beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sırxavənd - Tarixi

Tarixi
Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd bu günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texhiki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batalyonu yaradıldı. Batalyonun başçısı olaraq Bəhmən Məmmədov təyin edildi.

Ağdərənin Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Müharibədə 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb.


Tarix: 26.01.2015 / 17:20 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri‎