beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Seyfi

Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901 - 1977) - аktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Tərcümələri
4 Şəkil
5 Həmçinin bax


Həyatı

Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub. "İttifaq" məktəbində təhsıl alıb. Səhnəyə ilk dəfə şagırd vaxtı, 1914-cü ilin əvvəllərində "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxıb.

Bundan sonra məktəb tamaşalarında kiçik rollar oynayıb. 1917-ci ildə "İbrət" dram dərnəyinə üzv olub. Truppanın yaradıcı heyətinə çox tez isinişib. Tezliklə o, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Hafizə xanım), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Feyzulla), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Pərviz), Nəriman Nərimanovun "Nadir şah" (Rzaqulu xan), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Mahmud bəy), Hüseyn Cavidin "Maral (Cəmil bəy), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Vəli və Telli), İsa bəy Aşurbəyovnin "Azərbay və Can" (Can), Cəlil Məmmədquluzadənin "Ölülər" (Müəllim), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Yetər) pyeslərinin tamaşalarında çıxış edib. Ələkbər Seyfi 1922-ci ildən başlayaraq Tiflis Dövlət Azərbaycan Dram Teatrında yeddi il işləyib. Bu dövrdə İkinci zabıt ("İblis", Hüseyn Cavid), Şeyx Abuzər və Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Pyotr İvanoviç ("Müfəttiş", Nikolay Qoqol), Vəli ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Cücə ("Topal Teymur", Hüseyn Cavid), Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Hambal ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Əşrəf ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Əbdüləli bəy ("Sevil", Cəfər Cabbarlı) rollarını oynayıb.

Ələkbər Seyfi 1929-cu ildə Bakı Türk İşçi Teatrına dəvət alıb. Xalq artisti (1961) Ələkbər Seyfi 1977-ci ildə vəfat edib.

Filmoqrafiya
Səhər (film, 1960)
Qanun naminə (film, 1968)
Mən ki gözəl deyildim (film, 1968)
Uşaqlığın son gecəsi (film, 1968)-İsmayıl


Tarix: 06.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Aktyorlar