Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəŞüur probleminin mahiyyəti

Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur prob­lemi ən çətin və ən müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək, gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. ilə məşğul olmağa çalışırlar. Lakin bütün bunlar– əhval– ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır. Şüur aləminə daxil olmaqdan ötrü sadəcə olaraq fikirləşmək, həyəcan keçirmək, hiss etmək, qavramaq kifayət deyildir; bunun üçün bir növ əlavə aktlar da zəruridir ki, onların Ardı »

Fəlsəfəİnsanın mahiyyəti

Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə ya­naşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oyna­maq­dadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş hey­vanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.
Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə Ardı »

FəlsəfəSofizm

Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.
Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.Lakin eyni zamanda (b. er. əv. V əsrin 2– ci yarısında) xüsusi peşə sahiblərini sofistlər adlandırmağa başlamışdılar. Daha dəqiq desək, əmək haqqına görə pul alan (yəni ilk dəfə tədrisə Ardı »

FəlsəfəMarksizm və şüur problemi

Bəşəriyyət özünün rasional– şüurlu oriyentasiyasında sosial, maddi– iqtisadi, psixoloji və digər amillərin böyük qüdrətini kəşf etmişdir. Bunun sayəsində, real şəkildə Plotinin aşağı dünya, eləcə də yüksək səviyyədə olan dünyaya nisbətən zəif hesab etdiyi dünyanın anlamı təsdiq olundu ki, «müqəddəs varlıq kateqoriyası və mənəvi dəyərlər öz qiymətini itirdi, aşağı qüdrətli oldu, yüksək dünya isə zəiflədi və gücsüz oldu (M.Şeler). Plotin düşünməzdi ki, şüurun, onun məzmununu «aşağı» dünyanın xarakteristikası ilə əlaqələndirmək lazımdır. Onun üçün şüur «ali»nin– yüksəyin inikası hadisəsi idi. Dekart və Kant üçün şüurun göstərilən amillərdən asılılığı problemi olmamışdır. Plotində isə belə bir şey olmuşdur. Lakin şüur onlarda birinci reallıq elan olunmuşdur. Ardı »

FəlsəfəVarlıq kateqoriyası

Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır.Varlıq probleminin mənasını anlamaq üçün,hər şeydən əvvəl,onun insanların real həyatı və praktikasındakı köklərini aşkara çıxarmaq lazımdır.Varlıq haqqındakı insan təsəvvürləri mənşəcə qədimdir.Cəmiyyət əmələ gəldiyi ilkin dövrlərdən gerçəklik,mövcudluq,varlıq haqqındakı mifoloji-dini səciyyədə olsa da,müəyyən təsəvvürlər olmuşdur.Gerçəklikdə baş verən hadisələri-insanın doğulması,yaşaması,ölməsi,yaranma və yox olma hadisələri,təbiətdə,xüsusilə bitki və heyvanlar aləmində baş verən hadisələr və i.a.hamısı insanın gözü qabağında baş verir.İbtidai insan və ümumiyyətlə,emperik bilik səviyyəsində yaşayan insan bütün bu hadisə və prosesləri idarə edən varlıq,bütöv dünyanın varlığı və mövcudluğu haqqında təsəvvürlərə malik olur.Özünün varlıq anlayışını formalaşdırır.Sonralar insanda fövqəltəbii varlıqlar,təbiəti və cəmiyyəti yaradan və idarə edən ilahi varlıq haqqında baxışlar Ardı »

FəlsəfəCəmiyyətin sosial strukturu və Insanlarin etnik birlikləri

cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşmişdir. Bunlar­dan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902– Ardı »

FəlsəfəHəyatın və ölümün mənası

Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.
Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.
Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, Ardı »

FəlsəfəQanun və qanunauyğunluq

Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifi­yinə baxmayaraq, onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili tə­biətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyek­tiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı nəticəsində hasilə gəlmişdir.Hadisələr arasındakı hər cür əlaqə qanun deyildir. Qanun ma­hiy­yət xarakteri daşıyan daxili əlaqədir. Qanun hadisələrin hərə­kətində mahiyyət cəhətidir. Qanun və mahiyyət anlayışları eyni cür, eyni dərəcəli anlayışlardır. Məsələn, Mendeleyevin dövri qanunu elementin atom çəkisi ilə (indi deyildiyi kimi yükü ilə) onun Ardı »