beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağdərə rayonu - İqtisadiyyatı

İqtisadiyyatı
İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.

Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasindakı, Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.

80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.


Tarix: 26.01.2015 / 13:48 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycanın müharibələri‎