Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm Seyidov (Mirəziz oğlu)

Həyatı
7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbibini də bitirmişdi. Milis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləyirdi.

Döyüşlərdə iştirakı
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü... Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, ama o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına həlak oldu.

Ailəsi
Ailəli idi, dörd övladı qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub. Buradakı 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.


Tarix: 26.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...