beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceyhun Səlimov - Döyüş yolu

Döyüş yolu
O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır.O,cəsur və qorxmaz bir oğlan idi.Ceyhun döyüşə gülə-gülə,zarafat edə-edə gedirdi.Çox cəld idi.Əsgər dostları ona “Zayçik” adını qoymuşdu.

Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan,Daşaltıdan,Kosalardan gəlməyə başladı.Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır.Bir neçə yoldaşları ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar. Ceyhun və digər yaralı yoldaşları vertalyotla Bakıya gətirilirlər. Xəstəxanada müəyyən edildiki, Ceyhun 14 qəlpə yarası almışdır. Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarıldı.7 qəlpəni çıxartmağa qoymadı.Həkimlərə dedi: ”Müharibədən sonra...”

20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır. 1992-ci ilin iyulun 9-da Ağdərənin alınması əməliyyatında iştirak edir.Ağdərənin alınmasına görə şəxsən Rəhim bəy Qaziyevin imzası ilə saat və pul mükafatı ilə mükafatlandırıldı. Sonra 3 günlük evə buraxılır. 2 gün Bakıda qaldıqdan sonra cəbhəyə yollanır.

Kasapet yüksəkliyi uğrunda güclü vuruşma gedirdi. Ceyhun Səlimovun ağır döyüşü Kasapet döyüşü olur.8 nəfər döyüşçümüz mühüm yüksəkliyi döyüşə-döyüşə zəbt edirlər.Bu anda düşmən snayperinin atəşi qəhrəman və vətənpərvər Ceyhunun gözlərini əbədi olaraq yumdu.Yoldaşları söyləyir ki, ölümcül yaralı Ceyhun əlinə bir ovuc torpaq götürərək yoldaşlarına: “Bu torpağı qoruyun!” deyə bildi.

1992-ci il 13 iyul tarixində Ceyhun Səlimov qəhrəmancasına şəhid olur.


Tarix: 24.01.2015 / 17:22 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanın müharibələri‎