beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Un kökəsi
Un kökəsi

MATERİAL SİYAHISI:

3,5 su stəkanı un
250 q. Kərə yağı
1 su stəkanı şəkər kirşanı
Yarım paket qabartma tozu
1 paket vanil

ÜZƏRİ ÜÇÜN:

Şəkər kirşanı

İÇİ:

Unu, kirşanını, qabartma tozunu və vanili qarışdırma qabına alırıq və qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış olan kərə yağını qoyuruq. Əvvəl kərə yağını yoğururuq, kənardan un qarışığını alırıq və yaxşıca yoğururuq. Ələ yapışmayan konsistensiya bir xəmir əldə edirik.

Xəmirdən iki uzun piltədən bir az da qalın xəmirlər əldə edirik. Xəmir üzərinə çəngəli yüngül sürtərək şəkil veririk. Bıçaqla, 3 barmaq qalınlığında xəmirlər kəsirik. Yağlı kağız sərilmiş soba xonçasına düzürük. Əvvəldən isidilmiş 160 dərəcəlik sobada turbo, tərsinə bişirmə əyarında bişiririk.


Tarix: 26.03.2015 / 12:04 Müəllif: Nurana Baxılıb: 115 Bölmə: Şirniyyatlar