beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan Quliyev

Həyatı
Ramazan Dünyamalı oğlu Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.

1967-1978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur.

Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb.

1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur.

9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır.

1992-ci ildə Zəngilan RHK-dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur.

1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir.

23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat etmişdir.

Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Ramazan Quliyevin ölümündən 10 gün sonra yoldaşı Göyərçinin Nişanə adlı qızı anadan olmuşdur.

Prezidentin fərmanı
Baş çavuş Quliyev Ramazan Dünyamalı oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Mənbə
Mütəllim Həsənov, Ayaz İmranoğlu, “Ölümü öldürən oğul”, Bakı, “Nurlan”, 2005, səh.96, 300 tiraj.
Haqqında yazılanlar
Akif Kərimli, “Zəngilan şəhidləri”, Bakı, “İşıqnəşr”, 1994.
“İki sahil” qəzeti, №26(1985), 21 iyun 1997-ci il.
Həsən Orucoğlu, “Mənim könlüm Zəngilanı istəyir”,
“Azərbaycan ordusu” qəzeti, №11(497), 8 fevral 2000-ci il.
Vahid Məhərrəmov, “Qələbə naminə”, Bakı, “Hərbi nəşriyyat”, 2000.
Azərbaycan Respublikası Xatirə Kitabı, 3-cü cild, Bakı, 2001. səh.595.
Həsrət nəğmələri
“Zəngilanın səsi” qəzeti, №5920, oktyabr 2004-cü il.
Bərxudar Zəngilanlı, “Yuxum, çin ol”, Bakı, “Nərgiz”, 2005.
Mütəllim Həsənov, Ayaz İmranoğlu, “Ölümü öldürən oğul”, Bakı, “Nurlan”, 2005, səh.96, 300 tiraj.


Tarix: 27.01.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Azərbaycanın müharibələri‎