beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yavər Həsənov (şəhid) - Xatirələrdən

Xatirələrdən
Onunla cəbhəyə getməzdən bir gün qabaq görüşdük-daha bəsdir qonşu-dedi. Sabah cəbhəyə yollanıram,dözə bilmirəm. İnşallah bir də qələbədən sonra görüşəcəyik. Neçə gün bundan qabaq gördüyüm fikirli,dalğın Yavər deyildi. Heç demə bu neçə günü qəti qərara gəlmək istəyirmiş. İndi çöhrəsində bir yəqinlik hasil olmuşdur... Yavəri vətən, torpaq qeyrəti çəkirdi.Onu elə bu qeyrət də cəbhəyə yağı düşməndən intiqam almağa apardı. Düşmənlə kişi kimi vuruşdu,neçə erməni gəbərtdi. Son döyüşü 1994-cü il Yanvarın 7-də Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda oldu.Həmin gün 6 nəfər döyüşçü yoldaşı ilə kəşfiyyata yollandı. Bu onun son əməliyyatı oldu.Azğın düşmənin geri çəkilərkən qoyub getdiyi ölümsaçan minaya toxundu. Pəhləvan cüssəli Yavər bir göz qırpımında al qana boyandı. Döyüşçü dostu Əkrəm söyləyir ki, O,yarım saatdan çox ölümlə çarpışdı.Son sözü bu oldu: Aximən söz vermişdim ki,qələbə ilə qayıdacağam, məni gavurların əlində qoyub getməyin! Son nəfəsində də intiqam hissi ilə dolu baxışları gözlərim önündən getmir. Hamımızı cəsarətli olmağa çağırırdı.Düşmənə hədsiz nifrəti onun ikinci silahı idi.Qana Qan hissi ilə alışıb yanırdı. Şəhid olduğu günün ertəsi onun dəstəsi Alxanlı kəndini quduz düşməndən təzmizlədilər. Döyüşçü dostları uğrunda vuruşduğu Alxanlıda 60 nəfər erməni faşistini əsir götürdülər. Heyif, Yavər "Məğlubedilməz"dığaların bu yazıq görkəmini görmədi.

İndi neçə gündür ən müqəddəs yerimiz olan Şəhidlər xiyabanından vətənini,xalqını hamımızdan çox sevib uğrunda vuruşub Şəhidlik zirvəsinə ucalan qardaşlarınla bir yerdə uyuyursan, Yavər!

Bacın Surəyyanın ağlamaqdan gözlərinin yaşı qurumur. Bu müharibədə çox bacılar qardaşlarını itirdi.

Atan Murtuz kişiyə bir təsəlli verə bilmədim. O, bircə bunları söylədi: "Oğullarımızın ölüm xəbərini dünyaya car çəkin, ağırdır oğul itgisi."! Yavəri yanvarın 9-da Şəhidlər xiyabanında torpağa tağşırdılar.

İgid ölər, adı qalar
Binəqədi rayonu ərazisində yaşadığı ünvana Yavər Həsənov küçəsi adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Tarix: 27.01.2015 / 14:53 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycanın müharibələri‎