beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz Orta Əsrlər

1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac]] verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi. 1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5-6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı.

Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə '(1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri idi. XIII əsrin sonlarından XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi şöhrət tapmışdır. Təbriz Şərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları ticarətində əsas və həlledici rol oynayırdı. Marko Polonun məlumatları bu zaman Təbrizin Avropa-Şərq iqtisadi əlaqələrinin həyata keçirildiyi çox mühüm beynəlxalq ticarət mərkəzi olduğunu göstərir. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura Şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılarda gəlirlər. Venesiya və genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaki hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. Təbrizdə Venesiyanın ticarət məntəqələri açılmış, Venesiya konsulu fəaliyyətə başlamışdı.

1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku]] hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransa dan əldə etdiyi gəlirdən çoxdur.

1357-cı ildə Qızıl Orda xanı Canı bəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövləti nin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Qızıl Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Əhali şəhər hakimi əmir Vəli və Xalxal hakimi Mahmudun başçılığı ilə müdafiəyə qalxdı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) əsasini qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Uzun Həsən tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi. Ağqoyunlu Uzun Həsən Təbrizdə Nəsriyyə və Məqsudiyyə mədrəsələri ni, Uzun Həsən camesi ni, məşhur Qeysəriyyə üstüörtülü bazarı nı tikdirdi. Onun varisi Sultan Yaqub dövründə Təbrizdə möhtəşəm Həştbehişt saray kompleksi tikildi. XV əsrdə Azərbaycan ərazisindən çox mühüm əhəmiyyəti olan beynəlxalq karvan yolları keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz – Xəzərsahili Azərbaycan rayonları və Həştarxan vasitəsilə Moskva ilə birləşdirirdi. Şərq ölkələrinin Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun böyük əhəmiyyəti vardı. Uzun müddət geniş ərazili feodal dövlətlərinin paytaxtı olmuş Təbriz şəhəri bu beynəlxalq karvan yollarının hamısının qovşağında yerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzim etmişdi.

1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, “bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır”. Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585-1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. Oruc bəy Bayat yazır ki, osmanlılar tərəfindən ələ keçirilib talan edilənədək Təbrizdə 80 mindən artıq ev sahibi (yaxud 360 min nəfər) yaşayırdı. XV-XVII əsrlərdə Təbriz Yaxın Şərqin mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən idi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı”, “aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri” kimi qiymətləndirmişlər. XVII əsrin sonlarında Azərbaycan iqtisadiyyatının ümumi tənəzzülü ilə əlaqədar olaraq Təbrizin əhalisi getdikcə azaldı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz şəhərinin əhalisinin sayı üç dəfədən çox azaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi. Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz İranın hakimiyyətində qaldı.


Tarix: 08.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Azərbaycan paytaxtları