Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuri Nikulin

Yuri Vladimiroviç Nikulin (rus. Юрий Владимирович Никулин) — rus aktyoru və klounu.

Həyatı

Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.

Yuri Nikulinin rəsmi olan poçt markası

Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi. 1949-cu ildə Y.V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olur və tezliklə onlar ailə həyatı qururlar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlir.

Yaradıcılığı

Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradır. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və s. filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araq çəkənlər", "Barbos iti və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır. Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat etmişdir.

Filmoqrafiya
Gitaralı qız (1958)
Ölü ruh (1960)
İvan Rıbakov (1961)
Ağaclar hündür olanda (1961)
Mənim dostum, Kolka! (1961)
Barbos iti və qeyri-adi qaçış (film, 1961)
Araq çəkənlər (1961)
Tərsin yola gətirilməsi (1961)
Qorxusuz və qınaqsız (1963)
İş adamları (1963)
Böyük fitil (1963)
Yanıma gəl, Muxtar (1965)
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
Balaca qaçaq (1966)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Andrey Rublyov (1966)
Brilyant əl (film, 1968)
Yeddi qoca və bir qız (1968)
Denisin söhbətləri (1970)
Quldur qocalar (1971)
Teleqram (1971)
12 stul (film, 1971)
Nöqtə, nöqtə, vergül (1972)
Onlar vətən uğrunda döyüşürdülər (1976)
20 gün müharibəsiz (1976)
Böyümək istəmirəm (1982)
Müqəvva (1982)
Kapitan Krokus (1991)


Tarix: 07.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 567 Bölmə: Aktyorlar
loading...