fəaliyyət göstərir. Ən əsası isə bu şirkətin müasir dünya bazarında lazımı inkişafa nail ola bilmək üçün gərəkən özəl ştrix kodu mövcuddur.

Qarşıdan gələn aylarda yeni növ heyva, alma mürəbbələrinin, nar soklarının hazırlanması nəzərdə tutulur. Xiyar, pomidor,zeytun,badımcan turşularının istehsalı planlaşdırılıb.

Şəhərdə toy mərasimləri, prezentasiyalar və qəbulların keçiriləbiləcəyi yeni restoran və şadlıq evləri istismara verilib. Bu məkanda son ildə "Planet" və "Kür-Xəzər" restoranları yüksək səviyyəli xidmətlərin göstərildiyi yer kimi tanınır. Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 4,8 dəfə artaraq 474,5 milyon manat, sənaye məhsulunun həcmi 2,1 dəfə artaraq 115,0 milyon manata çatmış, tikinti-quraşdırma işlərinin həcmi 19,2 dəfə artaraq 111,4 milyon manat, nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 7,9 dəfə artaraq 79,8 milyon manat və 1,9 dəfə artaraq 4,4 milyon manat təşkil etmişdir.

2012-ci ilin 1-ci yarımilliyində ümumi məhsul buraxılışının həcmi 342,1 mln manat olmaqla, 2011-ci ilin müvafiq dövrünə nisbətən 44.0 faiz çox olmuş, sənaye məhsulunun həcmi isə 2.8 dəfə artaraq 150,0 milyon manat təşkil etmişdir.

2012-ci il yanvarın 21-də Prezident cənab İlham Əliyevin növbəti səfəri zamanı Ulu öndər Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının təməli qoyulmuş, “Det-Al” Alüminium MMC-nin Gəncə Alüminium zavodu Kompleksinin, N.Nərimanov parkının, “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmiş, Bayraq Meydanında, Cavad xan küçəsində, “İmamzadə” dini kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.

Füzuli və N.Nərimanov parkları əsaslı təmir edilərək istifadəyə verilmiş, Fikrət Əmirov parkının ikinci hissəsinin, Z.Tağıyev parkının, “İstiqlaliyyət” parkının təmiri davam etdirilir, Əziz Əliyev və Mirzə Şəfi Vazeh adına yeni parklar salınır.

Oktyabr 2003*2011-ci illər ərzində 21447*i daimi olmaqla 24627 yeni iş yeri açılmışdır.

2012-ci ilin 1-ci yarısında 1312 yeni iş yeri açılmış, ondan 1136-sı daimi iş yerləridir.


Tarix: 08.01.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Azərbaycan paytaxtları
loading...