Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazaka Tədqiqi

Qazaka şəhərinin qədim və erkən orta əsrlər tarixi haqqında İran tarixçilərindən H. Pirniya, Ə. Kəsrəvi, M. Cavan, C. Fəqih, arxeoloq Ə. Sərəfraz, ədəbiyyatşünaslardan İ. Purdavud, M .Müin, S.Nəfisi və başqaları öz əsərlərində məlumat vermiş, lakin bu şəhərin tarixi, memarlıq quruluşu və Azərbaycan, eləcə də Şərq tarixində oynadığı böyük rolu heç biri ətraflı tədqiq etməmişdir.[8] Azərbaycan alimlərindən Abdulla Fazili, məhdud imkanlarına baxmayaraq, şəhərin tarixi haqqında müəyyən tədqiqat işləri aparmış, mənbələrdə bu şəhər haqqında verilən məlumatları araşdırmışdır.[8] Digər bir Azərbaycan alimi Cəfər Qiyasi isə şəhərin memarlıq quruluşu, şəhər qalasının strukturu, eləcə də şəhərin mühüm abidələrindən olan Azərgüşnasp məbədinin memarlıq xüsusiyyətlərini tədqiq etmişdir.

Şiz qalası 12400 kv. m. əraziyə malikdir. Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18-20 m hündürdə yerləşir. Qala divarları daş və əhənglə tikilmişdir. Qala 36 bürcə malikdir. Yarımdairəvi formada olan bürclər biri digərindən 22-26 m aralıda yerləşərək hər biri 10 m enə malikdir. Qalanın Şimal qapısı 5,3 m hündürlüyə və ¾ m enə malikdir. Ümumiyyətlə qala divarının hündürlüyü 7,3 - 8,3 m, eni isə 3,9 m-dir.

1819-cu ildə Sir Robert Ker Porter Qacar imperiyasına səfəri zamanı bu qədim şəhəri kəşf edir. 1937-ci ildə Artur U. Pop və Donald N. Vilber tərəfindən abidə ərazisində qısa tədqiqat aparılır, Erix F. Şmit isə abidənin fotolarını çəkir. 1958-ci ildə abidə İsveç arxeoloqları tərəfindən tədqiq edilir. Lakin abidədə ilk sistemli tədqiqatlar 1970-ci illərdə R. Nyumann və D. Huffun rəhbərliyi ilə Almaniya Arxeologiya İnstitutu tərəfindən aparılıb.

Qazaka şəhərinin qədim və erkən orta əsrlər tarixi haqqında İran tarixçilərindən H. Pirniya, Ə. Kəsrəvi, M. Cavan, C. Fəqih, arxeoloq Ə. Sərəfraz, ədəbiyyatşünaslardan İ. Purdavud, M .Müin, S.Nəfisi və başqaları öz əsərlərində məlumat vermiş, lakin bu şəhərin tarixi, memarlıq quruluşu və Azərbaycan, eləcə də Şərq tarixində oynadığı böyük rolu heç biri ətraflı tədqiq etməmişdir. Azərbaycan alimlərindən Abdulla Fazili, məhdud imkanlarına baxmayaraq, şəhərin tarixi haqqında müəyyən tədqiqat işləri aparmış, mənbələrdə bu şəhər haqqında verilən məlumatları araşdırmışdır. Digər bir Azərbaycan alimi Cəfər Qiyasi isə şəhərin memarlıq quruluşu, şəhər qalasının strukturu, eləcə də şəhərin mühüm abidələrindən olan Azərgüşnasp məbədinin memarlıq xüsusiyyətlərini tədqiq etmişdir.


Tarix: 08.01.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycan paytaxtları
loading...