beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elçin Mehrəliyev - Fəaliyyəti

Publisistik yaradıcılığı
“Oçerklər” (Ş.Yaqubovla həmmüəllif, Gənclik, 1978);
“Vətən bizim şöhrətimiz” (Gənclik, 1980),
“Talelərdə yaşayır” (Oskar, 2002);
“Ölməzlik” (Spektr-Poliqraf, 2005),
“Doktor Akif Abdullayev” (Oskar, 2006)
Habelə dövri mətbuatda yüzlərlə oçerk, müsahibə, reportajı dərc edilib.

Bədii yaradıcılığı
“Təpəl quzu” (uşaqlar üçün nağıllar, hekayələr, Gənclik, 1982);
“Pərvin” (povest və hekayələr, Gənclik, 1989);
"İttiham" (roman, Yazıçı, 1991);
"Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, Gənclik, 1998);
"90-cı illər" (roman, Nurlan, 2004);
“Tale döyüşü” (roman, Elm və təhsil, 2011).
Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə nümayiş etdirilir.

Elmi yaradıcılığı
"Müharibə və ədəbiyyat" (monoqrafiya, Azərnəşr, 2000);
"İnsana poetik, publisistik və elmi baxış" (monoqrafiya, Günəş, 2001);
“Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu: ideya və sənətkarlıq məsələləri” (monoqrafiya, Nurlan, 2008);
“Qarabağ folklor mühiti: uzaq keçmişimizdən bugünümüzə qədər” (monoqrafiya, Nurlan, 2008),
“Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu” (monoqrafiya, Bakı, 2012)
“Zaman və ədəbiyyat” (elmi məqalələr toplusu, MBM, 2009)
E.Ə.Mehrəliyev 2001-ci ildə “Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə “Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

E.Ə.Mehrəliyevin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən“Soraq kitabçası” adlı kitab nəşr edilib (Azərnəşr, 2002).


Tarix: 23.01.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Azərbaycanın müharibələri‎