beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ atlı oğlan (film, 1995) - Məzmun

Məzmun
Hərbi-vətənpərvərlik filmidir. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.

Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi "Ağ atlı oğlan" nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür...

Film nikbin sonluqla bitir. Çünki romantik qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Bu qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir[1]

Film haqqında
Film aktyor və rejissor Həsən Əblucun xatirəsinə həsr olunmuşdur.
Filmin çəkilişləri zamanı aktyor Yaşar Nuri ilə rejissor Ənvər Əbluc arasında yaradıcılıq mübahisəsi düşür və aktyor əsəbiləşərək çəkiliş meydançasını birdəfəlik tərk edir. Çətin vəziyyətdə qalan rejissor məcbur olub ssenaridə dəyişiklik edərək Yaşar Nurinin oynadığı Əbdül dayını filmin ortasında "öldürür". Bu küsülülük uzun çəkdiyindən Əbdül obrazını aktyor Rasim Balayev səsləndirmişdi.


Tarix: 26.01.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Azərbaycanın müharibələri‎