beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səxavət Məhərrəmov

Həyatı
5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.

Döyüşlərdə iştirakı
1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.


Tarix: 27.01.2015 / 14:44 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanın müharibələri‎