Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəƏxlaqi fəaliyyət

Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Etika və psixologiya mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur reallaşdırır. Ardı »

FəlsəfəQərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

Çarlz Darvin:

“Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.

Fridrix Ardı »

FəlsəfəQədim Hindistan və Çində etik fikir

Etikanı elm şəklinə rəsmən Aristotel salsa da, onun tarixi hələ çox-çox əvəllərdən başlayır. Hələ ibtidai dövrdə insanların davranışını tənzimləyən müəyyən əxlaq normaları və qaydaları mövcud idi. Bunlar müqəddəs sayılır, onlara riayət etməyənlər cəzalandırılır, hətta icmadan qovulurdular. Quldarlıq dövrünə xas əxlaq yalnız azad vətəndaşlar arasındakı münasibətlərə aid idi. Çünki qullar insan hesab edilmirdilər.
Fəlsəfə kimi etika da qədim Şərq ölkələrində inkişaf etməyə başlamışdır. Misir, Babilistan, Hindistan və Çində formalaşmağa başlayan etik nəzəriyyələr sonralar Qədim Yunanıstan və Qədim Romada özünün tam ifadəsini tapır.
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved Ardı »

FəlsəfəEpikurçuluq

Fəlsəfi istiqamət kimi epikurçuluğun əsası məşhur yunan materialisti Epikur (b. er. əv. 341– 270) tərəfindən qoyulmuşdur. Epikur Afinada «Epikur bağı» adlı məktəbini yaratmışdır. Onun təlimində başlıca yer xoşbəxtliyə aparan davranış etikasıdır. Söhbət cəmiyyətdən deyil, ayrıca fərddən gedir. İctimai ittifaq ali məqsəd deyil, fərdin xoşbəxtliyi üçün ancaq vasitədir. Epikurun etikası atomist naturfəlsəfəyə və materialist sensualizmə əsaslanmışdır; ancaq ayrı– ayrı atomların varlığı real sayılmış, onların bütün yaratdıqları (şeylər, kosmos)ikincidir, atomlar bağlamasıdır. Ancaq hiss etdiklərimiz həqiqidir, yalnız onlar bizi aldatmır. Stoiklərin etikasından fərqli olaraq epikurçuların etikası gedonik xarakter daşıyır (yunanca: gedone– zövq deməkdir). Epikurçular həzz deyil, kobud, heyvani ləzzət deyil, mənəvi sabitlik vəziyyəti zövqə, Ardı »

FəlsəfəFəlsəfədə insan problemi

İnsan və cəmiyyət qırılmaz vəhdətdə meydana gəlib formalaşmışdır. İnsanın bioloji qanunauyğunluqlarla yanaşı birləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır. Sosial varlıq olan insan təbiətin yetirməsidir. İnsanda bioloji və sosial cəhətlər qırılmaz vəhdət təşkil edirlər, onun tərəfləri isə sosial keyfiyyət olan şəxsiyyətdən, təbii əsası isə orqanizmdən ibarətdir. İnsanda qabiliyyətlər ümumi şəkildə üç cür amillərin vəhdətindən təşkil olunmuşdur:

bioloji;
sosial;
psixik.
İnsan və şəxsiyyəti öyrənməkdə bir-biri ilə əlaqədar olan, mahiyyət etibarı ilə eyni olan və çox hallarda eyni olan və çox hallarda eyni mənada işlədilən şəxsiyyət, fərd, fərdiyyət anlayışlarından istifadə edilir.
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl ictimai münasibətlər sahəsində şüurlu fəaliyyət subyekti kimi çıxış Ardı »

Fəlsəfəİnsan, fərd, fərdiyyat və şəxsiyyət.

İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.
İnsan ictimai varlıqdır, lakin o, ayrı - ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.

Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:
a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;

b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün Ardı »

FəlsəfəƏxlaqi şüur

Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.

Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi Ardı »

FəlsəfəMüasir dövrün sosial-qlobal problemləri

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:
a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;
b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;
v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.
İkinci mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:
a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;
b) onlar bütün Ardı »