beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birincilər İranda

İlk dəfə olaraq İranda Təbriz şəhərində birinci çap evi, birinci asfalt olunan xiyaban, birinci telefon, birinci yeni məktəb və ... qurulubdur. Bunun üçün İranda Təbrizə birincilər şəhəri deyilir. Bu barədə Səməd Sərdariniya bir kitab Fars dilində yazib.

Çap və çap evi - Birinci çap evi, Ərəb əlifbasıla, Mirzə Zeynəlabidin Təbrizi vasitəsile, 1233 hicri qəməri ilində, Təbrizdə qurulub. Birinci kitab ki bu çap evinde çap olunub Mirza İsa xan Qaimməqamın Cəhadiyyə risaləsidir. Bu çap evi 1245 hicri qəməri ilində bağlandı. O zamanlar çap kələməsi işlənmirdi və oraya Basmaxana, mətbəə, daroltəb və daroltebae diyərdilər.[6]
Kitabxana - Tərbiyət kitabxanası İranın birinci umumi kitabxanasıdır ki 1300 günəş ilində Məhəmmədəli Tərbiyət vasitəsilə Təbrizdə qurulub. Bu kitabxana evvəlcə "Məarif umumi kitabxna və qəratxana" adlanmışdı ama sonralar onu yaradanın ehtiramına Tərbiyət adı verildi. 1335 günəş ilində Təbrizin milli kitabxanası quruldu və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri oraya aparıldı. Rəb rəşidi vəqfnaməsi ki İranın birinci səbt olunmuş əsəridir bu kitabxanada saxlanılır.[6]
Kinoteatrları - İranın birinci ümumi sineması Təbriz şəhərində qurulub, 1279 günəş ilində Fransalılar tərəfindən onların kilisalarının yanında qurulub. 4 il sonra Tehranda birinci umumi sinema salonu mirza İbrahım xan səhhaf başı vasitəsilə quruldu.[6]
Təhsil - İranın birinci yeni məktəbi Mirzə Həsən Rüşdiyyə vasitəsilə Təbrizin Şeşgilan məhəlləsinde qurulub. Mirzə Həsən Rüşdiyyə cəvanlığında Beyruta gedib orda mədrəsələrdə dərs vermək yollarını araşdırıb sonra İstanbula getdi. Sonra Misrə gedib, Təbrizə qayıdandan sonra bir yeni mədrəsə qurdu.
Memoriyal mədrəsəsidə Təbrizin qədim mədrəsələrindənidi ki AMrilalılar tərəfindən idarə olunurdu. [6]

Yeni ədəbiyyat - Mirzə Əbdulrəhim Nəccarzadə Təbrizi, (Mirzə Əbdürrəhim Talıbov) yeni inşa ya ədəbiyyat başlayanı tanılır. O zamanının ağır kələmələrini qırağa qoymağınan sadə kələmələr işlətməğə başladı ədəbiyyatda.
Mirzə Fətəli Axundov numayiş yazmağın atasıdır İranda. Mirzə Ağa Təbrizi de birinci kəsdir li farsca numayişnamə yazmağa başlayıb İranda.[6]

Uşaq bağçası və kar və lallar məktəbi - İranın birinci Uşaqlar baxcası və birinci kar və lallar mədrəsəsidə Təbrizdə qurulub. Cabbar Bağçaban Təbrizdə bir uşaqlar baxcası "Bağçeye ətfal" adında qurdu.[6]
Ticarət otağı - İranda birinci Ticarət otağı 1285 günəş ilində Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra qurulub.[6]
Rabitə - İranın brinci telefon mərkəzi 1280 qəməri ilində Qasım xan Vali vasitəsilə Təbrizdə quruldu. Qasım xan Vali neçə il sonra Təbrizin birinci bələdiyyə başçılığına seçildi.[6]
Enerji - Qasım xan Vali 1281 qəməri ilində eliyə bildi ki İranın birinci elektrik fabrikinin imtiyazını ələ keçirtsin. O eliyə bildi ki Məcidiyyə xiyabanının qıraxların işiqlandırsın.[6]
Şəhər içi avtobus kredit kartı - Təbriz birinci şəhərdir İranda ki orda avtobuslar kağız biletinin yerinə kredit kart işlədirlər.


Tarix: 08.01.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Azərbaycan paytaxtları