Fəlsəfə → Orta əsrlərin Avropa fəlsəfəsi
Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki, həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır. Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün (V– X əsrlər) məhsulu olmuşdur. Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476– cı il) başladığı halda, bu dövrün fəlsəfi təlimi I– IV əsrdən formalaşmışdı. Bu, özünü stoiklərin, epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi. Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat, Platon və Aristotel kimi parlaq simalar olmamışdır.
Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika adlandırırlar. Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə filosofluq etmənin əsas Ardı »